“Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.”- deyən ulu öndərimiz Heydər Əliyevin sözlərini biz – pedaqoji fəaliyyətlə məşğul olan bütün müəllimlər başımız üstündə dalğalanan bayraq etməliyik.
Bu gün təhsil sahəsində çox mühüm işlər görülür. Məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi;ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir.
Hazırda biz dərslərimizi elə qurmalıyıq ki,şagird mənimsəməsi asanlaşdırılsın və müstəqil fikir irəli sürmək bacarığı formalaşsın. Məhz buna görə də dərslərimdə müxtəlif nağıllardan və təmsillərdən istifadə edirəm.
Riyaziyyat dərslərimin birində uşaqların çox sevdiyi “Tıq-Tıq Xanım”ın nağılından istifadə etmişəm.
“100 dairəsində çıxma” mövzusunu tədris etmək üçün aşağıdakı standartları seçdim.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
1.3.4. Məsələ həllində əməlin seçılməsini əsaslandırır.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.
Məqsədim isə aşağıdakılardan ibarət oldu.
Azalanın təkliklərinin sayı ilə çıxılanın təkliklərinin sayını müqayisə etməklə azalanın 10-luqlar mərtəbəsindən bir onluq ayırmaq lazım olduğunu başa düşür.
Bu hala uyğun çıxma əməllərini sətir və sütunla yazır.
İş forması olaraq böyük qrupla işi, iş üsulu beyin həmləsi, müzakirə, resurslardan 100-lük kvadrat cədvəli, proyektor, videodisk olmuşdur. Hər bir fənndə inteqrasiya önəmli olduğu kimi bu dərsdə də inteqrasiyanı Ana dili (1.2, 2.1.), İnformatika (2.1.) fənləri arasinda aparmışam.
Motivasiya fəal dərsdə dərsin vacib komponentidir – təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən proses olduğu üçün belə bir motivasiya seçmişəm.
“Bir qalanın sirri” filmindən “Həkim baba”nın sandığa qoyduğu şifrəli məktubun oxunması fraqmentini proyektorla təqdim edirəm. Uşaqlara belə bir sualla müraciət edirəm:
– Şifrə necə açıldı? Şagirdlər gördüklərini söyləyirlər.
Sonra uşaqlara Həkim babanın onlara sandığın icində məktub göndərdiyini söyləyirəm. Lakin məktub şifrəli olduğunu deyib onun necə açıldığını izah edirəm.
Tıq Tıq xanım |
Həmin məktubu lövhədən asaraq usaqlara məktubu oxumaq üçün onlara Həkim babanın “Tıq-Tıq Xanım” nağılını kömək üçün göndərdiyini söyləyirəm. “Tıq-Tıq Xanım” şifrəni açmaq üçün yenidən dost axtarışına çıxacaq.Ona dost tapmaqda köməklik edək. Onu təhlükələrdən qorumaq lazımdır. Bunun üçün də suallara tez cavab tapmalıyıq. Həmin cavabların vasitəsi ilə şifrəni aça bilərik.
M: Uşaqlar, məktub 4 sözdən ibarətdir. Hər bir sözü tapmaq üçün bir tapşırıq həll etməliyik.
M: Biri varmış, biri yox imiş,bir dozanqurdu var imiş. O, yalqız qalıb darıxırdı. Özünə yoldaş axtarmağa çıxdı. O bir ayıya rast gəldi.
Ayı ona dedi:
-Gəl yanımda qal. Sən-
dən ayrı bir tikə də yemərəm.
Tıq-Tıq onu görüb qorxdu və
dedi:
– Sən mənim tapşırığımı tez yerinə yetirsən onda mən səninlə dost olub, yanında qalaram.
100- lük kvadrat cədvəlindən istifadə etməklə
həll et:
90-30=60 (d) 90-20= 70(r) 90-60=30(i)
80-60= 20(a) 60-10= 50(ə) 43-30=13(n)
70-40= 30(i) 80-70= 10(s) 80-20=60(d)
90-40=50(ə)
80-60= 20(a) 60-10= 50(ə) 43-30=13(n)
70-40= 30(i) 80-70= 10(s) 80-20=60(d)
90-40=50(ə)
M: Uşaqlar, siz də Tıq-Tıq xanımın söylədiyi tapşırığı həll edin.
Şagirdlər cavabları ayıdan tez taparaq Tıq-Tıq xanımı xilas edirlər. Sonra Tıq-Tıq xanım yoluna davam etdi. O, bir tülküyə rast gəldi. Tülkü də çox yalvardı ki, onunla qalsın. Tıq-Tıq xanım onun dişlərindən qorxdu və dedi:
– Əvvəlcə verdiyim tapşırığı yerinə yetir, sonra mən səninlə dost olaram.
Tülkü soruşdu?
– Tapşırığın nədən ibarətdir?
Ədəd oxu üzərində on-on geriyə saymaqla misalları yerinə yetir:
0 10 20 30 40 50 60 70 80 90 100
41-20= 21(ç) 96-20=76(x)
73-20= 53(ı) 37-20=17(m)
90-70=20(a)
73-20= 53(ı) 37-20=17(m)
90-70=20(a)
M: Afərin, uşaqlar! Tıq-Tıq xanıma tülküdən də qaçmağa kömək etdiniz. Lakin bizim nağılda Tıq-Tıq xanım daha 2 heyvanla rastlaşacaq.
Beləliklə, Tıq-Tıq xanım mahnı oxuya-oxuya gedir və bir kirpiyə rast gəlir. Kirpi ona dostluq təklif edir. Tıq-Tıq xanım kirpinin tikanlarından qorxub ona bir sual verir.
-Əgər sən mənim verdiyim tapşırığı yerinə yetirsən, səninlə dost olaram.
Kirpi söylədi:
– Tapşırığın nədir?
Misalları həll et:
67 89 62 67 77
– – – – –
17 72 12 45 47
50(ə) 17(m) 50(ə) 22(l) 30(i)
– – – – –
17 72 12 45 47
50(ə) 17(m) 50(ə) 22(l) 30(i)
M: Afərin, uşaqlar! Yenə misalları tez həll edərək Tıq-Tıq xanımı təhlükədən qoruduq
Sizin köməyinizlə meşədən keçdi və siçanla rastlaşdı. Siçan onu şirin dillə qarşıladı.
Bu şirin sözlər Tıq-Tıq xanımın
xoşuna gəldi, amma onun şirin
dilinə də aldanmaq istəmədi və
xoşuna gəldi, amma onun şirin
dilinə də aldanmaq istəmədi və
dedi:
-Yox, siçan bəy! Sənin oğurluğundan,
ziyanvericiliyindən eşitmişəm.
Sənə elə tapşırıq verərəm ki,
yerinə yetirə bilməzsən. Yerinə
yetirsən səninlə dost olaram.
SiçanTıq-Tıq xanımla razılaşdı.
Hər yeşikdə 40 kq pendir olmaqla 2 yeşik
pendir var. Yenidən 20 kq pendir gətirdilər.
Cəmi neçə kq pendir oldu ?
40+ 40+ 20 =100
ziyanvericiliyindən eşitmişəm.
Sənə elə tapşırıq verərəm ki,
yerinə yetirə bilməzsən. Yerinə
yetirsən səninlə dost olaram.
SiçanTıq-Tıq xanımla razılaşdı.
Hər yeşikdə 40 kq pendir olmaqla 2 yeşik
pendir var. Yenidən 20 kq pendir gətirdilər.
Cəmi neçə kq pendir oldu ?
40+ 40+ 20 =100
M: Afərin, uşaqlar! Siz Tıq-Tıq xanıma çox gözəl kömək etdiniz. İndi gəlin məktubda açılan sözü oxuyaq:
“100 dairəsində çıxma əməli.”
Uşaqlar, amma o özünə dost tapa bilmir. Bəlkə nağılın sonluğunu siz bitirəsiniz? Nağılı elə sonluqla bitirin ki, Tıq-Tıq xanım tək qalmasın, özünə dost tapsın. Uşaqlar müxtəlif fikirlərini söyləyirlər.
Ş: Tıq-Tıq xanım yolda dozanqurdu ilə rastlaşır. Həmin dozanqurdu da təklikdən şikayət edir. Tıq-Tıq xanım onu dinləyir və sonda söyləyir: “Gəl dost olaq.” Beləliklə onlar dostlaşdılar.
Uşaqlar nağıla dair müxtəlif atalar sözləri də söylədilər.
(“Tay-tayını tapmasa, günü ah-vayla keçər.” və s.)
M: Uşaqlar, bu günkü nağıllar aləminə səyahətimiz beləcə başa çatdı. Siz çox gözəl səyahətçi və Tıq-Tıq xanımın köməkçiləri oldunuz.
Dərslərimizdə nağıllardan istifadənin ən böyük rolu ondan ibarətdir ki, şagirdlər tapşırıqları yerinə yetirərkən özlərini sanki nağıllar aləmində hiss edir,tapşırıqlar onlara daha asan və əyləncəli, rollu oyun təsiri bağışlayır.
Sevinc Azad qızı Axundova,Salyan rayon Y.Qasımov adına 4 saylı tam orta məktəbin İbtidai sinif müəllimi
Mənbə: www.tehsilproblemleri.com
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!