Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.
Əsas məlumatlar
Bundan sonra isə bu aksiomlar əsasında dəqiq yollarla digər məntiqi cəhətcə doğru xassələr (teoremlər) əldə edilir. Bu nəzəriyyə ümumilikdə tədqiq olunan obyektin riyazi modelini əmələ gətirir.
Riyaziyyatda ilkin fəza və miqdar münasibətlərindən çıxış edərək daha abstrakt münasibətlər alınır ki, bu da müasir riyaziyyatın predmetidir.
Ənənəvi olaraq riyaziyyat 2 hissəyə – nəzəri və tətbiqi riyaziyyata bölünür.
Nəzəri riyaziyyat riyaziyyatın strukturu daxilində ciddi analiz aparılmasını həyata keçirir.
Tətbiqi riyaziyyat isə riyaziyyatla əlaqəli digər elm və mühəndis sahələri üçün öz modellərini təqdim edir.
Riyaziyyatın sahələri
Riyaziyyat elmi aşağıdakı sahələrə bölünür:
- Riyazi analiz
- Diferensial tənliklər
- Riyazi fizika
- Həndəsə və topologiya
- Ehtimal nəzəriyyəsi və riyazi statistika
- Riyazi məntiq, cəbr və ədədlər nəzəriyyəsi
- Tətbiqi riyaziyyat
- Diskret riyaziyyat və riyazi kibernetika
Riyazi fizika | Hidrodinamika | Riyazi analiz | Optimizasiya | ||||||||||
|
|
|
| ||||||||||
|
|
|
|
Orta məktəblərdə əsasən elementar riyaziyyat öyrədilir. Onun tərkibinə aşağıdakılar daxildir:
- hesab
- elementar cəbr
- elementar həndəsə: planimetriya və stereometriya
- elementar funksiyalar nəzəriyyəsi və analizin elementləri.
Ali məktəblərdə ixtisasdan asılı olaraq aşağıdakılar tədris olunur :
- Riyazi analiz
- Cəbr
- Analitik həndəsə
- Xətti cəbr və həndəsə
- Diskret riyaziyyat
- Riyazi məntiq
- Diferensial tənliklər
- Diferensial həndəsə
- Topologiya
- Funksional analiz və inteqral tənliklər
- Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
- Xüsusi törəməli tənliklər
- Ehtimal nəzəriyyəsi
- Riyazi statistika
- Təsadüfi proseslər nəzəriyyəsi
- Variasiya hesabı və optimallaşdırma üsulları
- Ədədi üsullar
- Ədədlər nəzəriyyəsi
Mənbə: Vikipedia
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!