Bir alman riyaziyyatçısı olan David Hilbert, 1862 ilində Königsberqdə anadan olmuşdur.1895 və 1929-cu illər arasında Qottingen Universitetində professor olmuşdur.XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir.1897ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur.
1890cı illərdəki ilk çalışmaları sırasında,cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli bir rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır.
Qodel (1906 - 1978)
Kurt Qodel Avstriya əsilli bir Amerikan məntiqçisi və riyaziyyatçısıdır.Buğün Brno deyilən şəhərdə 1906-cı ildə anadan olmuşdur.1938-ci ildə Amerikaya gəlmişdir.1948-ci ildən Amerikan vətəndaşı olmuşdur.1953-cü ildə Princeton Universitetində professor olmuşdur."Principia Mathematica"-nın "Bənzəri sistemlərin formal hökmə bağlana bilməyən mülahizələri barədə" məqalələr yazmışdır.Burada,o,iki teoremin müəllifidir.Bu mülahizələrə görə,arifmetika xətasız ola bilməz.Çünki,xətasızlıq bu sistemdə qərarsızlığa yol açan bir mülahizədir.Müasir məntiq nəzəriyyəsinin qurucusudur.
Godfrey Hardi (1877 - 1947)
Bri ingilis riyaziyyatçısı olan Godfrey Hardi, 1877-ci ildə Cranley,Surreydə anadan olmuşdur.Oxford Universitetində həndəsə professoru olub.Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi.Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Qalua (1811 - 1832)
Fransız riyaziyyatçısı olan Qalua, 1811-1832 illəri arasında yaşamışdır.Abelin müasiri olan bu riyaziyyatçının doğum və ölün tarixlərinə baxdıqda 21 illik bir həyat yaşadığını görür və bu işdə bir səhvlik olduğunu fikirləşirsiniz.Amma heç bir səhvlik yoxdur.Qalua 21 yaşında dueldə öldürülmüşdür.Qalua cəbri funksiyaların inteqralı haqqında əsas teoremləri ifadə etmişdir.
Furye (1768 - 1830)
Bir dərzinin oğlu olan Jan Baptista Jozef Furye 21 Mart 1768ci il tarixində Fransanın Oser şəhərində anadan olmuşdur.Hələ 9 yaşında olarkən həm anasını,həm də atasını itirmişdir.Xeyriyyəçi Madam Moiton və Oser qəsəbəsinin baş rahibinə nə qədər təşəkkür edilsə yenə də azdır.Çünki bu xeyriyyəçi şəxslər yetim və kimsəsiz qalan Furyeni şəhərdəki hərbi məktəbə göndərdilər.Furye özünü bu məktəbdə çox yaxşı şəkildə inkişaf etdirdi.Riyaziyyatla ilk dəfə tanış olduqda sehrlənmiş kimi olmuşdur.
Dedekind (1831 - 1916)
Bir hüquq professoru olan Ulrix Dedekindin 4 övladından ən balacası olan Riçard Dedekind Qaussun anadan olduğu yerdə 6 oktyabr 1831-ci il tarixdə Brunsviçdə anadan olmuşdur.Riçard yeddi yaşından on altı yaşına qədər şəhərdə gimnaziyada oxumuşdur.Cavan yaşlarında riyaziyyat dühası çox da bilinmirdi.Onun ilk sevgisi kimya və riyaziyyat olmuşdur.Riyaziyyata elmlərin xidmətçisi gözü ilə baxırdı.Əsil yolunu aşkar etməkdə də heç ləngimədi.Daha 17 yaşında olarkən fizikanın istifadə etdiyi bir çox qaydalarda səhvlər aşkar etdi və riyaziyyata qayıtdı.Çünki onun atdığı hər addım sağlam olmalı idi.
De Lopital (1661 - 1704)
De Lopital həvəskar Fransa riyaziyyatçısıdır.1661-ci ildə Parisdə anadan olmuşdur.Ailəsi fransız zadəganlarından idi.İohan Bernullinin rəhbərliyi altında işləmiş və özünü inkişaf etdirmişdir. De Lopital çox qabiliyyətli bir riyaziyyatçı idi və brachystochrone adı verilən məsələni həll etmişdir. De Lopitalın ən məşhur əsəri 1692-ci ildə yazdığı "Analyse des infiniment petits pour l'intelligence des lignes courbes" əsəridir.Bu əsər eyni zamanda differensial analiz haqqında yazılmış ilk dərs kitabıdır.
Kramer (1704 - 1752)
İsveçrəli bir riyaziyyatçı olan Qabriel Kramer,1704-ci ildə Cenevrədə anadan olmuşdur.Cenevrədə riyaziyat və fəlsəfə professoru olmuşdur.Berlin akademiyasına və İngiltərə Kraliyyət Akademiyasına üzv seçilmişdir."Cəbri əyrilərin analizinə giriş" adlı kitabı 1750-ci ildə nəşr olunmuşdur.Kramerin bu kitabı,analitik həndəsə sahəsində yazılan ilk kitablardan biridir.Kramerin ən böyük xidmətlərindən biri də,Jan və Jak Bernullilərin bütün kitabları ilə,Leybnitsin "Commerciu Epistolcum" adını daşıyan məktublarını bir araya gətirərək toplu halda nəşr etdirməsi olmuşdur.Bu gün tənlik sistemlərinin həll edilməsində istifadə edilən Kramer qaydası riyaziyyatçılara olduqca çox kömək edir.
Kristoffel (1829 - 1900)
Bir alman riyaziyyatçısı olan Elvin Bruno Kristoffel 1829-ci ildə Reynlandda anadan olmuşdur.Əvvəllər Zürih Politexnikumunda,sonralar isə Berlin və Strasburq Universitetlərində riyaziyyat professoru olaraq işləmişdir.Xüsusilə,Abel funksiyaları,cəbri funksiyalar,törəməli tənliklər və differensial həndəsə üzərində çalışmaları vardır.Reymann ilə birlikdə riyaziyyata tensor anlayışını gətirdilər və tensor hesabı üzərində şalışdılar.
Koşi (1789 - 1857)
İlk böyük fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu.Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi.Yarı aclıq içində ancaq atasının hesabına yaşadı.Atası parlamentin vəkili idi.
Kartan (1869 - 1951)
Bir fransız riyaziyatçısı olan Elie Kartan,1869-cu ildə Dolomiyada anadan olmuşdur.1912-ci ildə SorbonUniversitetində professor olmuşdur.1924-1940-cı illəri arasında ali həndəsədən dərslər vermişdir.İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir.Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır.1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Borel (1871 - 1956)
Feliks Eduard Emil Borel 7 dekabr 1871 günü Fransada Saint Affrique deyilən kiçik bir qəsəbədə anadan olmuşdur.Atası əhalisi protestant olan bu şəhərin keşişi idi.Anası tacir ailəsindən idi.Borel ilk dəfə 1889-cu ildə Ecole Normale məktəbində təhsil almışdır.Bu məktəbi bitirincə Linne Universitetində,Ecole Normale-də və Sorbonda riyaziyyat müəllimi olmuşdur.Analiz və ehtimal nəzəriyyəsində çox önəmli kəşfləri vardır.
Boole (1815 - 1864)
2 noyabr 1815-ci ildə Linkolnda anadan olan Corc Boole sadə bir dükançı oğlu idi.O vaxtın İngiltərəsində dükançılıq olduqca səviyyəsiz bir peşə idi.Öz-özünü yetişdirən bu dahinin yüksək zəkası ən aşağı xalq təbəqəsinə verilmişdi.Qaydalara görə bu dahi insan yüksək təbəqələrin oxuduğu məktəblərdə oxuya bilməzdi.
Bolzano (1781 - 1848)
Bernhard Bolzano,Çexiyanın Praqa şəhərində 5 oktyabr 1781-ci ildə anadan olmuşdur.Atası bir italyan köçkünü idi.Anası Praqada mədəncilik ilə məşğul olan bir ailənin qızı idi.Bolzano, Praqa Universitetində fəlsəfə,fizika,riyaziyyat və ilahiyyat oxumuşdur.1807-ci ildə Praqada eyni universitetdə din və fəlsəfə professoru olaraq işləməyə başladı.1816-ci ilə qədər bu univeristetdə dərslər keçdi.1816-ci ildə Xirstian kilsəsincə mənimsənən inam,duyğu və düşüncə ilə üst-üstə düşmədiyi üçün din və fəlsəfə dərslərini tulladı və riyaziyyatla məşğul olmağa başladı.
Beyr (1874 - 1932)
Rene Beyr 1874-cü ildə Parisdə anadan olmuşdur.Ecole Normal məktəbində təhsilini tamamlamışdır.Daha sonra Dijon Fənn Fakultəsinin riyazi analiz dərslərini tədris etmişdir.Özü kimi fransız riyaziyyatçıları olan Henri Poincare,Emil Borel və Henri Lebeski ilə bərabər həqiqi dəyişənli funksiyalar üzərində yeni cığırlar açdı.Həqiqi analizə aid çox dəyərli kitablar yazmışdır.
Evklid (e.ə.325-e.ə.265)
Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur.Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir.Evklid "Başlanğıclar" əsərində planimetriya,stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini vermişdir.Onun "Fiqurların bölünməsi haqqında" və s. əsəri ərəb dilinə tərcümə edilmiş və günümüzə qədər gəlib çatmışdır.Evklidin paralellər aksiomunu teorem şəklində isbat etmək etmək istəyənlər çox olmuşdur,amma nəticəsiz qalmışlar.Yalnız 1826-cı ildə dahi rus alimi Lobaçevski bu ruyazi təklifin isbatının qeyri-mümkünlüyünü isbat etdi və onun həqiqətən aksiom olduğunu göstərdi.
Qauss (1777 - 1855)
Karl Fridrix Qauss görkəmli alman riyaziyyatçısıdır.O,Qottingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən "Ədədi tədqiqatlar" adlı əsərini yazmışdır.Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi,kvadratik formaların qısa ifadəsi,n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır.Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı.O,XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü ideyasına gəlmidi.Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi alandırmışdı.
Laplas (1749 - 1827)
Markiz Pyer Simon de Laplas fransız materialisti,astronomu,riyaziyyatçısı və fizikidir.O,Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur.1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir.Laplasın elmi irsi kainat mexanikasına,riyaziyyata və riyazi fizika sahələrinə aiddir.O,mexanikanın,diferensial tənliklər nəzəriyyəsinin,xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir.Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur.Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.
Lebesqyu (1875 - 1941)
Bir fransız riyaziyyatçısı olan Henri Leon Lebesqyu Fransada Bove şəhərində 28 iyun 1875-ci ildə anadan olmuşdur.Çox yaxşı bir təhsil alaraq 1897-ci ildə Paris Universitetində Ph.D. diplomunu aldı.Dirixle funksiyasının Reyman anlamında inteqralının olmadığı o zamanlar bilinirdi.Rasional funksiyalarda bir,irrasional funksiyalarda sıfır qiymətini alan funksiya riyaziyyatda Dirixle funksiyası adı ilə tanınır.Lebesqyu bu inteqralın olduğunu isbat etmişdir.
Leybnits (1646 - 1716)
"Məndə o qədər yaxşı fikir var ki,əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 Tiyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur.
Abel (1802-1829)
Nils Henrik Abel görkəmli Norveç riyaziyyatçısıdır,müasir cəbrin və cəbri funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.Abel beşinci dərəcəli tənliyin radikallarla həlli üzərində çalışmış və dərəcəsi dörddən böyük olan hərfi əmsallı cəbri tənliklərin ümumi halda həll olunmadığını isbat etmişdir.O,radikallarla həll edilən ixtiyari qüvvətdən tənliklər sinfi yaratmışdır.O,bir sıra inteqrallamanmayan funksiyalar tapmış və öz adını daşıyan "Abel inteqralları"nı tədqiq etmişdir.Abel elliptik funksiyalar nəzəriyyəsinin əsasını qoymuşdur.
Laqranj (1736-1813)
Jozef Lui Laqranj böyük fransız riyaziyyatçısı və mexanikidir.O,Berlin və Paris elmlər akademiyasının üzvü,Peterburq akademiyasının isə fəxri üzvü olmuşdur.Napoleon onu "Laqranj riyaziyyat elminin möhtəşəm ehramıdır" sözləri ilə ifadə etmişdir.laqranjın riyaziyyata aid əsas əsərləri variasiya hesabına,analitik və nəzəri mexanikaya həsr olunmuşdur. "Analitik mexanika" əsəri onun ən klassik əsəridir.Laqranj bir sıra araşdırmalar apararaq Teylor sırasının qalıq həddinin düsturu,sonlu artımlar düsturu,şərti ekstremumlar nəzəriyyəsi, simmetrik funksiyalar,kəsilməz kəsrlər nəzəriyyəsi və s. kimi kəşflər etmişdir.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!