Rene Dekart (fransızca René Descartes) (31 mart, 1596 - 11 fevral, 1650) — fransız filosofu, riyaziyyatçı və yazıçısı. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir Riyaziyyatın Atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əkəsriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadı olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.
Dekart XVII əsr rasionalizm fəlsəfi cərəyanın ilk və ən nüfuzlu nümayəndələrindən biridir. Sonralar Baruş Spinoza və Gotfrid Leybnitz kimi alim-filosoflarnan güclənıən bu cərəyan hobz, Loke, Berkeley və Hyumun tərəfdarı olduğu empirik fəlsəfi cərəyana qarşı idi. Qeyd etmək lazımdır ki, həm Spinzoa, həm də Leybnits Dekart kimi həm də riyaziyyatçılar idi. Kartezian koordinat sistemini kəşf etməklə Dekart cəbr və həndəsə elmləri arasına körpü rolunu oynayacaq analitik həndəsə elminin əsasını qoymuş olur. Filosofun ən məşhur kəlamı Cogito ergo sum, yəni "Mən düşünürəm, odur ki, varam" kəlamıdır.
Dekart həm də cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Bununla həndəsi problemlərin riyazi həlli mümükün olmuşdur. Ancaq onun adı ilə bağlı olan düzbucaqlı koordinat sistemi onun işlərinin heç birində rast gəlinmir.
1640-cı ildə Dekart differensial tənliklərin toxunan problemləri həllini işləyir.Dekart o məsələnin həlli üçün əyriyə toxunan çevrə götütür. Bu çevrə əyrini iki nöqtədə kəsir, və ya da bir nöqtədə toxunur. Bununla ona xüsusi əyrilər üçün toxunan artımını təyin etmək nəsib olur. Bu üsul o dövr riyaziyyatçıları arasında böyük maraq doğursa da məsələnin tam həllini mümkün etmir.
İki teorem Dekartın adı ilə bağlıdır. İşarələmlərlə verilmiş polinomun yuxarı və aşağı hədlərini real ədədlərlə təyin etmək mümkündür. 1643-cü ildə dörd çevrə teoremi toxunan çevrələr problemini həll edir. Burada bir-birinə toxunan üç çevrəyə toxunan başqa birisni tapılır ki, hansı ki, daha başqa üçünə toxunur.
Mənbə: Riyaziyyat.net
Hiç yorum yok:
Yorum Gönder
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!