29.10.2015

 10/29/2015 12:35:00 ÖÖ         Şərh yoxdur

İsaak Nyuton (1643-1727)



Böyük ingilis fiziki, riyaziyyatçısı və astronomu İsaak Nyuton 1643-cü ildə Vulstorp kəndində kiçik fermer ailəsində dünyaya göz açıb. Uşaqlıqda qaradinməz İsaak kitab oxumağı və mexaniki modellər hazırlamağı yaşıdları ilə oynamaqdan üstün tuturmuş.
12 yaşında Qrantem məktəbində oxumağa başlayır. Müəllimləri onun anasına məsləhət görürlər ki,  istedadı ilə şagirdlərdən fərqlənən İsaakı Kembricə oxumağa göndərsin.  İsaak 19 yaşında Kembricdə Triniti kollecinə daxil olur. Böyük həvəslə oxuyan  Nyuton  qısa müddətdə  bakalavr, daha sonra  professor olur. 

1665-1667-ci illərdə İngiltərədə taun epidemiyası tüğyan etdiyi üçün Nyuton  kəndə qayıdır və burada gərgin işləyir.  Ümumdünya cazibə qanununu da  məhz həmin illərdə kəşf edir, işığın dispersiyası hadisəsini (ağ işığın yeddi rəngə  parçalanması) öyrənir. Taun təhlükəsi sovuşduqdan sonra alim  Kembricə qayıdır və riyaziyyat kafedrasında işləməyə başlayır.  O vaxt Kembricdə məsələ həll etmək məharətini  göstərmək üçün yarışmağı sevirdilər.  Nyuton hamını məğlub edirdi. 
O, buna təkcə  istedadı ilə deyil,  həm də  özünün  yaratdığı  riyazi  metodlardan bacarıqla istifadə etməklə nail olurdu. İndi həmin metodlar ali riyaziyyatın (diferensial və  inteqral hesablama)  əsasını təşkil edir.  O vaxt Nyutonun cəmi 27 yaşı vardı. 
Getdikcə məşhurlaşan  Nyutonu 1672-ci ildə London Kral Cəmiyyətinin  üzvü seçirlər. 1690-cı ildə o, Londona köçür və elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə məşğul olur. 1695-ci ildə Sikkəxanada əvvəlcə nəzarətçi, dörd il sonra isə  direktor işləyir.  Bu vəzifədə böyük uğur qazanır. Alim saxta sikkələr yerinə özünün ixtira etdiyi  dəzgahda  yeni sikkələr kəsməklə, İngiltərəni inflyasiyadan xilas edir.  
Nyutonun kəşf etdiyi mexanika qanunları səma cisimlərinin və kosmik aparatların hərəkətinin öyrənməsinin əsasını təşkil edir. Birinci güzgülü teleskopu məhz Nyuton hazırlayır. 
Nyuton XVIII əsrin  əvvəlində özünün  ən mühüm kitablarını - klassik mexanikanın  əsaslarının şərh olunduğu “Təbiət fəlsəfəsinin riyazi əsasları” və  işıq tədqiqatları sahəsində kəşflərinə həsr edilmiş “Optika” əsərlərini yazır. Alim ilk kitabının müqəddiməsində özündən əvvəlki böyük fizikləri,  ilk növbədə Qalileyi nəzərdə tutaraq yazır: “Mən çox iş gördüm, çünki  nəhənglərin  çiynində dayanmışdım”.  
1727-ci ildə vəfat edən  Nyuton  Vestminster abbatlığında  dəfn olunub. Onun başdaşında yazılmış sözlərdə  bu insanın böyüklüyü belə vurğulanıb: “Bəşər övladı sevinsin ki, dünyada belə gözəl insanlar yaşayıb”.   
İsaak Nyutonun Ümumdünya cazibə qanunu 
Cazibə nəzəriyyəsi və  həqiqətən universal olan Ümumdünya cazibə qanunu Nyuton elminin zirvəsidir. Nyutonun sələfləri hesab edirdilər ki, qravitasiyanın iki tipi var. Bu təsəvvür  o dövrün insanlarının  şüurunda möhkəm yer tutmuşdu. Hamı hesab edirdi ki, qeyri-mükəmməl planetimizdə Yer kürəsi qravitasiyası, mükəmməl göylərdə isə səmavi qravitasiya hökm sürür.  
Nyutonun dahiliyi bundadır ki, o, qravitasiyanın bu iki tipini öz şüurunda birləşdirə bilmişdi. Nyuton bunun necə baş verdiyini ahıl yaşlarında danışırdı: o, gündüz saatlarında valideynlərinin malikanəsindəki - alma bağında gəzişirmiş və birdən səmada Ayı görür. Elə həmin an onun gözü qabağında alma budaqdan qopub yerə düşür.   Nyuton  hərəkət qanunları üzərində çalışdığı üçün almanın  Yerin qravitasiya sahəsinin təsiri altında düşdüyünü bilirdi.
Onu da bilirdi ki,  Ay göydən elə-belə asılıb qalmayıb, Yer kürəsi ətrafında orbit boyu dolanır, deməli, ona elə bir qüvvə təsir göstərir ki,  həmin qüvvə  Ayın orbitdən qopub  açıq kosmosa getməsinin qarşısını alır.  Elə bu an Nyutonun ağlına belə bir fikir gəlir: almanı yerə düşməyə, Ayı isə  Yerətrafı  orbitdə  qalmağa eyni qüvvə məcbur edir. 
Nyutonun hesablanmalarının nəticələri hazırda ümumdünya cazibə qanunu adlandırılır.  Həmin qanuna görə,  Kainatda istənilən iki cisim arasında  qarşılıqlı cazibə qüvvəsi  vardır. Bütün fiziki qanunlar kimi bu qanunu da riyazi tənlik şəklində göstərmək olar.
Ümumdünya cazibə qanunu düstur şəklində belə yazılır: 
F = G M1 M2 / R2.
Burada F - cisimlərin  cazibə qüvvəsi, М1 и М2 -  hissəciklərin kütləsi, R - onlar arasında məsafə, G= 6,6742•10–11м3/(с2•kq) isə qravitasiya  sabiti, yəni cazibə sabitidir. 

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.