Riyaziyyat haqqında məşhurların dediklərI

Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz. (A.Niven)
Bir
riyaziyyatçı fərz etməz lakin bilər.İnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər. (Henri Poinkare)
Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır. (Q.H.Hardi)
İnsanlar ədədlər kimidir.O insanın dəyəri isə o ədədin
içində olduğu ədəd ilə ölçülər. (İsaak Nyuton)
Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız
onlara alışa bilərsən.
(Con
fon Neyman)
Riyaziyyat lazımlı nəticələri çıxaran bir elmdir. (Benyamin Piers)
Riyaziyyat riyaziyyatçılar üçün yazılar. (Nikolas Kopernik)
Riyaziyyatçılar aşiqlər kimidir.Onlardan birinə ən kiçik
bir qanunu verin,o ondan bir nəticə çıxaracaq,təbii ki bu nəticəni qəbul etməniz
lazım olacaq,o da bu nəticədən başqa bir nəticə çıxaracaq. (Bernard le Bove
Fontenel)
Riyaziyyatda böyük olmanın iki yolu vardır: birincisi hər
kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq,lakin təmkinli olmaq. (Raul Bott)
Riyaziyyatın elə bir budağı yoxdur ki,nə qədər mücərrəd
olursa-olsun,bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın. (İ.Nyuton)
Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara
alışarsan. (Lobaçevski)
Riyaziyyatçının naxışları rəssam və ya şairlərinki kimi
gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir.
… Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur. (Corc Poyla)
İnsanın dəyəri bir kəsrlə ifadə ediləcək olsa surəti həqiqi
şəxsiyyətini göstərər, məxrəci də özünü nə zənn etdiyini.Məxrəc böyüdükcə kəsrin
dəyəri kiçilər.
(Tolstoy)
Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də
elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz. (Artur Kayley)
Həqiqəti axtarmaq onu əldə etməkdən daha qiymətlidir. (Albert Eynşteyn)
Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə
və öyrətmə. (Puasson)
Tez-tez "riyaziyyat, teoremləri isbat etməkdən ibarətdir"
sözünü eşidirik.Bir yazarın əsas işi cümlə yazmaq deyilmidir? (J.K.Rota)
Axmaqların soruşub ağılı insanların cavab verə bilmədiyi
bir çox sual vardır ki,onların da cavabını riyaziyyat verir. (Corc Poyla)
Riyaziyyat
ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir. (Corc Poyla)
Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq
düşünmək-riyaziyyatçının məqsədi budur. (C.
J. Keyser)
Kafi dərəcədə riyaziyyatla məşğul olan və saysız-hesabsız
ola biləcək istisnaları görüb başı qarışana qədər hər kəs bir əyrinin nə
olduğunu bilər.
(Felix
Klein)
Riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən
qarmaqarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaqdır. (Pifaqor)
Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların
kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.
(Pifaqor)
Riyaziyyat məntiqi fikirlərin vərdiş olunmasında əsas rol
oynayır. (A.Sen-Simon)
Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir. (Eyler)
İnsan kəşflərinin heç
biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.
(Leonardo
da Vinçi)
Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir. (K.Yakobi)
Hiç yorum yok:
Yorum Gönder
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!