25.10.2015

 10/25/2015 09:48:00 ÖS         Şərh yoxdur
* Təhsil millətin gələcəyidir.


* Mən dünyada müəllimdən yüksək ad tanımıram.

* Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil  səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə    məktəbə, müəllimə borcluyuq.

* Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad    yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

* Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq    göstərən insanlardır.

* Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq   hisslərinə malik olan insanlardır.

* Müəllimlik sənəti şərəfli bir sənətdir.

* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur.

* Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

* Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.

*Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.

* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,   fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf   edə bilməz.

*Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi  istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.
*Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək   elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgərbunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə   güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi  inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi  Azərbaycanı  müstəqil dövlət kimi idarə edəbilməzdik.  Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.

* Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda   vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq,ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.

*...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə  köməketməlidir. Bu, mənim prinsipial mövqeyimdir...

* Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə,  mənəviyyatına, ənənələrinə uyğun qururuq. Doğrudur, bu prosesçox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə,təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəmki,onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri   əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir.Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və   mütləq bizim yeni dərsliklər əsasında oxusunlar...

* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün     məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi   fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi  keçmişini gərək yaxşıbilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.4. 

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.