İlk rəqəmlərin və say sistemlərinin
meydana gəlməsi.
Ədəd və
ölçüyə aid anlayışların meydana gəlməsi Daş Dövrünə aid uzanır.Yüz min illərlə
insanlar heyvanların yaşadığı vəziyyətdən fəqli olmayan bir şəkildə mağaralarda
yaşamışlar.Öz enerjilərinin çoxunu yemək tapmağa sərf edirdilər.Ov etmək və
balıq tutmaq üçün silahları,bir-biriləri ilə əlaqə qurmaq üçün isə danışıq
dilini inkişaf etdirdilər.Daş Dövrünün sonlarına doğru yaradıcı sənətlərlə heykəllər
və rəsmlər yaradaraq öz yaşayışlarını rəngləndirdilər.Tunc dövründə isə ticarət
elə inkişaf etdi ki,yüzlərcə kilometr uzaqlıqdakı kəndlər belə ticarət əlaqələrinə
girirdilər.Tuncun əridilməsi ilə bu metallardan alətlər və silahlar düzəldilirdi.Bu
da ticarətin və yeni dillərin daha da inkişaf etməsinə şərait yaradırdı.Şəraitdən
asılı olaraq əllə tutula və gözlə görülə bilən əşyaları təyin etmək üçün bəzi rəqəmsal
terminlər ortaya gəlirdi.Riyaziyyatın da ilk dəfə ortaya çıxdığı vaxt Tunc
Dövrüdür.
Məşhur bir riyaziyyatçı olan Adam Smitin
“insan ağlının məhsulu ən dəqiq düşüncələrdir” deyə izah etdiyi rəqəmsal
terminlərdən istifadə çox yavaş-yavaş inkişaf edirdi.Rəqəm köklərinin izlərinə
qədin Yunan və Kelt dillərində rast gəlinir.Rəqəm anlayışı inkişaf etdirildikcə
toplama üsulu ilə daha da böyün rəqəmlər meydana gəlməyə başladı.Məsələn,2 ilə
1 toplanaraq 3,2 ilə 2 toplanaraq 4,2 ilə 3 toplanaraq 5 əldə edildi.Bəzi
Avstraliya qəbilələrindən örnəklər:
Murray qəbiləsi:
1=enea,2=petçeval,3=petçeval-enea,4=petçeval-petçeval.
Kamilaraoi qəbiləsi:
1=ma,2=bulan,3=quliba,4=bulan-bulan,5=bulan-quliba.
Sənətlərin və ticarətin sürətlə inkişafı rəqəm
və ədəd anlayışının dəqiqləşməsinə yardım etdi.Rəqəmlər iki əlin barmaqları
vasitəsi ilə təsvir edilirdi.Beləliklə say sistemləri yarandı.Məsələn,Amerika
hinduları 307-lik say sistemindən istifadə etmişlər.20-lik say sistemindən isə
Meksikada Maya qəbiləsi və Avropada Keltlər istifadə edirdilər.Rəqəmləri
hesablamaq üçün onlar hissələrə bölündülər.Sayma üçün üstü düyünlü ipdən,taxta
üzərində düymələrdən istifadə edilirdi.Bu alətlərin köməyi ilə rəqəmsal qeydlər
tutulurdu.Bu metodlardan istifadə tədricən rəqəmlər üçün müəyyən işarələrin
meydana gəlməsi prosesini sürətləndirdi.Daş Dövrünə aid ən qədim hesablama
çubuğu 1937-ci ildə Vestonikada qazıntı zamanı aşkar edilmişdir.Hesablama
çubuklarının və daha sonralar isə abakın meydana gəlməsi tez-tez söylənilən “qədim
zamanlarda saymaq üçün barmaqlardan istifadə edilirdi” cümləsi keçərliliyini
itirmiş oldu.Bu perioddan sonra rəqəmlər mərtəbələrə görə ifadə edilməyə
başlanıldı.Və bu da daha böyük rəqəmlərin meydana gəlməsinə şərait yaratdı.Beləcə,qədim
riyaziyyat meydana çıxdı.14 rəqəmi bəzən 10+4,bəzən 15-1 olaraq göstərilirdi.Ancaq
20-nin 10+10 deyil 2x10 deyə ifadə edilməsi ilə vurma əməli də meydana gəlmiş
oldu.Vurma əməlindən sonra isə bölmə əməlinin də yaranması Şimali Amerika qəbilələrində
ilk kəsrlərin meydana gəlməsini sürətləndirdi.
Riyaziyyat bizim eradan əvvəl.
Eradan əvvəl cisim
anlayışı yarandı.İnsanlar cisimlərin uzunluqlarının və içindəkilərin ölçülməyinin
lazım olduğunu bildikdə ümumilikdə insan vücudunun hissələrindən istifadə
edirdilər;barmaq,ayaq və qarış kimi sadə ölçülərdən istifadə
edilirdi.Yavaş-yavaş arşın,qulac kimi ölçü sistemləri meydana gəlirdi.Ev inşa
edərkən qədim Hind kəndliləri də,Orta Avropada qütb evi inşa edənlər də ölçüləri
düz xətlər boyunca və yerə görə düz bucaq altında qurmaq üçün bəzi qaydalar
yaratdılar.Beləliklə,qədim geometriya elmi və simmetriya kəlməsi yaranmağa
başladı.Bəzi tarix öncəsi rəsmlərdə üçbucaq rəqəmlər,bəzilərində isə “müqəddəs”
ədədlər yer almağa başladı.Bunların çox gözəl nümunələrinə Minos və Qədim Yunan
vazalarında,daha sonra isə Bizans və Ərəb mozaikalarında,Fars və Çin divar
xalılarında rast gəlinir.
Şərq
riyaziyyatı.
Şərq riyaziyyatı elmi əsaslı idi.Təqvimin
hesablanması,tarlaların ölçülməsi,vergilərin toplanması artıq daha mükəmməl
riyazi biliklər tələb edirdi.Odur ki,ilk dəfə Qədim Şərqdə arifmetika cəbrə
çevrilməyə başladı.Qədim Misir riyaziyyatı ilə əlaqədar bilgilərin çox hissəsi iki
qaynağa dayanır.Bunlar 85 məsələni əhatə edən Rhind papirusu və 25 məsələni əhatə
edən Moskov papirusudur.Buradakı əlyazmalar yazılarkən içindəki məsələlər bəlkə
də lap qədimlərdən bəri bilinirdi.Amma bu papiruslarda istifadə edilən say
sistemi 10-luq say sistemi idi.Papiruslarda hər rəqəmin öz simvolu var idi.10 rəqəmindən
böyük rəqəmlər üçün isə ayrıca simvollardan istifadə edilirdi.Bu cür sistemləri
Roma rəqəmləri sistemindən bilirik: MDCCCXXVII=1878.Bu sistemdən istifadə edən
Misirlilər vurmanı toplamalarla əvəz edən və əsasən toplamadan ibarət olan
arifmetika yaratdılar.Məsələn,misirlilər 3-ü 13-ə vurmaq üçün 3x4=12, 3x8=24,
24+12=36, 36+3=39 kimi bir metoddan istifadə edirdilər.Göründüyü kimi cavab
eynidir.Qədim Misir riyaziyyatının ən önəmli kəşfi kəsrlərlə edilən
hesablamalardır.Bütün kəsrlər payı bir olan başqa kəsrlərin toplamaı şəklində
yazılırdı.Qədim Misirlilər ilk dəfə olaraq silsilə anlayışını və həndəsi olaraq
artan bir ardıcıllığın düsturunu kəşf etmişdilər.
Mesopotamiya
riyaziyyatı.
Mesopotamiya riyaziyyatı Misir riyaziyyatının
heç bir vaxtda gəlib-çatmadığı bir səviyyəyə çatdı.Burada yüzillər içində belə
irəliləmələr aşkar bilinir.Eradan əvvəl 2100-cü illərə aid qədim mətnlərdə belə
hesab izləri açıq-aydın görünür.Bu mətnlərdə 10-luq sistemin üzərinə 60-lıq
sistemin əlavə edildiyi vurma cədvəlləri var idi.Hətta qüvvət üstü anlayışı belə
mixi yazılarla təsvir edilmişdi.Amma bu onların riyaziyyatının tipik xüsusiyyəti
deyildi.Qədim Misirlilər daha böyük hər rəqəmi yeni bir simvol ilə işarə edərkən,Şumerlilər
eyni işarədən istifadə edərək qiymətini tapdıqları yerə görə təyin edirdilər.Ayrıca
60-lıq say sistemi insanlığın əldə etdiyi qalıcı bir mənfəət oldu.Günümüzdə
istifadə etdiyimiz saatın 60 dəqiqə və 3600 saniyəyə bölünməsinin də,dairənin
360 dərəcəyə,hər dərəcənin 60 dəqiqəyə,hər dəqiqənin də 60 saniyəyə bölünməsinin
də kəşfləri qədim Şumerlilərə məxsusdur.
Cəbr
haqqında.
Cəbrin əsaslarını əl-Xarəzmi təşkil etmişdir.Cəbr
sözü də Xarəzminin "Əl-kitabüll-Muhtasar fi Hisabil Cəbri vəl-Mükabelə” (Cəbr
və Tənliklərə aid kitab) adlı əsərindən gəlməkdədir.Bu əsər eyni zamanda şərq və
qərbin ilk müstəqil cəbr kitabı olmuşdur. əl-Xarəzmidən başlayaraq cəbr çox dəyişmiş
və inkişaf etmişdir.Ayrıca Cəzərinin Kitabül-Hiyal adlı kitabında da cəbrlə əlaqədar
məlumatlar vardır.
Cəbr quruluş və əlaqə ilə əməliyyat aparan bir
riyaziyyat budağıdır.Bilinməyən qiymətlərin, simvol və hərflərlə işarələnərək
qurulan tənliklərlə tapılması ya da bilinməyənlərin arasındakı əlaqənin
tapılması əsasına dayanır.Tənlik qurma və həll etmə,həll metodlarını axtarma və
tənliklərlə və oradan hərəkət funksiyaları ilə üç əsas müddəa ilə xarakterizə
edilir.
Həndəsə
haqqında.
Həndəsə (geometriya)-fiqurlar arasındakı əlaqələrlə
məşğul olan bir elm olmaqla yanaşı riyaziyyatın bir alt növüdür.Geometriya sözü
yunanca geo-yer və metro-ölçmə sözlərinin birləşməsindən əmələ gəlmişdir.Yunan
tarixçisi Herodota görə Həndəsənin başlanğıc yeri Qədim Misir olmuşdur.Ona görə
də həndəsə sözü Misir mənşəlidir.Bu sözdən istifadə Əflatun,Aristotel ve Salesə
qədər gedib çıxır. Yalnız Evklid geometriya sözünün yerinə Elements sözünü də əlavə
etmişdir. Elements sözünün yunancası stoicheia sözüdür.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!