24.10.2015

 10/24/2015 11:56:00 ÖS         Şərh yoxdur
1. Bir gün mağazadan bir ağ və bir  qara şokolad alan Aydan  aşağıda təsvir olunanı sonsuz dəfə təkrar edərək bir daha şokolad almağa ehtiyac duymur. Bu necə ola bilər?










                                        2. Aşağıdakı təsvirdə, hansı xətt daha uzundur, AB yoxsa AC?


3. Aşağıdakı təsvirdəki nöqtələrdən hansı çevrənin həqiqi mərkəzidir?

4. Şəkildəki obyekti, sizcə əldə düzəltmək mümkündürmü?

5. Şəkildə neçə karandaş var, iki yoxsa üç?


6.Aşağıdakı dairələrə sadəcə olaraq, baxın!


7. Aşağıda sol tərəfdə yerləşən, 7×7 ölçülü kvadrat beş hissəyə bölünmüşdür. Bu beş hissəni ayırıb, sağ tərəfdəki şəkildə yenidən bir yerə yığsaq , yenidən 7×7 ölçülü, lakin 1 xanası çatışmayan kvadrat əldə etmiş oluruq.Bu necə ola bilər? Bir xana hara itdi?


8. Aşağıdakı təsvirdəki spirallardan biri ucları birləşdirilmiş bircə kəndirdən, digəri isə ucları bağlı iki ayrı kəndirdən ibarətdir. Spirallardan hansının yalnız bir kəndirdən ibarət olduğunu tapa bilərsinizmi?

9. Şəkilə diqqətlə baxın. Hərəkət edən nə isə görürsünüzmü?


10.Şəkildəki darağın neçə ucu var, iki yoxsa üç?

Cavab : Təsvirdəki obyekt mümkün olmayan bir fiqurdur. İngiliscə adı blivet-dir.
11. Təsvirdəki narıncı dairələrdən hansı daha böyükdür, sağdakı yoxsa soldakı?

Cavab: Soldakı dairə daha kiçik görünsə də, dairələrin hər ikisi təmamilə eyni ölçüdədir. Bu optik illuziya alman psixoloqu Ebbinghaus tərəfindən icad olunmuşdur.
12. Aşağıdakı təsvirin müxtəlif yerlərinə baxmağa çalışın. Hər hansı bir hərəkət müşahidə edirsinizmi?

13. Şəkildəki silindr qabın oturacağının perimetrini ilk baxışdan təqribi hesablamağa çalışın. Sizcə bu perimetrin uzunluğu , silindrin hündürlüyünün uzunluğundan böyükdür yoxsa kiçik?


Cavab: Oturacağın perimetri ilə hündürlüyün uzunluğu eynidir.
14. Şəkildəki bir kvadratdır yoxsa dörd əyri tərəfi olan qapalı bir sahə?

Cavab: Şəkildə kvadrat təsvir olunub. Bu optik illuziyanın müəllifi Alman psixoloqu Ehrenstein-dır.
15. Aşağıdakı şəkilə diqqətlə baxanda nə görürsünüz?

Cavab: Kitaokaya məxsus olan bu illuziya, yay vaxtı qaynar asfalta baxanda gördüyümüz istilik dalğalarına bənzəyir.

16. Şəkildəki iki zolaqdan hansı böyükdür?

Cavab: Şəkildəki zolaqlardan hər ikisi təmamilə eynidir.B zolağını bir qədər sola sürüşdürməklə buna əmin olmaq olar. İlluziya amerikalı psixoloq Ceystrou-ya aiddir.
17. Şəkildəki üç əsgərdən hansı ən ucaboydur?

Cavab: Əsgərlərin hamısı eyni ölçüdədirlər. Bu Ponzo illuziyasıdır.
18.Şəkildəki qırmızı xətlərdən hansı daha uzundur?

Cavab: Xətlərin ikisi də eyni uzunluqdadır.


19. Dayaqlar arasında nə görürsünüz? (Rocer Şeparda məxsus bir illuziya.)


      Cavab: Qadın silueti
20. Şəkildə neçə ədəd boz rəngli nöqtə var?

Cavab: Boz rəngli nöqtə yoxdur. Dairəciklərin hamısı sarı rəngdədir.
21. Aşağıdakı iki illustrasiyada təsvir olunan 4 kürənin mövqeləri arxa fonla münasibətdə eynidir yoxsa fərqli?
Cavab: Hər iki təsvirdəki kürələr eyni koordinatda yerləşirlər. İkinci şəkildəki topların sanki yuxarı qalxması illuziyası,  topların kölgəsinə oxşayan qara dairələrin fərqli yerdə(şəkildə)  çəkilməsindən doğur.
22. Təsvirdəki pəncərə forması mümkündürmü? Bəs , kişinin əlində tutuduğu kub və asılan kağızdakı üçbucaq forması necə, mümkündürmü? (Coz de Mey-ə məxsus əsər)

Cavab: Xeyr, obyektlərdən heç biri mümkün deyil. Asılan kağızdakı üçbucaq, Penroz üçbucağı adlanır və məhşur Amerikan riyaziyyatçısı Rocer Penroz tərəfindən ixtira edilmişdir. Mümkün olmayan kub isə Eşer-ə məxsusdur.
23. Şəkildə spiral yoxsa konsentrik(iç-içə) çevrələr təsvir olunub?
Cavab: Spirala çox oxşasa da, illuziya yalnız mərkəzləri eyni olan, iç-içə yerləşən konsentrik çevrələrdən ibarətdir. Bu illuziyanı ilk dəfə ingilis psixoloqu Ceyms Frazer təsvir etmişdir. Fraser spiralı, eləcə də “yalançı spiral” adı ilə tanınır. İlluziya çevrələri əmələ gətirən qara qövslərin ətrafının fərqli şəkildə rənglənməsindən yaranır.
24. Aşağıdakı təsvirdə çevrə yoxsa bir neçə əyri-üyrü halqa görürsünüz?

Cavab: Əyri-üyrü halqalara çox oxşasa da, şəkildə yalnız normal çevrələr çəkilib. Bu illuziya da Fraser illuziyasının bir variantıdır.
25. Ağ rəngli xətt rəngli xətlərdən hansı ilə kəsişir?

Cavab: Sarı rəngli xətlə kəsişir. Bu Poqqendorfun illuziyasıdır və 150 ildən çox tarixi var.
26. Şəkildəki papağın eni uzundur yoxsa hündürlüyü?
Cavab: Eynidir.
27. Təsvirdəki vertikal xətlərin hamısının uzunluğu eynidirmi?

Cavab: Inandırıcı olmasa da bütün veritkal xətlər eyni uzunluğa malikdir.
28. Təsvirdəki orbitlər kəsişirmi?

Cavab: Xeyr kəsişmirlər. Şəkildə sadəcə 4 normal iç-içə çevrə çəkilib. Bu illuziya italyan Baingio Pinna-ya məxsusdur.







0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.