Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində fəal təlimin tətbiq edilməsi təhsil islahatının əsas məqsədlərindən biridir. Fəal interaktiv təlim metoduna uyğun Riyaziyyatdan bir dərs nümunəsini oxuculara təqdim edirik.
V sinif proqramında “ Məlumatlar, qrafik formalar” mövzusuna 3 saat nəzərdə tutulmuşdur.1-ci saatda qrafik formalar haqqında ilk anlayışlar verilir.İkinci saatda keçdiyim dərs təcrübəmi sizinlə bölüşmək istəyirəm.
Mövzu: Məlumatlar, qrafik formalar
Standart:5.1.2
Toplanmış məlumatları müəyyən xüsusiyyətlərinə görə sistemləşdirir cədvəl və ya diaqramlar şəklində təqdim edir.
Dərsin məqsədi:
1.Məlumatları təqdimetmə bacarığını nümayiş etdirir.
2.Verilmiş məlumata uyğun qrafik forma seçir.
3.Məlumatlara uyğun barqraf,telqraf,histoqram,zamandan asılı xətti qrafik qurur.
İş üsulu: Beyin həmləsi,müzakirə,suallar,təqdimat.
İş forması: Böyük və kiçik quruplarla iş.
Resurslar: Müəllim üçün vəsait, dərslik, işçi vərəqləri, İKT.
İnteqrasiya: Həyat bilgisi, İnformatika, Azərbaycan dili
Dərsin gedişi
Şagirdlər, indiyə qədər istər məktəb həyatı ilə bağlı istərsədə məktəbdən kənar situasiyalar üzərində məlumatları toplama və təqdim etmə tapşırıqları yerinə yetirmisiniz.
Motivasiya |
Biz gündəlik həyatda qəzətlərdə, televizorda, internetdəəhalinin artımı, sosial vəziyyəti, təhsili, məşğuliyyəti,gəliri, xərci və s.haqqında məlumatlara rast gəlirik.Həm dövlət həmdə ölkə əhalisi üçün çox əhəmiyyətli məlumatlar daim toplanır, ümumiləşdirilir təhlil edilir və nəticələr çıxarılır.Bu nəticələr bizə müxtəlif formalarda təqdim olunur.
Sizcə,bu məlumatları hansı qrafik formalarda təqdim etmək daha məqsədəuyğundur?
Şagirdlər asanlıqla qrafik formaları müəyyənləşdirirlər.
Tədqiqat sualı:
Hansı qrafik forma nə zaman əlverişlidir?
Tədqiqat sualı ətrafında araşdırma və müzakirə aparmaq üçün şagirdlər 5 qrupa ayrılır.
Qruplar: 1.Barqraf qrupu
2.Piktoqram qrupu
3.Telqraf qrupu
4.Xətti qrafik qrupu
5.Dairəvi qrafik qrupu
Qruplara işçi vərəqləri təqdim olunur.
I qrup |
II qrup |
III qrup |
IV qrup |
Hər qrup lideri öz işini təqdim edir. Müzakirələr aparılır.
Müəllim diqqəti tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını ümumiləşdirir.
Ev tapşırığı:
Bir günlük rejiminizi dairəvi diaqramla təqdim edin.
Dadaşova Rəna Nasur q.
Ismayilli Şəhər Ağahüseyn Aslanov adina 2 sayli tam orta məktəbin riyaziyyat müəllimi
Ismayilli Şəhər Ağahüseyn Aslanov adina 2 sayli tam orta məktəbin riyaziyyat müəllimi
Mənbə: www.tehsilproblemleri.com
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!