Riyaziyyat → Sadə həndəsi fiqurlar.
Həndəsə - həndəsi fiqurların xassələri haqqında elmdir.
GEOMETRIYA yunan sözüdür. Azərbaycan dilində tərcümasi, YERÖLÇMƏ deməkdir.
Həndəsi fiqurlara aid nümunələr:
üçbucaq,kvadrat və çevrə
Məktəbdə öyrənilən həndəsə riyaziyyatdan başlanğıc adlı əsər yazmış Evlikdin adı ilə Evklid həndəsi adlanır. Həndəsənin öyrənilməsi planimetriyadan başlayır. Ən sadə həndəsi anlayışlara nöqtə,parça,düz xətt, bucaq aiddir.
Planimetriya həndəsənin müstəvi üzərindəki fiqurları öyrənən bölməsidir. Müstəvi üzərində əsas həndəsi fiqurlar nöqtə və düz xətdir
düz xətt və nöqtə
Düz xətt sonsuzdur.
Düz xəttin verilmiş iki nöqtəsi arasındakı bütün nöqtələrindən ibarət hissəsinə parça deyilir. Bu nöqtələr parçanın ucları adlanır.
AB parçası
Düz xətt üzərindəki üç nöqtədən biri və yalnız biri digər ikisi arasındadır.
Parçanı ölçmək üçün müxtəlif ölçü alətlərindən istifadə olunur.
A B parçasınlın uzunluğu A və B nöqtələri arasındakı məsafəyə deyilir.
Hər bir bucağın sıfırdan böyük müəyyən dərəcə ölçüsü var
Bir düz xətt üzərində olmayan üç nöqtədən və bu nöqtələri cüt-cüt birləşdirən üç parçadan ibarət olan fiqura üçbucaq deyilir: Δ ABC
ABC üçbucağı
Üçbucağın təpəsini onun qarşısındakı tərəfin ortası ilə birləidirın parçaya üçbucağın verilmiş təpəsindən çəkilmiş medianı deyilir.
Üçbucağın A təpəsindəki bucaq AB və AC yarım düz xətlərinin əmələ gətirdiyi bucağa deyilir.
İsbat olunan hökm teorem adlanır.
Teoremin ifadəsi adətən iki hissədən ibarət olur. I hissədə nə verildiyi göstərilir. II hissədə nə isbat ediləcəyi göstərilir.
İki tərəfi bərabər olan üçbucağa bərabəryanlı üçbucaq deyilir.
Üçbucağın bərabər tərəflərinə onun yan tərəfləri, III tərəfinə isə oturacağı deyilir.
Bütün tərəfləri bərabər olan üçbucağa bərabərtərfli üçbucaq deyilir.
10 yıl önce
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!