Ø Düz bucaq
Dərəcə ölçüsü 90°-yə bərabər olan bucağa düz bucaq deyilir.
Ø Açıq bucaq
Dərəcə ölçüsü 180°-yə bərabər olan bucaga açıq bucaq deyilir.
Ø İti bucaq
90°-dən kiçik olan bucağa iti bucaq deyilir.
90°-dən böyük və 180°-dən kiçik olan bucağa kor bucaq deyilir.
Dərəcə ölçüsü 360°-yə bərabər olan bucağa tam bucaq deyilir.
Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayici yarim düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir.
Şəkildə α və β qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180°-dir:
α+β=180°
Şəkildə
∠BOC və ∠BOD
∠AOD və ∠BOC
qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabərdir:
∠BOC= ∠BOD və ∠AOD=∠BOC
Bir-birini 90°-yə tamamlayan bucaqlara tamamlayıcı bucaqlar deyilir.
Şəkildə α və β -tamamlayıcı bucaqlardır.
Bucağın təpəsindən çıxıb, onun tərəfləri arasından keçən və bucağş yarıya bölən şuaya bucağın tənböləni deyilir. OC şüası -∠AOB nin tənbölənidir, yəni ∠AOC=∠COB
Qeyd. Qonşu bucaqların tənbölənləri arasındakı bucaq 90°-уə, qarşılıqı bucaqlarda isə 180°-yə bərabərdir.
Həmçinin bax: Həndəsənin əsas anlayışları
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!