26.10.2015

 10/26/2015 09:57:00 ÖS         Şərh yoxdur
Təqribi qiymətlər

Rəqəm üçün təqribi qiyməti yazarkən bir neçə metoddan istifadə edə bilərik.

1) Ən yaxın tam rəqəmə yuvarlaq etmək
2.4 = 2 ən yaxın tam rəqəm, çünki 2 (iki) 3-dən daha yaxındır.
76.2 = 76 ən yaxın tam rəqəm, çünki o 77-ə nisbətən 76-a daha yaxındır.


7.8 = 8 ən yaxın tam rəqəmə, çünki o 7-ə nisbətən 8-ə daha yaxındır.

Qayda: Vahidlərdən sonrakı rəqəm 5 və ya daha böyük rəqəmdirsə, onda vahidləri yuvarlaqlaşdırın. Əks təqdirdə, vahidləri olduğu kimi saxlayın. Nəzərə alın ki, onluq hissəyə əl vurulmur.
2) Ən yaxın onluğa yuvarlaqlaşdırmaq
13 = 10 (ən yaxın onluq)
68 = 70 (ən yaxın onluq)
25 = 30 (ən yaxın onluq)

Qayda: onluqdan sonrakı rəqəm 5 və ya daha böyük rəqəmdirsə, onda onluğu yuvarlaqlaşdırın.

Bu yolla biz ən yaxın 100, 1000 və s.-ni yuvarlaqlaşdıra bilərik.
1467= 1000 ən yaxın 1000.
 = 1500 ən yaxın 100.

 
Onluq mərtəbələr
Yuxarıdakı kimi eyni qaydaları istifadə edirik, amma onluq nöqtədən sonra hesablamağa başlayırıq.
Məsələn, 3.42 = 3.4 1 onluq mərtəbəyə (1 o.m.)

B ir onluq mərtəbə nöqtədən sonrakı ilk rəqəmdir. Çünki ondan sonra 2 gəlir, o eyni qalır.
6.58 = 6.6 1 o.m.

Çünki 5-dən sonra 8 gəlir, o 6-ya yuvarlaqlaşdırılır.
47.3948 = 47.39 2 o.m.

9 ondan sonra 5-dən aşağı rəqəm gələn ikinci onluq mərtəbədir, belə ki, o eyni qalır.
Qayda: onluq mərtəbəni tapmaq üçün nöqtədən sonrakı rəqəmləri hesablayın. Əgər ondan sonra 5-dən aşağı rəqəm gəlirsə, o olduğu kimi qalır. Əks təqdirdə, o yuvarlaqlaşdırılır.
3.98 = 4.0 1 o.m.

Çünki 9 rəqəmi 10-a yuvarlaqlaşdırılıb, bu da 3-ü 4-ə edib. Nəzərə alın ki, 0 b dəfə lazımdır.

 
Əsas rəqəmlər 

4) Əsas rəqəmlər (ə.r.)
Tam rəqəmlər üzrə misallar
129 = 100 1 ə.r.

129 = 130 2 ə.r.

3684 = 3680 3 ə.r.
Nəzərə alın ki, biz saydakı birinci rəqəmdən hesablamağa başlayırıq. Qalan rəqəmlər 0 ilə əvəz olunmalıdır, yoxsa mərtəbə qiymətini itiririk.
45793 = 50000 1 ə.r.

Onluqlar üzrə misallar
0.0047 = 0.005 1 ə.r.

Nəzərə alın ki, birinci sıfır olmayan rəqəmdən hesablamağa başlayırıq.
0.07649 = 0.076 2 ə.r.

Qalan rəqəmlər sıfırla əvəz olunmur.

 
Təxmini hesablamalar
Cavabı hesablayarkən sayları 1 ə.r. yuvarlaqlaşdırırıq. Sonra hesablamanı mümkün qədər sadə etmək üçün ən yaxın uyğun sayı istifadə edirik.

Misal:hesablayın 19.6 ÷ 3.28
19.6 = 20 
3.28 = 3(1 ə.r.)
  
19.6 ÷ 3.28 = 20 ÷ 3(1 ə.r.)
21 ÷ 3 = 7(21 daha uyğundur)
Təqribi rəqəm 7-dir. 

Qeyd: Təqribi rəqəmlər həmişə kalkulyatorda hesablamalar aparılan zaman cavabı yoxlamaq üçün istifadə olunmalıdır. Onlar həm də imtahanda xüsusi sual kimi soruşula bilər.

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.