Sıfır necə yarandı?
İnsanlar “sıfır” kimi bir ədəd haqqında 2000 il əvvələ qədər eşitməmişdilər.

Bizim eradan 450 il əvvəl Orta Amerikada yaşayan Maya qəbiləsində sıfırdan istifadə edildiyi haqda sübutlar var.
Heç təsəvvür etmək olmur ki, orta əsrlərdə avropa riyaziyyatçılarının bu haqda məlumatları yoxdur və ən mürəkkəb tənliklərin həlli zamanı onsuz keçinirdilər.

Hətta bu haqda öyrəndikdən sonra uzun müddət ondan istifadə etməyə cəsarət etmədilər – belə ki, bu ədəd heç nə hesablamır.
Lakin təcrübə göstərdi ki, “sıfır” da “təkər”in yaradılması kimi mütərəqqi həlledici bir ixtiradır.

Bəs onlar “sıfır” olmadan necə yaşayırdılar?
İlk öncə onu xatırladaq ki, qədim hesablama sistemlərinin çoxu – rum rəqəmlərindən ibarət olan mövqesiz say sistemləri idi. Bu say sistemlərində isə onluqları və yüzlükləri təsvir etmək üçün sıfıra ehtiyac olmurdu.

Hər bir yuxarı mərtəbə ucun yeni simvol (I–1, V–5, X–10, L–50, C–100, D–500, M–1000) vardı.
İstənilən ədəd isə bu simvollarin cəmi səklində yazilir. Lakin ədədlər böyüdükcə, nəinki riyazi əməliyyatların aparılması, hətta onlarin oxunması da çətinləsirdi.Romalılar hesablamaları aparmaq ücün abak adlanan hesab lövhəsindən istifadə edirdilər. Bu lövhələr bir qədər dəyişilmiş şəkildə günümüzə qədər gəlib çıxmışlar. Lakin indi bu lovhələri elektron kalkulyatorlar əvəz etmisdir.

Abaklarda bir neçə mövqe sırası - təklik, onluq, yüzlük sıraları olurdu. Əgər 202 kisə buğdanı qeyd etmək lazım gəlirdisə, yüzlük və təklik sırasından 2 düymə əks tərəfə kecirilirdi. Bu zaman onlar arasındakı onluq sırasında “boşluq” alınırdı. Bu boşluq sıfrı göstərirdi.
Əvvəllər bu “boşluq” bir “xətt” kimi göstərilirdi. Sonralar yunan astronomu Klavdi Ptolomey “O” hərfindən istifadə etmişdi. “0” simvolu isə ilk dəfə hindlilərin yazılarında istifadə olunmuşdur.
VII əsrdə hindlilər sıfırdan doqquza qədər bütün rəqəmləri təsvir etdilər ki, bu da bütün ədədlərin yazılmasını mümkün etdi.

0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!