Bu məqalədə, riyaziyyat və riyaziyyatçılar barədə olan bir neçə film haqqında yazmaq istərdim. Mövzusu “başsındıran” riyaziyyat suallarına ən yaxın olan filmlərdən biri, “Fermanın otağı” filmidir.Filmdə, bir neçə riyaziyyatçı xüsusi bir otağa dəvət olunurlar və orada onlara sms vasitəsilə məntiq və riyaziyyatdan suallar verilir.
Riyaziyyatçılar hansısa suala səhv cavab verdiklərində, otağın bütün divarları qabağa gəlir və və beləcə otaq getdikcə daha da darlaşır. Bütün bunları görən riyaziyyatçılar təşvişə düşür və otağa niyə dəvət olunduqlarını anlamağa və eyni zamanda suallara doğru cavab verib sağ qalmağa çalışırlar . Riyaziyyatçılar otaqdan sağ çıxa biləcəklərmi? Bunu filmə baxıb öyrənə bilərsiniz.
Digər çox maraqlı film isə, məhşur riyaziyyatçı-iqtisadçı, Con Nəş haqqında olan Mükəmməl Dərrakə (A Beautiful Mind) filmidir. Film, riyaziyyatçı Con Nəşin tələbəlik illərindən ahıl vaxtına qədər olan həyat yolunu, 2 saat ərzində izləyicilərə çatdırmağa çalışır. Con, riyaziyyatda çox yaxşı olsa da, insanlarla ünsiyyət qurmaqda, məğlub olmaqda o qədər də uğurlu deyil. Formal təhsilin mənasız olduğunu düşünən Con, qeyri standard fikirləşərək, təmamilə yeni bir nəzəriyyə kəşf etməyə can atır və sonda buna nail ola bilir. O, oyunlar nəzəriyyəsinə “Nəş tarazlığı” ideyasını formal olaraq təqdim edir. Nəş tarazlığının optimal olduğunu, o yalnız ikicə səhifədə sübut edir. Onun məqaləsini internetdən axtarıb tapa bilərsiniz. Nəşin bu iki səhifəlik ideyası sonradan riyaziyyat, iqtisadiyyat, biologiya və digər istiqamətlərdə öz tətbiqini tapır və ona Nobel mükafatı qazandırır. Con Nəşin özü filmdən razı qalsa da, Hollivudun onun həyatının bəzi aspektlərini şişirtdiyini və ya uydurduğunu qeyd edib. Bütün bunlara rəğmən film çox maraqlı alınıb.

0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!