Düzbucaqlı üçbucaq — bir bucağı düz bucaq olan üçbucağa deyilir.
Düzbucaqlı üçbucağın düz bucaq qarşısındakı tərəfi hipotenuz, ona bitişik tərəflər isə katet adlanır.
Katetləri bərabər olan düzbucaqlı üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaq adlanır.
Xüsusiyyətləri
- Düzbucaqlı üçbucağın hipotenuza birləşən bucaqlarının cəmi 90°-yə bərabərdir.
- Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir.
- Bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər biri 45°-yə bərabərdir.
- Düzbucaqlı üçbucaqda 30°-li bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir.
- Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısına bərabərdir.
- Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu a+b-c/2 düsturu ilə hesablanır. (burada a və b katet c isə hipotenuzdur)
Sahəsi
Düzbucaqlı üçbucağın sahəsi katetlərinin hasilinin yarısına bərabərdir:
Pifaqor teoremi
Düzbucaqlı üçbucağın hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir:
- olarsa:
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!