Məşhur filosof Benedikt Spinoza özünün əsas əsəri "Etika”nın planını bütünlüklə Evkliddən götürmüşdür. Nyutonun "Natural fəlsəfənin əsasları” adlı əsas əsəri təkcə adına görə deyil, həm də sxeminə görə Evklidi təqlid edir. Aksiomlara əsasən, bütün mülahizələr bir nəticə kimi alınır.
-Nyuton ömrünun axırına yaxın çox varlı adam idi. Deyirlər ki, Nyutonun milyonları onun bir vecsiz qohumuna qismət oldu. Bu qohum tarixə öz qeyri-adi ölümü ilə daxil olmuşdur. Sərxoş olarkən, o, ağznda tutduğu çubuqla boğulub ölüb
-Nyutonun parlamendə söylədiyi ən böyük "nitq” belə səslənirdi: Pəncərəni bağlayın deyə xidmətçiyə müraciət etmişdi.
-Filosof Şopenqauer deyərdi ki, "dahi” və "riyazi istedad” sözləri bir-biri ilə uyğun gəlmir. O belə misal gətirirdi: gözəl şair olan Alfyeri Evklidin "Əsaslar” kitabını dərk edə bilmirdi, riyaziyyatçı Roberval isə Paris akademiyasının ilk akademiklərindən biri olmağına baxmayaraq, dahi fransız şairi və dramaturqu Rasininin "İfigeniya” əsərini oxuduqdan sonra "Axı bununla nə isbat olundu?”-deyə soruşmuşdu.
-Dahi ingilis şairi Corc Bayronun qızı Ada Bayron şübhəsiz ki, böyük riyazi istedada malik idi. Atasının yazdıqlarından isə o ömrü boyu bir kəlmə belə oxumamışdı.
-İngilis tarixçisi Toyibinin 600 səhifəlik ümumbəşər tarixinə aid olan kitabında nə Keplerin, nə Kopernikinin, nə Qalileyin, nə Dekartın, nə də ki, Nyutonun adları yoxdur.
-Lobaçevskinin vaxtında dərs deyən riyaziyyat professoru Qriqoriy Boricoviç Nikoliski mühazirə zamanı isbat etdiyi teoremi həmişə belə sözlərlə bitirərdi, "Deməli, Allahın köməyi ilə uçbucaqlar bərabərdi”.
-Rus riyaziyyatçısı V.Y.Bunyakovski Bayronun "Çald Harold” əsərini rus dilinə tərcümə etmişdi.
-U. Tomson fransız riyaziyyatçısı J.B.Furyenin "İstiliyin analtik nəzəriyyəsi” kitabını "Riyazi poema” adlandırmışdı .F.Engels isə bununla əlaqədar "Təbiətin dialektika”sı kitabında yazırdı: " Necə ki, Furye riyazi poemadır və yenə də öz əhəmiyyətini itirməmişdir, eləcə də Hgel dialektik poemadır”.
-Amerikadan Avropaya Morze siqnalları göndərmək üçün sualtı kabelin çəkilişi üçün sərf edilən zəhmət hədərə getdi. Kabel işləmədi. Ancaq ingilis fiziki və riyaziyyatçısı Lord Uilyam Tomson və riyaziyyatçılardan Jan Batist Furye ilə Corc Qrinin aldığı nəticələri texnikaya tətbiq edərək, bir sıra praktik tədbirlər hazırlamaq mümkün oldu ki, bundan sonra kabel işləməyə başladı.
Hiç yorum yok:
Yorum Gönder
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!