Təhsil Xəbərləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Təhsil Xəbərləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2.12.2015

Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün  sahələr, eləcə də təhsil qarşısında mühüm vəzifələr qoyulmuşdur. Təhsil sisteminin dəyişilməsi və yeniləşməsi  məsələsi irəli sürülmüş, təhsilin ABŞ, Avropanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiyası ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın".
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sisteminin dövlət təhsil standartlarına cavab verən inkişaf istiqamətləri və  müasir tələblərə uyğun hədəfləri müəyyənləşdirilmiş, təhsil işçiləri qarşısında yeni məsul vəzifələr qoyulmuşdur. Ölkəmizin təhsil sistemi dünyanın ən qabaqcıl ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirilir, məzmun və struktur dəyişiklikləri aparılır, təhsilin bütün pillələri üzrə kurikulumların hazırlanması məsələlərinə baxılır.

14.11.2015

Müsabiqənin I mərhələsinə 941 layihə təqdim olunub. Onlardan 41-i müsabiqənin şərtlərinə uyğun olmadığı üçün qəbul edilməyib.

“Elektron təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb



Yekun olaraq, musabiqəyə 900 layihə qəbul edilib.
 Onların 545-i müəllimlər, 355-i isə sagirdlər tərəfindən göndərilib.
 Layihələr II mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiyməndirlmək üçün Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayının sonunda elan ediləcək.
Qeyd edək ki, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.
Mənbə: ict.edu.az

11.11.2015

9.11.2015

Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair

MÜVƏQQƏTİ TƏLİMAT

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar” təsdiq edilmişdir. 


Həmin qaydaların 6-cı və 7-ci bəndlərinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın illik qiymətin çıxarılması ilə bağlı 4.14-cü bəndində müvafiq dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır.

26.10.2015

Məlumdur ki, ideoloji baxışların, ictimai münasibətlərin dəyişdiyi indiki şəraitdə yeni yaşayış formalarına adaptasiya olunmağa, həmçinin sosial həyatın əsas prinsiplərini öyrənməyə, yeni siyasi reallıqların və inkişaf istiqamətlərinin ictimai şüurda, praktikada möhkəmləndirilməsinə nail olmaq üçün təhsil geniş imkanlara malikdir. Milli-mənəvi və sosial-mədəni dəyərlərə yiyələnmiş insan, hazırda təhsilin rolunu, onun həlledici mahiyyətini aşağıdakı kimi görür və əsas kimi qəbul edir.
:
Distant təhsil ənənəvi təhsilə inteqrasiya olmuş bütöv bir şəbəkə halında olan müəllimlərin rəhbərliyi altında aparılan təhsil formasıdır.


 Bunun əsasını isə kompüter telekommunikasiyası, İnternet-texnologiyası təşkil edir. Məhz bu texnologiyaların yayılması universitetlərdə, peşə təhsili sistemində, məktəblərdə, habelə ixtisasartırma sahəsində təhsilin bu yeni formasına tələbatı  günbəgün artırır və onun kifayət qədər intensiv tətbiq olunmasına səbəb olur. 

25.10.2015

Təhsil millətin gələcəyidir.


Mən dünyada müəllimdən yüksək ad tanımıram.

24.10.2015

TESTƏ HAZIRLIQ - MƏŞQ EDİN:
Diaqnostik qiymətlıəndirmədən keçəçək müəllimlərin nəzərinə:


Əziz müəllimlər!
Məlum olduğu kimi yaxın dövr ərzində respublikanın daha 12 rayonunda sınaq qiymətləndirilməsi keçiriləcəkdir. Həmən rayon və şəhərlər bunlardır: Sumqayıt, Abşeron, Qubadlı, Gəncə, Xaçmaz, Masallı, Cəlilabad, İmişli, Saatlı, Sabirabad, Şirvan Hacıqabul. İmtahanların keçirilmə vaxtları və yerləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

21.10.2015

Biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.

Almaz müəllimə şagirdlərlə

“Millətimizin sabahı” dediyimiz uşaqlar həyatımızın gələcəyi, ömrümüzün davamıdır. Onların təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət bəşəriyyətin aydın sabahının, parlaq gələcəyinin təminatıdır. XXI əsrdə yaşayacaq nəsillərin təlim-tərbiyəsinin, sağlamlığının, xoşbəxt həyatının təməli bugünümüzdən başlayır.

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.