Şagird nailiyyətlərinin qiymətləndirilməsi ardıcıl və sistemli proses olub təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi bilavasitə təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və nəticə etibarı ilə onun yüksəlməsinə xidmət edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı
haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.Məlumatların toplanılması, test tapşırıqlarının verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması,
fənn kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.
Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurikulumların məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsullarını əhatə edir.
Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkədə təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədəuyğunluq, qarşılıqlı dəyərləndirmə, müvafiqlik və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsilin keyfiyyəti və inkişafı
haqqında müvafiq məlumatların toplanılması və onların təhlili ilə müşayiət olunur.Məlumatların toplanılması, test tapşırıqlarının verilməsi və yoxlanılması, sinifdə müsahibələrin aparılması,
fənn kurrikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və s. üsullarla həyata keçirilir.
Toplanmış məlumatlar, bir qayda olaraq, şagirdlərin təlimə münasibətlərini və onların nailiyyətlərini, müəllimlərin hazırlıq səviyyəsini, kurikulumların məqsədəmüvafiqliyini, təlim resursları ilə təminatını və idarəetmə üsullarını əhatə edir.
Məlumatların təhlilinə görə aparılmış qiymətləndirmənin nəticələri ölkədə təhsil siyasətinin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi üçün etibarlı mənbə hesab edilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli, beynəlxalq olmaqla 3 istiqamətdə aparılır.
Məktəbdaxili qiymətləndirmə 3 komponentdən ibarətdir:
şagird irəliləyişlərinin monitorinqi - məktəb səviyyəsində müəllimlər və məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi qiymətləndirilir;
kurrikulum üzrə qiymətləndirmə - şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirimək məqsədilə aparılır;
Təhsil pillələri (əsas və orta) üzrə yekun qiymətləndirmə - mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədi verilməsi ilə başa çatır.

Orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə, yaxud minimum standartlara uyğun təhsil almaları əsas təhsil pilləsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur.
Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir.
Beynəlxalq qiymətləndirmə, bir qayda olaraq, hər 3 ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək, müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək, perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq və mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək məqsədilə aparılır.
Mənbə: edu.gov.az
Mənbə: edu.gov.az
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!