18.10.2015

 10/18/2015 03:05:00 ÖS         Şərh yoxdur


Riyaziyyatçı - Riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur. Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,...riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir.


Dahi Riyaziyyatçılar


 


                          Arximed
 Antik dövrün məşhur yunan alimi olmuşdur. Arximed (b.e.ə. 287 – 212 ci illər) Siciliya adasında yerləşən Sirakusi şəhərində riyaziyyatçı ailəsində anadan olmuşdur. Onun atası Fidia (yun. Phidias), Siciliyanın şahı II Heronun dostu riyaziyyatçı və astronom olub, oğluna yaxşı təhsil vermişdir. Arximed bir müddət İsgəndəriyyənin Musey məktəbində təhsil aldıqdan sonra Sirakusiyaya qayıdır və ömrünün sonuna kimi orada yaşayır.
Antik dövrün məşhur yunan alimi olmuşdur. Arximed (b.e.ə. 287 – 212 ci illər) Siciliya adasında yerləşən Sirakusi şəhərində riyaziyyatçı ailəsində anadan olmuşdur. Onun atası Fidia (yun. Phidias), Siciliyanın şahı II Heronun dostu riyaziyyatçı və astronom olub, oğluna yaxşı təhsil vermişdir. Arximed bir müddət İsgəndəriyyənin Musey məktəbində təhsil aldıqdan sonra Sirakusiyaya qayıdır və ömrünün sonuna kimi orada yaşayır.


                                                    Pifaqor 
Pifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Onun 490-cı ildə öldüyü güman edilir. Metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir. Pifaqorun həyatı əfsanələşdirilib. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Herodot Pifaqoru böyük Ellin müdriki adlandırırdı.




Məhəmməd Nəsirəddin Tusi

         
1201-ci il 16 fevralda Həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir.

              
                                

    İsaak Nyuton
 

Bütün zamanların ən böyük alimlərindən biri olan İsaak Nyuton haqqında söhbət açılanda öncə alma yada düşür. Deyilənlərə görə, Nyuton cazibə qüvvəsi nəzəriyyəsini öz bağlarındakı alma ağacının kölgəsində oturub dincələn zaman başına düşən alma ilə əlaqədar olaraq verib.Amma yazılanlara görə, Nyutonun cazibə qüvvəsinə dair elmi işləri Avropada fransız yazıçısı və maarifçi filosofu Volterin sayəsində yayılıb.

                 


   Rene Dekart 

Rene Dekart - fransız filosofu, riyaziyyatçı və yazıçısı. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir Riyaziyyatın Atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əkəsriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadı olunan Kartezian koordinbat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarıdna biridir.

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.