15.10.2015

 10/15/2015 08:00:00 ÖS         Şərh yoxdur
Mövzu: Çoxhədli və onun standart şəkli
Standart: 2.2.1. Çoxhədlilər üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirir.
Təlim məqsədi: Çoxhədlini tanıyır və standart şəklə gətirir.
İş forması: kollektivlə iş və qruplarla iş.
İş üsulları: beyin həmləsi, müzakirə
Resurs: dərslik, iş vərəqləri, İKT avadanlıqları.
Dərsin gedişi:
I.Motivasiya: Problemin qoyulması. Dərslikdə verilmiş həndəsi fiqurlar kompyuter vasitəsi ilə ekrana verilir.
Kubun həcmini, kvadrat və düzbucaqlının sahəsini necə müəyyən etmək olar? Alınmış ifadələr nədir? (x3;2×2;x;3)
Bu birhədliləri cəm şəklində yazın. Şagirdlər (x3+2×2+x+3) ifadəsini yazır. Onların alınan ifadə ilə bağlı fikirləri dinlənilir. Sonda şagirdlərin cavablarina əsaslanaraq “Birhədlilərin cəbri cəminə çoxhədli deyilir” tərifi verilir.
Mövzunun adı elan edilir: Çoxhədli və onun standart şəkli.
Tədqiqat sualı: Çoxhədlini standart şəklə necə gətirmək olar?
II.Tədqiqatın aparılması. Sinif şagirdləri 4 qrupa bölünür və adlandırilir: “Zirvə”, “Bilik”, “Yaradıcı” və “Elm”. Hər qrupa iş vərəqləri paylanır. Şagirdlər dərslikdən istifadə etməklə çoxhədlinin tərifini, onun hədlərini, standart şəklini, oxşar hədlərin islahıni və çoxhədlinin dərəcəsini araşdırirlar.
«ZİRVƏ»
1) Coxhədli nəyə deyilir?
2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:
-4p4+21p3+4p4-8p2+7p2
3)
çoxhədlisi haqqında hansı fikri söyləmək olar?
«BİLİK»
1) Standart şəkilli çoxhədli nəyə deyilir?
2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın: 2aa²+a²−6a²+a³-a
3)
çoxhədlisi haqqında hansı fikri söyləmək olar?
«YARADICI»
1) Çoxhədlinin dərəcəsi nəyə deyilir?
2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:
8xx5+3xx4-5×2 x3-6xx2
3) a³-bc-7 çoxhədlisi haqqında hansı fikri söyləmək olar?
«ELM»
1) Çoxhədlinin hədləri nəyə deyilir?
2) Çoxhədliləri standart şəklə gətirin və dərəcəsini yazın:
5a∙4b²-0,8b∙4b²-2ab∙3b+b∙b²-1
3)
çoxhədlisi haqqında hansı fikri söyləmək olar?
III.İnformasiya mübadiləsi: Qrup liderləri iş vərəqlərini lövhədən asırlar və cavabları təqdim edirlər.
IV.İnformasiya müzakirəsi: Müzakirə zamanı müəllim aşağıdakı sualları verir:
1) Birhədlilərin cəminə və ya fərqinə necə ad vermək olar?
2) Çoxhədlinin təşkil edən birhədlilərin işarəsi mənfi ola bilərmi?
3) Çoxhədlinin dərəcəsini necə təyin etmək olar?
4) Çoxhədlini standart şəklə gətirmək üçün nə etmək lazımdır?
Ümumiləşdirmə və nəticə: Şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir. Bütün siniflə ümumiləşdirmə aparılaraq aşağıdakılar nəticə şəklində şagirdlərin diqqətinə çatdırılır:
Toplananların işarəsinin nəzərə alındığı cəmə cəbri cəm deyilir. Birhədlilərin cəbri cəminə çoxhədli deyilir.Toplananların işarəsi mənfi də ola bilər.
Toplananların hər biri çoxhədlinin hədləri adlanır. Hər bir həddi standart şəkildə olan və oxşar hədləri olmayan çoxhədliyə standart şəkilli çoxhədli deyilir.
Çoxhədliləri standart şəklə gətirmək üçün birhədliləri standart şəklə gətirib, oxşar toplananları (əgər varsa) islah etmək lazımdır.
Standart şəkilli çoxhədliyə daxil olan birhədlilərdən ən yüksək qüvvəti olan birhədlinin dərəcəsi həm də çoxhədlinin dərəcəsidir.
Dərəcəsi sıfır olan birhədli sərbəst hədd adlanır.
VI Yaradıcı tətbiqetmə. Fərdi iş.Verilmiş çoxhədlinin hədlərini və dərəcəsini yazin:
Birhədlilərin dərəcəsi içərisində ən yüksək olanı neçədir?
Şagirdlər birmənalı 11 olduğunu söyləyirlər. Demək, burada “bu çoxhədlilinin dərəcəsi 11, sərbəst həddi -9-dur” fikri şagirdlərin diqqətinə çatdırılır.
Qiymətləndirmə meyarı:                                  Qiymətləndirmə(qrup işi)
Çoxhədlini standart şəklə gətirmə
        

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.