28.10.2015

Bucağın növləri

Bucağın aşağıdakı növləri vardır:

Ø Düz bucaq
Dərəcə ölçüsü 90°-yə bərabər olan bucağa düz bucaq deyilir.
düz bucaq-right angle


Ø Açıq bucaq
Dərəcə ölçüsü 180°-yə bərabər olan bucaga açıq bucaq deyilir.
açıq bucaq
Ø İti bucaq
90°-dən kiçik olan bucağa iti bucaq deyilir.
iti bucaq


Ø Kor bucaq
90°-dən böyük və 180°-dən kiçik olan bucağa kor bucaq deyilir.
kor bucaq


Ø Tam bucaq
Dərəcə ölçüsü 360°-yə bərabər olan bucağa tam bucaq deyilir.
tam bucaq-360 dərəcə


Ø Qonşu bucaqlar
Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayici yarim düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir.
Şəkildə α və β qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180°-dir:
α+β=180°
Qonşu bucaqlar


Ø Qarşılıqlı bucaqlar
Şəkildə
∠BOC və ∠BOD
∠AOD və ∠BOC
qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir:
∠BOC= ∠BOD və ∠AOD=∠BOC
qarşılıqlı bucaqlar


Tamamlayıcı bucaqlar
Bir-birini 90°-yə tamamlayan bucaqlara tamamlayıcı bucaqlar deyilir.
Şəkildə α və β -tamamlayıcı bucaqlardır.

tamamlayıcı bucaqlar

Bucağın təpəsindən çıxıb, onun tərəfləri arasından keçən və bucağş yarıya bölən şuaya bucağın tənböləni deyilir. OC şüası -∠AOB nin tənbölənidir, yəni ∠AOC=∠COB
bucağın tənböləni
Qeyd. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90°-уə, qarşılıqı bucaqlarda isə 180°-yə bərabərdir.

Həmçinin bax: Həndəsənin əsas anlayışları


Hiç yorum yok:

Yorum Gönder

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!