11.11.2015

 11/11/2015 10:51:00 ÖS         Şərh yoxdur
Fənlər qurub məclisi böyük bir izdihamla,

Bir-birlərin dandılar tənə və ittihamla.


Riyaziyyat əvvəlcə sözə yaman başladı,
Qürurlu söz oxunu ürəklərə tuşladı:



Riyaziyyat:
-Mən şanlı qüdrətimlə bağlı sirlər açaram,



Günəş kim aləmə parlaq işıq saçaram.

Elmlər aləmində şəksiz padişaham mən,

İnsanlara hər zaman yenilməz pənaham mən.

Hər müşkülün taparam kubun, həm kvadratın,

Kök altından çıxarram, dərdin-sərin həyatın.

Məndə olan bu qüvvə deyin görüm, kimdə var?

Aranızda həmişə mənəm sahib-ixtiyar.



Bu kəlmələr güllətək Fizikaya toxundu,
Hirs, qəzəbi qızarmış gözlərindən oxundu:

Fizika:

-Puç danışıb heç zaman qürrələnmə özünlə,

Ay lovğa, daha bəsdir, heç kəs getməz izinlə.

Mən olmasam, bilmirəm, kim ölçəcək sürəti,

Kim biləcək dünyada cazibəylə qüvvəti.

Araşdırıb hər zaman, yeri, göyü, həm ayı,

Öyrədirəm mən sizə günü, ili, həm ayı.

Mən daim inkişafda, siz də ətalətdəsiz,

Paxıllıq, kin-küdurət, ah-vayla xiffətdəsiz.


Atom kimi partladı, bizim alim kimyamız,
Məhvərindən sıçradı, sakit dönən dünyamız:

Kimya:

-Bir dayanın, susun siz, əbəs tərif satmayın,

Mənə hörmət eyləyin, amma mənə atmayın.

Parçalayıb nüvəmi, bu dünyanı yaratdım,

Enerjimə minərək ulduzlara əl atdım.

Torpaqdayam, sudayam, vücuddayam, qandayam,

Yerdə, göydə, xülasə, hər zaman hər yandayam.

Uranyumam, maqnitəm, tapılmaz bir maddəyəm,

Niyyətiniz xoş olsa, xeyirli bir bəndəyəm.



Coğrafiya kənarda durmuşdu etinasız,
Dilə gəlib mədh etdi özünü intəhasız:

Coğrafiya:
Bizim cənnət dünyanın dağın, daşın, dərəsin,

Həm çayın, həm göllərin, həm dəniz, şəlaləsin,

İncələyib durmadan öyrədərəm birbəbir,

Məndən özgə hər nə var, rəvayət, əfsanədir.

Adım, sanım göylrdə Everesttək ucadır,

Eheyy! Mən Arxey babayam yaşım da ki, qocadır.

Səyyahlarım hər zaman məni eldə yaşatdı,

Erotosfen çalışdı,bu adda elm yaratdı.


Qurcalandı yerində birdən Biologiya,
Bu cür sözlər anında verdi lap alergiya:


Biologiya:


-Bir azacıq səbr edib qulaq assanız mənə,

Rəvan olar işiniz, həyat olmaz məngənə.

Həyatınız haqqında mən rəqibsiz bir fənəm,

Biliklərin qəlbində yaşamasam, ölərəm.

Mən ürəyəm, mən qanam, mən damaram-kapliyar,

İndi deyin siz allah, kimin məncə haqqı var?

Bu həyatda nə qədər canlı var onda canam

Hüceyrəmlə onları yaradanam, sultanam.


Az qaldı ki, bu dəmdə böyük qalmaqal düşə,
Tarix həmin zamanda əl qoydu bu təşvişə işə:



Tarix:


-Mən haqq salnaməsiyəm, sənədiyəm,cüngüyəm,

Qədimlikdə bilirsiz, hamınızdan öncüyəm.

Cavanşirlər, Babəklər, Atillatək ərənlər,

Xətayitək, Cavadtək, igidlik göstərənlər,

Tomrislər, Cavidanlar, Zərrintactək qoçaqlar,

Qəhrəmanlıq göstərib Nəbi kimi qaçaqlar,

Yaşayıblar hər zaman mənim bu gərdişimdə,

Dərin bir məna vardır, hər sözümdə, işimdə.

Mən olmasam anılmaz, qərinələr, fəsillər,

Keçmişini bilərmi, bizim gələn nəsillər?


Ədəbiyyat sürətli, əmin-əmin qədəmlə,
Girib söz meydanına, əlində də qələmlə:


Ədəbiyyat:

Mən qüdrət dənizində mirvariyəm, inciyəm,

Qəmli könüllərin mən, həyatı sevinciyəm.

Həyat həqiqətlərin, əks edərəm daima,

Sözlərə qanad verib, rəqs edərəm daima.

Nizamilər yaradıb, Nəsimilər yetirdim,

Füzulinin bağında Qövsi, Saib bitirdim.

Hikmət xəzinəsində dür və cəvahirəm mən,

Elmlərin içində nurani bir pirəm mən.

Eşqdir mənim özəyim, dirəyiyəm göylərin,

Eşqsiz, ey zavallı, varmı sənin dəyərin?


Müharibə başladı: mən də varam, mən varam
Gözəl bir səs bu zaman, qoydu buna bir aram.


-Balalarım, dinləyin mənim ana səsimi,

Yayın dünya –aləmə, bu cahana səsimi

Qanad olub siz mənə uçurursuz göylərə,

Qurban olum sizdəki şirin-şirin dillərə.

Yaxşı deyib atalar, səs çıxarmı tək əldən?

İşdə birlik olanlar uzaq düşməz əməldən.

Hünər qanda, damarda, cürətsə ərlikdədir

Qüvvətimiz biləkdə, güc isə birlikdədir

Əgər olsaq hər zaman bir yumruğun zərrəsi,

Gücümüzə güc qatar, Koroğlunun nərəsi.

Gəlin dostlar hamımız, ruhumuzla bir olaq

Deyə-gülə, əl-ələ dünyamıza səs salaq.


Mənbə: Hedef.edu.az

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.