1.12.2015

 12/01/2015 10:14:00 ÖS      Şərh yoxdur




1) Əslində çaydır özü,


Gəzir çəməni,düzü


Sonuna bir Ə hərfi,


Əlavə etsə,hər kim


Çay dönüb dərhal olur,


Tanış həndəsi cisim



2) Kubda,ya prizmada,


Rast gələrsən bu ada.


Birinci hərfi əgər,


Poza bilsən bir təhər


Vaxt ölçüsü alarsan


Tapsan razı qalarsan.



3) Beş hərfi var adında,


Yaxşı saxla yadında.


İki hərfi saitdir,


Həndəsəyə aiddir.


Sözün baş hərfini sən.


Əgər dəyişə bilsən


Oğlan adı alarsan,


Tapsan razı qalarsan


4) Bu sözdə 4 hərf var


İki hərfi saitdir.


Əslində düz xətdir o,


Həndəsəyə aiddir.


Hərflərin yerini


Dəyişə bilsən əgər


Sən Afrikada ölkə,


Amerikada şəhər


Adlarını alarsan


Tapsan rahat olarsan.


5) Səs terminidir cəbrdə


Onsuz qalırsan cəbrdə


Birinci hərfi ş-ya dəyişsən,


Sən yeni söz alarsan.


Tapsan çox şən olarsan.


6) Dörd hərfi var adında,


Çox işlənir həyatda.


İlk hecası notdur,


İki sait arası


Bir r əlavə etsən,


Oğlan adı alarsan.


Tapsan razı qalarsan.



7) Onun böyük teoremi


Həndəsədə məşhurdur.


Birinci heca rasional ədəddir,


İkincisi musiqidə bir notdur.


Tapın görək,o kimdir?


8) Vaxt ölçüsüdür özü


Yaşı haqlıyıb yüzü


Adına bir K hərfi


Əlavə etsəniz siz


Tam olmayan bir ədəd,


Alarsınız ,şübhəsiz.


Tapmacanı taparsan,


Çoxda razı qalarsan.


9) Notdur qabaq hecası,


M ilə S arası,


Riyazi işarədir.


Tapın görək,o nədir?



10) Beş hərf var adında


Yaxşı saxla yadında


İki hərfi saitdir.


Həndəsəyə aiddir


Birinci hərfi Q etsən,


Əziz bir söz alarsan.


Tapsan razı qalarsan.


11) Qabaq hecam ölçüdür,


Musiqi alətiyəm.


Notdur sonrakı hecam.


Tapın görək,mən nəyəm?



12) Bilirsinizmi nəyəm?


Riyazi işarəyəm.


İkinci yerə o artırsanız


Coğrafi ad alarsız.




13) Beş hərf adında.


Yaxşı saxla yadında 


Həndəsəyə aiddir


İki hərfi saitdir.


Ondakı C hərfi


L ilə əvəz etsən,


Sərin bir su içərsən.


Tapmacanı taparsan.


14) Dörd hərf var adında,


Bir hərfi saitdir.


Əslində fiqurdur o,


Həndəsyə aiddir.


Axrıncı hərfini 


Dəyişə bilsən A-ya


Paytaxt adı alrasn,


Tapsan razı qalarsan.


Mənbə:gulnarhuseynova2015.blogspot.com

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.