İbtidai icma quruluşunda yaşayan insanlar öz təkmilləşməmiş
nəzərlərini tək-tək əşya deyil,əşya çoxluğuna salmışlar.
İnsan
cəmiyyəti,məsələn,heyvan sürüsünü,quşların dəstəsini,meşə ağaclarını və s.
ayrı-ayrı əşyaya ayırınca uzun bir tarixi inkişaf yolu keçmişdir. İbtidai
insanlar üçün sayılası əşyanın təkcə varlığı deyil,onların keyfiyyətlərinin də
mühüm rolu olmuşdur.
Uzun zaman aparılan
müşahidə və təcrübi fəaliyyət nəticəsində insanın bilik horizontunda və diqqət
mərkəzində duran cisimlər öz təbii cizgilərini insan beyninə nəqş etdi və onda
real aləmin get-gedə düzgün təsəvvürlərini yaratdı. Beləliklə,ədəd və fiqur
anlayışı yaranmağa başladı. Cisimlərin konkret keyfiyyətlərindən,xassələrindən
uzaqlaşaraq,onların saylarını göstərən xassələrini öyrənmək nəticəsində natural
ədədlər əmələ gəldi və insanın ehtiyacına tabe edildi. Şifahi nitqdən yazılı
nitqə keçmə prosesinin nəticəsində rəqəmlər və say sistemləri meydana gəldi.
Bunlara nümunə olan ən qədim yazılara
Rind papiruslarında rast gəlinir. Rind papirusları (Axmes papirusları) e.ə.
XXI-XVIII əsrlərdə babillilər tərəfindən tərtib edilmişdir. Bu papiruslarda 84
məsələ toplanmışdır. Bu papiruslara əsaslanaraq demək olar ki,say sistemi qədim
Şumerlilər və Babillilər tərəfindən kəşf edilmişdir.
Babillilərdən
əlavə Xaldeylər də say sistemləri haqqında fikirlərə sahib olmuşlar. Onların
say sistemləri 60-lıq say sistemi olmuşdur. Xaldeylərdə 1-dən 60-a qədər olan
hər bir natural ədəd onların allahlarının adları olmuşdur. Xaldeylər mixi yazı
formasından istifadə etmişlər. Say sistemi daha sonralar hindlilər tərəfindən
inkişaf etdirilmiş və mədəni irsin ən möhtəşəm abidəsi kimi yüksəldilmişdir.
Hind rəqəmləri və onluq say sistemi Bağdada VIII əsrdə keçmişdir və ərəblərin
İspaniyaya hücumu zamanı Avropaya yayılmışdır.Ərəb rəqəmləri bu müddət ərzində
xeyli dəyişmişdir.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!