24.07.2015

 7/24/2015 12:39:00 ÖS      ,    Şərh yoxdur

Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz.                           (A.Niven)
Bir riyaziyyatçı fərz etməz lakin bilərnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.           (Henri Poinkare)
Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır.                     (Q.H.Hardi)
İnsanlar ədədlər kimidir.O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər.                                                                             (İsaak Nyuton)
Riyaziyyatda bir şeyləri əsla anlaya bilməzsən,yalnız onlara alışa bilərsən.                                                                        (Con fon Neyman)
Riyaziyyat lazımlı nəticələri çıxaran bir elmdir.                (Benyamin Piers)
Riyaziyyat riyaziyyatçılar üçün yazılar.                          (Nikolas Kopernik)
Riyaziyyatçılar aşiqlər kimidir.Onlardan birinə ən kiçik bir qanunu verin,o ondan bir nəticə çıxaracaq,təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq,o da bu nəticədən başqa bir nəticə çıxaracaq.                            (Bernard le Bove Fontenel)
Riyaziyyatda böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq,lakin təmkinli olmaq.                 (Raul Bott)
Riyaziyyatın elə bir budağı yoxdur ki,nə qədər mücərrəd olursa-olsun,bir gün yaşadığımız dünyada istifadə sahəsi olmasın.                  (İ.Nyuton)
Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan.    (Lobaçevski)
Riyaziyyatçının naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir. … Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur.      (Corc Poyla)
İnsanın dəyəri bir kəsrlə ifadə ediləcək olsa surəti həqiqi şəxsiyyətini göstərər, məxrəci də özünü nə zənn etdiyini.Məxrəc böyüdükcə kəsrin dəyəri kiçilər.                                                                             (Tolstoy)
Başqa hər şey də olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər lakin açıqlana bilməz.                                 (Artur Kayley)
Həqiqəti axtarmaq onu əldə etməkdən daha qiymətlidir.                  (Albert Eynşteyn)
Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə.         (Puasson)
Tez-tez "riyaziyyat, teoremləri isbat etməkdən ibarətdir" sözünü eşidirik.Bir yazarın əsas işi cümlə yazmaq deyilmidir?               (J.K.Rota)
Axmaqların soruşub ağılı insanların cavab verə bilmədiyi bir çox sual vardır ki,onların da cavabını riyaziyyat verir.                           (Corc Poyla)
Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.            (Corc Poyla)
Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək-riyaziyyatçının məqsədi budur.                                             (C. J. Keyser)
Kafi dərəcədə riyaziyyatla məşğul olan və saysız-hesabsız ola biləcək istisnaları görüb başı qarışana qədər hər kəs bir əyrinin nə olduğunu bilər.                                                                                         (Felix Klein)
Riyaziyyatın yüksək vəzifəsi bizi əhatə edən qarmaqarışıqlıqlar içərisində gizlənən nizamı tapıb üzə çıxarmaqdır.                                        (Pifaqor)
Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir.                                                         (Pifaqor)
Riyaziyyat məntiqi fikirlərin vərdiş olunmasında əsas rol oynayır.   (A.Sen-Simon)
Məhz riyaziyyat bizi yalançı hisslərdən müdafiə edir.                       (Eyler)
İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.                                                            (Leonardo da Vinçi)
Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir.               (K.Yakobi)


0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.