1. Ehramlar hər biri
20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının
yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi.
Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.
2. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür.
2. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür.
3. Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.
4. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.
5. Ehramın daxilinə bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz.
6. Ehramın daxilində süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir.
7. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər.
8. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.
9. Zibilqabındakı yemək qalıqları ehramın daxilində heç bir qoxu vermədən “mumiyalaşır”.
10. Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.
11. Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmamışlar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.
12. Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.
13. “Nəhəng Ehram”ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.
14. Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.
15. “Nəhəng Ehram”ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.
16. “Nəhəng Ehram” Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir.
17. “Nəhəng Ehram” dörd künclüdür.
18. Misirdə (Gizada) olan bu ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr “diaqram”ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr “diaqram”ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0.2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.
19. Xeops ehramından Yer kürəsinin mərkəzinə (nüvəsinə) qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.
20. Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.
21. Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.
22. “Nəhəng Ehram”ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.
Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilmişdir. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Həmin piramidanı tikmək üçün 2000-3000 iri həcmli daş sərf olunmuşdur
Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.
Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş “ölülər” otağına aparır.
Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir-neçəsini sizlərə təqdim edirik:
a. Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.
b. Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.
v. Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə ∏= 3.14 alınacaqdır.
Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.
İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır; əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20-30 il ərzində tikilmişdir.
Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü “sezp-ahne”dən (Diri görünüş) törəyib.
Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiç toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.
Mənbə:https://az.wikipedia.org/wiki/Misir_piramidaları
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!