Dövlətin rəsmi adı: Azərbaycan Respublikası
Ümumi məlumat
Qurulma tarixi: | 28 may 1918-ci il |
Müstəqillik günü: | 18 oktyabr 1991-ci il (II respublika) |
Dövlət dili: | Azərbaycan dili |
Paytaxt şəhəri: | Bakı |
Azərbaycanın dövlət quruluşu: Azərbaycan demokratik, leqal, dünyəvi, unitar respublikadır. Etnik türk və müsəlman çoxluğuna sahib ölkədir.Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Konstitusiya quruluşu
Hakimiyyətin forması: | Prezidentli Unitar Respublika |
Hüquqi sistemi: | Kontinental hüquq sistemi əsaslı |
Dövlət başçısı: | Prezident |
Hökumət başçısı: | Baş Nazir |
Parlament: | Birpalatalı Milli Məclis |
Beynəlxalq əməkdaşlıq: | BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, ATƏT, Avropa Şurası, MDB, NATO Tərəfdaşlıq proqramı |
Azərbaycanın dövlət dili: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. İstifadə olunan işlək dillər ingilis, tük və rus dilləridir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
Yerləşdiyi yer: Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimaldan Rusiya Federasiyası (RF), cənubdan İran İslam Respublikası (İİR), qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda yerləşir.
Coğrafiya və əhali
Ərazi: | 86.600 kv. km |
Yerləşmə: | 44o və 52o -li şərq uzunluğu, 38o və 42o-li şimal enliyi |
Həmsərhəd dövlətlər: | Cənubda İranla- 765 km, qərbdə Ermənistanla - 1.007 km, şimal-qərbdə Gürcüstanla- 480 km, şimalda Rusiya ilə -390 km, cənub-qərbdə Türkiyə ilə -15 km |
Əhali (2013): | 9 477.1 min nəfər |
Dini etiqadlar: | İslam,xristianlıq, iudaizm |
İqlim: | Quraq və rütubətli subtropik iqlimdən dağlıq tundra iqliminə qədər. Mövcud 11 iqlim qurşağından 9-u |
Ən böyük şəhərləri: | Bakı, Gəncə, Sumqayıt, Naxçıvan |
Ən yüksək dağ zirvəsi: | Bazardüzü - 4.466 m |
Ən uzun çayı: | Kür, 1515 km |
Ən böyük gölü: | Sarısu, 67 km2 |
Təbii ehtiyatlar: | neft, qaz, kömür, qızıl, alüminium, mineral sular |
Azərbaycanın iqlimi: Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən 9-nun burada olduğu müəyyən edilmişdir.
İnfrastruktur
Maşın yolu şəbəkəsi: | 19001.6 km |
Dəmir yolu şəbəkəsi: | 2068 km |
Əsas dəniz limanları: | Bakı (Xəzər dənizinin ən böyük limanı) |
Hava nəqliyyatı: | MDB, Avropa, Çin və Yaxın Şərqə şərnişin və yük daşınması xidmətləri |
Ən böyük hava limanı: | Heydər Əliyev adına Beynəlxalq Hava Limanı |
Azərbaycanda din:
Azərbaycan Respublikasında hakim din islamdır. Ancaq tam sərbəstlik şəraitində müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Digər əsas dinlər xristianlıq və iudaizmdir. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.
Faydalı məlumat
Saat qurşağı: | GMT+4.00 |
Pul vahidi: | Azərbaycan manatı - AZN |
Telefon kodu: | +994 |
Əsas internet domeni: | .az |
Elektrik gərginliyi: | 220 V, 50 Hz |
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!