31.10.2015

Eynşteyn tapmacası

Eynşteyn tapmacası - çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır. 

Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır.
Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır.
 Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur.

Tapmaca çox vaxt "Eynşteyn tapmacası" və ya "Zebra tapmacası" olaraq adlandırılır. İlk dəfə olaraq tapmaca 25 mart 1963-cü ildə "Life International" jurnalında dərc olunmuşdur. Bu jurnalın səhifələrində dünyanın fərqli yerlərindən tapmaca həll edən yüzlərlə adamın adları və tapmaca həllini ehtiva edən sayı nümayiş olunmuşdur.
Bir çoxları deyir ki, bu tapmacanı həll etmək çox çətin işdir. Dünyada yaşayan insanların 2/100 faizi tapmacanı həll edə bilər. Yəni, faizə daxil olan insanlar tapmacanı beyinlərində həll edərək tapa bilərlər. Məhz həmin insanlar 2/100 faizə daxildirlər. Ancaq bu fərziyyənin Albert Eynşteynin söyləməsi haqqında sübut edən heç bir dəlil yoxdur.
Tapmaca heç bir dəftər istifadə etmədən açmasını tələb edir. Bu da tapmacanın həll edilməsi qaydasını çox çətinləşdirir. Bir çox insanlar bu tapmacanı həll edən zaman müxtəlif dəftərlərdən istifadə edirlər.
  1. Küçədə beş ev vardır.
  2. İngilis qırmızı evdə yaşayır.
  3. İspanda it var.
  4. Yaşıl evdə qəhvə içirlər.
  5. Ukraynalı çay içir.
  6. Yaşıl ev sağ tərəfdən Ağ evin yanındadır.
  7. Kim ki, "Old Gold" siqareti çəkir, ilbiz yayır.
  8. Sarı evdə "Kool" siqareti çəkirlər.
  9. Mərkəzi evdə süd içirlər.
  10. Norveçli birinci evdə yaşayır.
  11. Kim ki, Chesterfield siqaretini çəkir, qonşusu tülkü saxlayır.
  12. Kim ki, at saxlayır, evin qonşusunda Kool Lucky Strike siqaretini çəkirlər.
  13. Kim ki, Lucky Strike siqaretini çəkir, apelsin sokunu içir.
  14. Yapon Parliament siqareti çəkir.
  15. Norveçli Göy evin yanında yaşayır.
Kim suyu içir? Kim Zebra saxlayır?

Tapmacanın cavabını tapa bilmədinsə daxil ol :

Hiç yorum yok:

Yorum Gönder

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!