Eynşteyn tapmacası - çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır.
Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır.
Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır.
Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur.
Tapmaca çox vaxt "Eynşteyn tapmacası" və ya "Zebra tapmacası" olaraq adlandırılır. İlk dəfə olaraq tapmaca 25 mart 1963-cü ildə "Life International" jurnalında dərc olunmuşdur. Bu jurnalın səhifələrində dünyanın fərqli yerlərindən tapmaca həll edən yüzlərlə adamın adları və tapmaca həllini ehtiva edən sayı nümayiş olunmuşdur.
Bir çoxları deyir ki, bu tapmacanı həll etmək çox çətin işdir. Dünyada yaşayan insanların 2/100 faizi tapmacanı həll edə bilər. Yəni, faizə daxil olan insanlar tapmacanı beyinlərində həll edərək tapa bilərlər. Məhz həmin insanlar 2/100 faizə daxildirlər. Ancaq bu fərziyyənin Albert Eynşteynin söyləməsi haqqında sübut edən heç bir dəlil yoxdur.
Tapmaca heç bir dəftər istifadə etmədən açmasını tələb edir. Bu da tapmacanın həll edilməsi qaydasını çox çətinləşdirir. Bir çox insanlar bu tapmacanı həll edən zaman müxtəlif dəftərlərdən istifadə edirlər.
Tapmacanın cavabını tapa bilmədinsə daxil ol :
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!