Koşi
1789 – cu ilin avqustun 21 – də Parisdə hüquqşünas ailəsində anadan olmuşdu. Onun ad günü
demək olar ki,
böyük Fransa burjua inqilabının başlanması ilə üst - üstə düşdü.
1807 – ci ildə o,
Politexnik məktəbi bitirir. 1810-cu ildə isə Koşi yol və körpü tikintisi məktəbini qurtarır və hökumət
təyinatı üzrə dənizlimanları mühəndisi vəzifəsində çalışmağa başlayır. Görünür hələ o vaxtlar Koşi vaxtının bir çox hissəsini riyaziyyata həsr edirdi , çünki artıq 1811 –
ci ildə o, Paris
Elmlər Akademiyasina çoxüzlülər nəzəriyyəsinə həsr olunmuş əsərini təqdim edir. Bu əsər paris
alimlərininnəzərini cəlb edir. Koşi qısa müddətdə olduqca istedadlı riyaziyyatçı
kimi tanınmağa başlayır. 1816 – cı ildə
o, Akademiyanın üzvü kimi yüksək ada layiq görülür.
1830- cu ildə iyul inqilabından sonra Koşi
Fransanın yeni hökumətinə sadiqlik adından boyun qaçırır və ailəsi ilə birlikdə
xaricə qaçır. Əvvəllər o, İsveçrədə yaşayır. 1833 – cü ildə Koşi Praqaya köçür.
Burada o, 5 ilin ərzində İmperator Kralın oğlunun tərbiyəsi ilə məşğul olur.
Buna görə ona baron titulu verilir. 1838 –ci ildə Fransa qayıtdıqdan sonra
Koşiyə bütün keçmiş rütbələrini qaytarırlar. Müstəsna bir hal kimi ona icazə verilir ki,
hökumətə sadiqlik andı içmədən pedaqoji fəaliyyətini davam etdirsin.
Koşi 800 – dən artıq əsərin müəllifidir. Bu həm Koşinin dahi əqlinin , həm işgüzarlığının, həm
də onun işlərinə qarşı müasirlərinin böyük marağının bəhrəsidir. Onun zəngin
elmi irsində riyaziyyatın cürbəcür şöbələrinə aid əsərlər var. Koşi riyazi təhlil üzrə bir cox gözəl
dərsliklərin müəllifidir. Onların coxusu gələcək nəsillər üçün elmi
təfəkkürün nümunələri olmuşdur.
Koşinin işləri riyazi təhlilə,
həndəsəyə, ədədlər nəzəriyyəsinə və riyazi fizikaya aiddir. Amma onun
elmi yaradıcılığında riyazi təhlil, xüsusən , kompleks dəyişənli funksiyalar
nəzəriyyəsi mühüm yer tutur. Elm
qarşısında Koşinin ən böyük xidməti ondan ibarətdir ki, XVIII əsr
riyaziyyatçıların zəngin irsini təhlil edərək dəqiqləşdirmişdi. O, riyaziyyata
kəsilməzlik anlayışını daxil etmişdi. Riyaziyyatda Koşidən başlayaraq, bir
dönüş yaradılmışdı.
Məlumdur ki, XVIII əsrin riyaziyyatçıları bir çox faktların dəqiq
isbatını verə bilməmişdi, hətta ardıcıl olaraq limit anlayışı istifadə
olunmurdu. Koşi riyazi təhlildə ilk dəfə olaraq, müasir riyaziyyatın tələbatına
uyğun olan teoremlərin isbatını vermişdi. Indiyə
qədər dünyanın bütün riyaziyyatçıları: "Koşi
üzrə funksiyanın limiti ”, "Koşi üzrə funksiyanın kəsilməzliyi ”,
"Koşı-Peano teoremi”, "Koşi məsələsi”, "Koşi inteqral teoremi”,
"Koşi bərabərsizliyi” və s. anlayışlardan istifadə edirlər.
Koşi bir çox riyaziyyatçıların taleyində
bir qədər xoşagəlməz rol oynayıb. Məsələn, elə gənc Qaluyanın həyatında. Ona rəy üçün verilən işləri o çox vaxt heç oxumurdu.
Onun vaxti yox idi. Axı, o hələ nə qədər teorem isbat etməli, beynində olan nə
qədər fikri izah edib , aydın şəkildə yazmalı idi. Bir cox müasirləri onu
sevmirdilər. Bu dahi insan olduqca quru, adamauyuşmaz bir xasiyyətə malik idi.
O, öz dünyasında yaşayırdı və yaşamağa tələsirdi: elm sürətlə inkişaf edirdi və
cənab Koşi geri qalmaq istəmirdi.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!