29.10.2015

 10/29/2015 07:52:00 ÖS         Şərh yoxdur
Firdovsi, Nizami, Məhsəti Gəncəvi, Ömər Xəyyam, Dante, Höte, Volter, Puşkin, Turgenev, Brext, Hemenquey, Qaliley, Nyuton, Leybnits, Mendeleyev, R.Ştraus, E.Karuzo, Rimski-Korsakov, Lenin və başqaları çılğın şahmat həvəskarı idilər.

Məlumdur ki, görkəmli fizika alimi L.O.Landau şahmat oyununu sevir və oynamağı bacarırdı. Buna baxmayaraq, onu şahmat oynamağa dəvət edənlərin təklifindən imtina edirdi. O eşidəndə ki, məşhur ingilis fiziki Zommerfald öz tələbələrinə şahmat oynamağı qadağan etmişdir, bunu xüsusi rəğbət hissi ilə alqışladı. Yəqin ki, bu elmi işlə məşğul olanların əsas işlərindən yayınmaları ilə əlaqədardır.
Məşhur şahmatçı Morfi yazı taxtasına baxmadan eyni zamanda 3 oyunçu ilə, rus şahmatçısı Alyoxin 32 nəfərlə, Argentina qrossmeysteri Miquel Naydorf 45 oyunçu ilə oynamışdı.
1960-cı ildə macar şahmatçısı idman ustası Yanoş Freş şahmat taxtasına baxmadan 52 oyunçu ilə oynamışdır. Ona qarşı 4 nəfər ustalığa namizəd, 12 nəfər birinci dərəcəli, digərləri isə 2-ci və 3-cü dərəcəli şahmatçılar oynamışlar. Yanoş Freş bu oyunlardan 31-ni udmuş, 18-ni heç-heçə qurtarmış, yalnız 3 oyunu uduzmuşdur. Bu seans 13 saata yaxın bir müddət ərzində keçirilmiş, cəmi 4 dəfə 10 dəqiqəlik tənəffüs verilmişdir. Bu oyun zamanı o, 6 kq qədər çəkisini itirmişdir.
D.İ.Mendeleyev çox ehtiraslı şahmat pərəstişkarı və oyunçusu idi. O, yazırdı: «Mənim üçün elm - şahmat oynamaq kimidir. Odur ki, vaxtı bu cür əyləncələrlə keçirmək xoşuma gəlir.»
Fransa kralı XIV Lüdovik (1638-1715) bir dəfə şahmat oynadığı zaman üzünü hersoq Qrammona tutaraq demişdir: «Siz hakim olun, oyunun vəziyyətini müəyyən edin. - Əlahəzrət, siz oyunu uduzmuşsunuz» - deyə hersoq oyun taxtasına baxmadan cavab vermişdir. Kral ona: «Siz oyun taxtasına baxmadan, hökm yürüdürsünüz» - deyə etiraz edərkən. Hersoq: «Əlahəzrət, baxıb-baxmamağın fərqi yoxdur. Siz uduzmuşsunuz. İnandıraram sizi ki, əgər bir balaca sizin xeyrinizə olsaydı indi hamı vəcdə gələrək, sizi qabiliyyət münasibətilə təbrik edərdilər!» - demişdir.

Şahmat oyunu haqqında məşhur deyimlər
Şahmat beyin işgəncəsidir.
Kasparov

Şahmat haqqında deyirlər ki, həyat üçün çox uzundur, amma bu, şahmatın deyil, həyatın qüsurudur.
İrninq Çernyov

Şahmatın əsası onun nə olduğunu düşünməkdir.
Devid Bronşteyn

Şahmat taxtası insan zehninin gimnastika zalıdır.
Paskal

Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var.
Pyer Mak Orlan

Uduzan həmişə səhvdir.
Panov

Şahmat bəşəriyyətin lənətidir.
H.G.Uells

Şahmat analiz sənətidir.
Botvinnik

Mənə qalib gələn hər kəsə nifrət edirəm.
Liza Leyn

Yaxşı oyunçunun həmişə yaxşı şansı olur.
Kapablanka

Yaşım artdıqca piyadalara daha çox dəyər verməyə başlayıram.
Keres

İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir.
C. Ross

Piyadamı verməkdənsə, barmağımı verərəm.
Ruben Fayn

Şahmatdakı peşmanlıqdan daha böyük peşmanlıq yoxdur.
H.G.Uells

Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil.
Koblentz

İki cür fəda var: doğru olanlar və mənimkilər.
Tal

Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz.
Fransız atalar sözü

Ən yaxşısı rəqib daşlarını fəda etməkdir.
Tartakouer

Yaxşı gediş görəndə, gözləyin, daha yaxşısını axtarın.
Em. Lasker

Daş itirməmək üçün çox oyunlar itirilib.
Tartokouer

Səhvlər taxtanın hər yanında edilməyi gözləyirlər.
Tartakouer

Şahmat taxtasında yalan və ikiüzlülük çox yaşaya bilməz.
Em. Lasker


Mənbə: kayzen.az

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.