Sayma nəticəsində istifadə etdiyimiz ədədlər natural ədədlərdir.(1,2,3,4,....).Natural ədədlər sonsuzdur.ən kiçik natural ədəd 1-dir.Natural ədədlər içərisində 1-dən 9-a qədər olanları və 0 rəqəmlərdir. Sıfır rəqəmdi amma natural ədəd deyil.
Natural ədədlərdə rəqəmlərin tutduğu yer mərtəbə adlanır. Bu mərtəbələr sağdan başlayaraq – təkliklər, onluqlar, yüzlüklər, minliklər,..... adlanır. Misal:172845-( yüz yetmiş iki min səkkiz yüz qırx beş) ədədi.Bu ədəddə 5-təklik, 4-onluq, 8-yüzlük, 2-minlik, 7-on minlik, 1-yüz minlik var.Natural ədədlər sadə və mürəkkəb ola bilər.
Sadə ədədlər: Birə və özünə bölünən ədədlər sadə ədədlərdir.2,3,5,7 vəs.
Mürəkkəb ədədlər: Birdən və özünnən başqa böləni olan ədədlər mürəkkəb ədədlərdir. 4,6,8,9,vəs.
2 Yeganə cüt ədəddir ki sadədir.
1 nə sadə deyil nə mürəkkəb.
10 yıl önce
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!