“Elm sərkərdə, təcrübə isə onun əsgəridir”. (Leonardo da Vinçi)
Rollu oyunlar şagirdlərdə aşağıdakı xüsusiyyətləri inkişaf etdirir:Riyaziyyat dərslərində müxtəlif oyunların keçirilməsi şagirdlərin yalnız birbaşa təcrübəsindən deyil, həm də simulyasiya edilmiş təcrübədən öyrənə bilməsinə əsaslanır. Simulyasiya-immitasiya, təqlid etmək, fəaliyyət və hadisələri yalandan yaratmaq deməkdir. Əsas məqsəd şagirdlərə onlarınkından fərqli fikir, vəzifə, maraq, hobbi və motivasiyaları yaratmaqdan ibarətdir.
* Şagirdlərə özləri və ətrafdakılar haqqında incəsənət yolu ilə məlumat əldə etməyə,problemə digər adamın gözü ilə baxmağa,vərdiş edilmiş stereotiplərdən uzaqlaşdırmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir;
* rola girmək və ifadə etmə bacarıqlarını formalaşdırır;
* tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirir və üzə çıxarır;
* əməkdaşlığı, tolerantlığı inkişaf etdirir;
* hislərə şərik olmanı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini və qarşılıqlı ünsiyyəti yaxşılaşdırır.
Oyun prosesində uğurlu təlim həyata keçirilir. Uşaqlar məlumatı qeyri-iradi qavrayır və yadda saxlayırlar. Şagirdin bu oyundan əldə etdiyi başlıca keyfiyyət-emosional təəssüratdır. Emosional təəssürat isə dərsin gedişində informasiyanı və ya oyunun mövzusunu inkişaf etdirən söhbətin qavranılması üçün əsas rol oynayır, buna görə oyun arzuedilməz istiqamətdə getdikdə də, onu baş tutmamış hesab etmək olmaz.
Sizlərə “Həndəsi fiqurlar” adlı oyunu təqdim edirəm.
Nöqtə. Bilirsiniz fiqurlar, mən riyaziyyatda ilk anlayışam, olmasam heç biriniz çəkilə bilməzsiniz. Bundan sizin varmıdır xəbəriniz?
Düz xətt (qızışdı yaman). Mənimsə yoxdur ölçüm, kim ölçə bilərsə, çıxsın qarşıya. Nöqtəylə qardaşam, çünki mən də ilk anlayışam. Hər tərəfdən sonsuzam, yoxdur ucum-bucağım. Bacara bilirsiniz, bizə verin tərif.
Parça. Mənsə bacısıyam düz xəttin. Düz xətti kəsib doğrayıb alarsınız məni. İstəsəniz ölçərsiniz, istərsiz müxtəlif fiqurlar düzəldərsiniz. (Şüa səsə gəldi)
Şüa. düz xətti kəssəniz, bir yerdən iki dənə alarsınız məni. Bənzərim var Günəşə, saçmasam yer üzünə, heç bir canlı yaşamaz. İstəsəm bucaq da ola bilərəm.
(özündən çıxan bucaq)
(özündən çıxan bucaq)
Bucaq. Səni bir nöqtədən çıxarmasalar, necə bucaq olarsan. Siz hər biriniz bir cür görsənirsiniz.Məni isə gah iti, kor, gah da düz, açıq, həm də tam bucaq adlandırırlar.
Üçbucaq. Çox da qürrələnmə, mənsə üç parçadan, üç də səndən ibarətəm. Bucaqlarım və tərəflərim dəyişdikcə adlanıram müxtəlif. Bütün bucaqlarım iti olduqda “İti bucaqlı” üçbucaq, bir bucağım kor olduqda “kor bucaqlı”, bir bucağım düz olduqda “düzbucaqlı” üçbucaq adlanıram. Daxili bucaqlarımın cəmi 180 dərəcədir.
Kvadrat. Dörd qardaşıq, hər birimiz bir boyda, dirləşərək bərabər bucaqlar altda, deyin görək mən hansı fiquram?
Düzbucaqlı. Sən mənim tərəflərimi bərabərləşdirəndə alınan kvadratsan, qarşı tərəflərim bərabər, qonşu tərəflərim müxtəlif olanda olaram mən hansı fiqur?
Romb. Sən düzbucaqlısan, mənimsə tərəflərim bərabər, qonşu bucaqlarım yox, yalnız qarşı bucaqlarım bərabərdir, kömək edin, a dostlar, mən özümü necə adlandırım?
Romb. Sən düzbucaqlısan, mənimsə tərəflərim bərabər, qonşu bucaqlarım yox, yalnız qarşı bucaqlarım bərabərdir, kömək edin, a dostlar, mən özümü necə adlandırım?
Paraleloqram. Sənə romb deyirəm. Mən də sənə oxşayıram deyirlər, amma bərabər deyildir bütün tərəflərim. Qarşı tərəf və bucaqlarım yalnız bərabərdir deyirlər. Kömək edin, dostlarım, adımı necə qoyum?
(Sakitcə gəlir, trapesiya köməyə)
Trapesiya. Sənə paraleloqram deyərlər. Mənim də sizin kimi dörd tərəfim, dörd bucağım var. Bəzən iki tərəfim və bucağım bərabər, bəzən də yox. Yalnız iki tərəfim paraleldir, iki tərəfim yox. Ona görə də məni adlandırırlar müxtəlif cür. Kim deyər mənim adlarımı?
Çevrə. Sənin iki tərəfin və bucağın bərabər olanda deyirlər “Bərabəryanlı trapesiya”, bir bucağın düz olanda “Düzbucarlı trapesiya”, digər hallarda adlanırsan trapesiya.
Mənsə bir nöqtədən eyni uzaqlıqdayam,
İstəsəm düz xətt də ola bilərəm.
Yer kürəsinin ən böyük kəsiyinin ən böyük xəttiyəm. Qardaşıma deyin adımı desin,
Yoldaşlarımla məni tanış etsin.
Dairə. Mən də sənə oxşayıram deyirlər. Sənə çevrə deyirlər, yumrulanmış xətsən. İçini doldurduqda nöqtələrlə olursan, bir səth bu isə mənəm, adlanıram dairə. Mən yer kürəsinin ən böyük ekvator kəsiyiyəm. Sənin uzunluğunu, mənimsə sahəmi ölçürlər.
Fiqurlar əl-ələ verərək oxudular nəğmələr.
Bütün fiqurlar. Biz hər birimiz bir fiquruq, bizsiz olmaz, heç də həyat. Hər an həyatınızda rast gəlirsiniz bizə evdə, işdə, məktəbdə.
Bütün dördbucaqlılar tutub əl-ələ dediliər: Biz müxtəlif adla çağırılsaq da, bucaqlarımızın cəmi 360 dərəcə olmaqla bərabərdir.
Nailə Məmmədova,
Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
Mənbə: Təhsil Problemləri qazeti
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!