Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər.
Sasani şahı Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə ( 531-579 ) şahmat İranda, o cümlədən Yaxın şərqdə geniş yayılır. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin " Şahnamə " əsərində də rast gəlmək olar. Poemada hind racəsi tərəfindən Sasani şahına təqdim edilən hədiyyələr arasında iki ordunun döyüşünü xatırladan oyundan danışılır.
Avropada şahmat oyunu haqqında ilk məlumat 1010-cu ilə aiddir. Bir rəvayətə görə Frank imperatoru Böyük Karla ərəb xəlifəsi Harun ər-Rəşid tərəfindən bahalı şahmat fiqurları dəsti hədiyyə verilmişdi. " Şahmat " sözü farsca "şah" ( hökmdar ) və ərəbcə " mat " ( öldü ) sözlərinin birləşməsindən yaranıb. Lakin buna qədər bu oyun " şətrənc " adlanırdı ( "şətr "-dörd, " anqa" isə dəstə deməkdir).
Rəvayətə görə, şahmat oyununa valeh olan hind şahzadəsi ixtiraçını yanına çağıraraq onu mükafatlandırmaq istəyir: " Nə arzun varsa, de, yerinə yetirim".
İxtiraçı deyir: " Əmr edin mənə şahmat taxtasının birinci daması üçün 1 buğda, ikinci daması üçün-2, üçüncü daması üçün-4, bir sözlə, sonrakı hər dama üçün əvvəlkindən iki dəfə çox buğda versinlər".
İxtiraçının istəyinin bir kisə buğdadan çox olmadığını düşünən şahzadə şahlara layiq olmayan bu xırda xahişdən məyus olub xəzinədarı çağırır və ixtiraçının xahişini yerinə yetirməyi əmr edir. Lakin bir gündən sonra xəzinədar şahzadəyə xəbər verir ki, ixtiraçının istədiyi buğdanın sayı ağlagəlməz dərəcədə çoxdur: 18 446 744 073 709 551 616, yəni 18 kvintilyon 446 kvadrilyon 744 trilyon 73 milyard 709 milyon 551 min 615. Bu qədər buğdanı bir yerə yığmaq üçün hündürlüyü 4m, eni 10m olan bir anbar tikilsə, həmin anbarın uzunluğu 30 milyon km olmalıdır. Bu isə Yer kürəsinin ekvatorunun uzunluğundan 750 dəfə çoxdur.
Şahmat oyununa publisistik nəzər
Bir oyundur həyat.
Ustalıqnan oynanması lazım olan bir zəka oyunu.
Ziddiliklərlə dolu bənzərsiz bir macəra...
Qaranın ağı, yaxşının pisi, çoxun azı, sevincin kədəri...
Və tarazlıqlar...
Qorumaq məcburiyyətində olduğumuz tarazlıqlar.
Tək başına oynanmaz heç bir oyun.
Və hər oyunun bir qaydası, bir qazananı, bir də itirəni var...
Həyatımız müvəffəqiyyətlərlə, uduzmalarla doludur.Ancaq sonsuza qədər sürməz.
Yeni başlanğıclar daim vardır. Məğlub olmaq həyata küsmək deyil, yenidən başlamaq lazımdır.
Həyatı ən yaxşı əks etdirən oyunlardan biridir şahmat. Çətinliklər, eniş və çıxışlar, ayaqda qalmaq üçün verilən mübarizələr.
Şahmat kimi oynayırıq həyatı...
Şahmat daşları fərqli insan xarakterlərini əks etdirir.
Qala: Qürurlu, sözünün əri, etibarlı, dost canlısı, çalışqan.
At: Səmimi olmayan, hər vaxt asan yolu seçən.
Fil: Davamlı ziqzaqlar çəkən, sabitlik təmin edə bilməyən.
Vəzir: Hər mühitdə işini həll edə bilən, fikir çıxaran, ağılını yaxşı istifadə edən.
Piyada: Digər insanların işlərini asanlaşdıran, fədakar, cəsur.
Şah: Davamlı təmkinli hərəkət edən, idarəsini əlindən buraxmayan, güclü.
Cəmiyyət içində bir yer, bir şəxsiyyət axtaran insanların həyatda qalma mübarizəsidir şahmat oyunu.Fərqli fikirlərin, strategiyaların qarşılaşmasıdır.Şahmat daşlarının bir-biri ilə olan əlaqəsi insanların əlaqələriylə əlaqəlidir. Daşların öz başına hərəkəti kafi deyil. Bütün halında, bir məqsəd istiqamətindəki hərəkətləri söz mövzusudur. İnsanlar üçün də belədir.Həyat dəyişməyə davam edir, inanılmaz bir dinamizim içində.
Siz şahmatın ən çox hansı daşlarında oynayırsınız həyatı?
Şahmat haqqında daha bir əfsanə
Rəvayətə görə Osmanlı hökmdarı Yavuz Sultan Səlim taxta çıxmamışdan öncə Səfəvilər dövlətinə gəlir və saraya girməyin yollarını axtarır. O, şahın şahmat həvəskarı olduğunu eşidir və kəndlərdə , şəhərlərdə bu oyunu oynayaraq məşhurlaşır. Onun şöhrəti saraya qədər gəlib çatır və bir gün I İsmayıl onu hüzuruna çağırır. Gələcək sultan Səfəvi hökmdarı ilə şahmat oynayır və onu mat edir. Bundan qəzəblənən şah I Səlimə sillə vurur. O , isə üzr istəyir və birtəhər canını qurtarır. Bir neçə il keçdikdən sonra onlar Çaldıran döyüşündə qarşılaşırlar və sultan şaha aşağıdakı şeiri göndərir.
Sanma şahım / Herkesi sen / Sadıkhane / Yar olur
Herkesi sen / Dost mu sandın / Belki oL / Ağyar olur
Sadıkhane / Belki ol / Alemde / Serdar olur
Yar olur / Ağyar olur / Serdar olur / Dildar olur
Məsələnin maraqlı tərəfi odur ki , bir bəndlik şeirdə Osmanlı hökmdarı öz zəkasını və şairliyini yüksək səviyyədə nümayiş etdirə bilir. Belə ki , şeirə diqqətlə baxanda onun soldan sağa və yuxarıdan aşağıya eyni cür oxunduğunu görmək olar.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!