26.10.2015

 10/26/2015 05:03:00 ÖS         Şərh yoxdur
  • Məxrəcləri bərabər olan kəsrlərin müqayisəsi
  • Surətləri bərabər olan kəsrlərin müqayisəsi
  • Müxtəlif məxrəcli kəsrlərin müqayisəsi
  • Kəsrlərin ortaq məxrəcə gətirilməsi
  • Tamamlayıcı vuruq
  • Tamamlayıcı vuruğun tapılması
  • Kəsrlərin ən kiçik ortaq məxrəcli kəsrlərə gətirilməsi
Məxrəcləri bərabər olan iki kəsrdən surəti böyük olan kəsr böyükdü
(müsbət ədədlər üçün).
Surətləri bərabər olan iki kəsrdən məxrəci kiçik olan kəsr böyükdür
 (müsbət ədədlər üçün).

Müxtəlif məxrəcli kəsrləri müqayisə etmək üçün onları eyni məxrəcli kəsrlərlə əvəz etmək lazımdır. 
Müxtəlif məxrəcli kəsrlərin eyni məxrəcli kəsrlərlə əvəz olunması Kəsrlərin ortaq məxrəcə  gətirilməsi adlanır. 
Ortaq məxrəc verilən kəsrlərin məxrəclərinin ortaq bölünəni olur. Ortaq məxrəc olaraq ən kiçik ortaq bölünəni götürmək qəbul olunmuşdur və bu zaman deyilir ki, bu kəsrlər  ən kiçik ortaq məxrəcə gətirilmişdir.
Kəsri yeni məxrəcə gətirmək üçün onun surət və məxrəcinin vurulduğu ədədə bu kəsrin tamamlayıcı vuruğu deyilir. 

Hər kəsrin tamamlayıcı vuruğun tapmaq üçün kəsrlərin məxrəclərinin ƏKOB - u tapılır. Daha sonra ƏKOB kəsrlərin məxrəclərinə bölünür.

Kəsrləri ən kiçik ortaq məxrəcli kəsrlərə gətirmək üçün
  1. Onların məxrəclərinin ƏKOB - u tapılır;
  2. Hər kəsrin tamamlayıcı vuruğu tapılır. Bunun üçün ƏKOB kəsrlərin         məxrəcinə bölünür;
  3. Kəsrlərin surət və məxrəcləri uyğun tamamlayıcı vuruqlara vurulur;
Misal:
  3445 və 56 kəsrlərini ən kiçik ortaq məxrəcə gətirin və müqayisə edin.

İzahı:
   ƏKOB(4,5,6) = 60 olduğundan verilmiş kəsrlərin tamamlayıcı vuruqları,uyğun olaraq, 5,12,10 - dur və deməli ən kiçik ortaq məxrəcli kəsrlər 
456048605060 olar.

  Məxrəcləri bərabər olan iki kəsrdən surəti böyük olan kəsr böyükdür (müsbət ədədlər üçün). Yəni


5060>4860>4560

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.