-Qədim hind astronomları sinus cədvəllərini şeir şəklində yazıb əzbəyirdilər. Rəqəmlər əvəzində sozlər işlənilirdi: 1 - "ay”, 2 -"gözlər”, "əllər”, ”qanadlar” və s.
-Boksa aid bir çox kitablarda oxumaq olar ki, Pifaqor "yumruq döyüşü” üzrə olimpiya çempionu olmuşdur.
-Pifaqordan "dost nədir?” deyə soruşduqda o demişdiki, bu "ikinci mən”-dir və 284 ilə 220 dost ədədlərini qeyd etmişdi: bu ədədlərdən hər biri o birinin bölənləri cəminə bərabərdir: 1+2+4+5+10+20+11+22+44+55+110=284; 1+2+4+71+142=220 .
-Fərqləri 2-yə bərabər olan əsli ədədlər cütünü əkiz adlandırırlar. Məsələn 11 və 13
-Vyana Elmlər Akademiyasının arxivində 8 cild təşkil edən 4212 səhifəlik əlyazmasında əsli ədədlər
cədvəli və ədədlərin əsli vuruqlara ayırması 100000000 –a çatdırılmışdır. Müasir hesablama maşınları Erotosfen "xelbirindən” istifadə edərək belə bir cədvəli bir neçə saniyəyə tərtib edər.
-Bir dəfə yunan filosofu Zenona bir sualla müraciət edirlər: "Müəllim! Sən biliklərə, bizə nisbətən xeyli artıq sahıb olduğuna baxmayaraq, aşkar aydın olan sualların cavabının doğruluğuna həmişə şübhə edirsən. Nə üçün?”. Əsa ilə qum üzərində biri böyük, o biri kiçik olan iki dairə çəkib qoca deyir: "Böyük dairənin sahəsi – bu mənim dərk etdiklərim, kiçik dairənin sahəsi – bu sizin dərk etdikləriniz olsun. Gördüyünüz kimi mənimki sizinkindən çoxdur. Ancaq bu dairələrdən kənarda qalan hamısı nə mənim, nə də sizin dərk etmədiyimiz olsun. Razılaşın ki, böyük çevrənin uzunluğu kiçik çevrənin uzunluğundan çoxdur, ona görə də, mənim biliklərimin dərk edilməyənlərlə sərhədi sizinkinə nisbətən çoxdur. Bax buna görə də mən çox şübhə edirəm”.
- Məşhur Marağa rəsədxanasının tikilməsi məsələsi müzakirə olunarkən Hülaku-xan görkəmli riyaziyyatçı və astronom Nəsrəddin Tusidən soruşur ki, bu qədər xərc nəyə gərəkdir, tikiləcək rəsədxananın nə xeyri olacaq? Buna heç bir cavab vermədən Tusi hökümdarı şəhər yaxınlığına gəzməyə dəvət edir və göstəriş verir ki, dağın başından bir mis qazanı yola tərəf aşağı tullasınlar. Qazan gələrkən çox böyük gurultu salmış və bu səsi eşidənlər vahimə içində qaçıb canlarını qurtarmışdılar. Tusi isə Hülaku-xana demişdi:
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!