14.12.2015

 12/14/2015 03:33:00 ÖS      ,    Şərh yoxdur
 Riyaziyyat  fənni
V sinif 
Məzmun standartları:
3.1.2. Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə üçbucağı qurur.
3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
Məqsəd:
1. Üçbucağı tərəflərinə və bucağına görə növlərə ayırır.
2. Üçbucağın daxili bucaqlarını ölçür.
3. İki tərəf və onlar arasındakı bucağa görə üçbucaq qurur.

Mövzu:  Üçbucağın qurulması.

İş forması:Cütlərlə iş, kollektiv iş.
İş üsulu:Beyin həmləsi.
İnteqrasiya:Texnologiya, təsviri incəsənət.
Resurs:  Kompüter,  proyektor, promethean interaktiv löhvəsi, dərslik, metodik vəsait.
İstifadə olunan saytlar: learningapps.org;  prometheanplanet.com;  bloggif.com
İstifadə olunan proqramlar: Activinspire;  Camtasia Studio.
Dərsin gedişi:

Öncə onu qeyd edim ki, bu elektron-resurs Activinspire proqramında hazırlanıb və elektron lövhə üçün nəzərdə tutulub.
Salamlaşma və sinfin təşkilindən sonra dərsin motivasiya mərhələsinə keçid alınır.
Motivasiya (8 dəq):

Üçbucaq haqqında biliklər qısa xatırlanır. Üçbucağın bucaqlarına və tərəflərinə görə növləri müəyyən edilərək cavablar düzbucaqlı çərçivəyə yerləşdirilir.
Bu tapşırığın hazırlanmasında Activinspire proqramının funksiyalarından biri olan konteynerdən istifadə edilib. Belə ki, şagird səhv cavab verdiyi halda çərçivə cavabı qəbul etmir. Bununla da şagird tapşırığı düz və ya səhv yerinə yetirdiyini özü təyin edir (bax: slayd 1).
Növbəti flipçartda hər buludun arxasında bir sual yerləşdirilib. Hər suala uyğun şəkli çəkmək lazımdır.
1. İtibucaqlı üçbucaq çək.
2. Korbucaqlı üçbucaq çək.
3. Düzbucaqlı üçbucaq çək.
 Bunun üçün əvvəlcə uyğun çərçivədə ABC işarəsinin üzərinə vurub, sonra təpə nöqtələri lazım olan tərəfə hərəkət etdirilir. Bu flipçartda şagird üçbucağın təxmini çəkilmə qaydasını və növlərini ayırmaq yollarını daha yaxşı mənimsəyir (bax: slayd 2).
Növbəti 2 tapşırıq ikili rejimdə tez bir zaman ərzində həll edilir.
Ulduz üzərinə vurmaqla sual ekrana gəlir:
“Yerdə olan üçbucaqlar içərisində korbucaqlı üçbucaqları tapın”.
Verilən zaman içərisində 2 şagird tərəfindən doğru üçbucaqlar təyin edilir. Nəticədə şagirdlər fiqurları fərqləndirməyi və ətraf mühitlə əlaqələndirməyi bacarırlar (bax: slayd 3).
Üçbucaq üzərində verilmiş kiçik üçbucaqlar uyğun xanalara yerləşdirilir.
1. Üçbucağı tərəflərinə görə ayıraq.
2. Üçbucağı bucaqlarına görə ayıraq.
Lövhəyə 2 şagird çıxarılır. Verilən zaman ərzində şagirdlərdən biri soldakı, digəri sağdakı tapşırığı yerinə yetirir (bax: slayd 4).
Daha sonra  Learningapp.org saytında hazırlanmış resurs (puzzle) şagirdlərə təqdim olunur.
Puzzle 12 hissədən ibarətdir. Hər hissədə 1 tapşırıq var, şagirdlər tapşırığı həll etməklə verilən üçbucağın 4 növdən - tərəflərinə görə növləri, bucaqlarına görə növləri, korbucaqlı üçbucaq və düzbucaqlı üçbucaq növlərindən hansına aid olduğunu təyin etməlidir.
Doğru seçim etdikcə tapşırığın arxasında olan şəklin uyğun hissələri açılır. İnteraktiv tapşırıq yerinə yetirildikdən sonra açılan şəkil əsasında tədqiqat sualı qoyulur (bax: slayd 5).
Tədqiqat sualı (7 dəq):
1. Ekranda açılan təsvirin bugünkü dərslə nə əlaqəsi var? (bax: slayd 6).
Cavablar dinlənilir və əlaqə tapıldıqdan sonra aşağıdakı tapşırıqlar şagirdlər  tərəfindən həll edilir. Tapşırıqlarda həm üçbucaqlar, həm də ölçülər verilib. Şagirdlər şərtə uyğun üçbucaqları təyin etməlidirlər:
1. İki tərəfinin uzunluğu 7 sm, 8 sm və arasındakı bucaq 100 dərəcə olan üçbucağı tap.
2. İki tərəfinin uzunluğu 4 sm, 4 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.
3. İki tərəfinin uzunluğu 5 sm, 7 sm və arasındakı bucaq 60 dərəcə olan üçbucağı tap.
4. İki tərəfinin uzunluğu 6 sm, 6 sm və arasındakı bucaq 80 dərəcə olan üçbucağı tap.
“Ölç və tap!” üzərindən tutmaqla ekranın mərkəzinə səhifəni sürüşdürüb ölçmələr yerinə yetirilir. Şərtlərə uyğun üçbucaqlar təyin edilir. Bucaq və ya tərəfin uzunluğunu ölçmək üçün lazım olacaq transportir və xətkeş səhifənin aşağı sağ küncündə yerləşdirilib.
Ölçmək üçün üzərinə vurmaqla ekrana gətirib istifadə bitdikdən sonra bağlaya bilərsiniz. Düzgün variantlar təyin edildikdən sonra üçbucaqlar olan səhifə kənara çəkilir və verilmiş tapşırıqların qarşısındakı mavi oxları sağa sürüşdürməklə cavabı yoxlamaq olar.
1. Hər tapşırığa 1 dəqiqə vaxt verilir (bax: slayd 7).
Bu tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlərə belə bir sual verilir:
İki tərəf və arasındakı bucaq məlum olduğu halda (üçbucaq məlum deyil) üçbucağı necə qurmaq olar?
Fikirlər dinlənilir. Sonra bu dərsdə qeyd edilən şərtlər daxilində üçbucağın qurulma qaydasının öyrəniləcəyi və qaydaya uyğun qurmalar yerinə yetiriləcəyi şagirdlərin diqqətinə çatdırılır.  Üçbucağın iki tərəfinin uzunluğu və onlar arasında qalan bucaq məlum olduğu halda qurulması qaydasını əks etdirən kiçik videofraqment izlənilir.
Tədqiqatın aparılması (8 dəq):
Şagirdlər cütlərə bölünür. Növbəti flipçartdakı tapşırıqlar müəyyən edilmiş zaman ərzində ikili rejimdə yerinə yetirilir. Tapşırıqlar belədir:
I cütlük:
1. Tərəfləri 3 sm, 5 sm və arasında qalan bucaq 70 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 4 sm və arasında qalan bucaq 90 dərəcə olan ABC üçbucağını qurun.
II cütlük:
1. Tərəfləri 5 sm, 7 sm və arasında qalan bucaq 80 dərəcə olan ABC üçbucağını qurun.
2. Tərəfləri 3 sm, 6 sm və arasında qalan bucaq 100 dərəcə olan ABC üçbucağını qurun (bax: slayd 8).

İnformasiya mübadiləsi və müzakirə (4 dəq):  Bu mərhələdə şagirdlər tədqiqatın gedişində əldə etdikləri informasiyaların mübadiləsini aparırlar.
Ümumiləşdirmə və nəticə (14 dəq): Təqdimatlar müzakirə olunur və ümumiləşdirilərək nəticə çıxarılır.
Sinif iki komandaya ayrılır və yarış keçirilir. Yarış iki mərhələdən ibarətdir:
1-ci mərhələdə hər komanda 3 sualı cavablandırır. Cavablara uyğun olaraq xal qazanır.
I mərhələdə daha çox bal qazanmış komanda II  mərhələyə keçir. Bu mərhələdə komanda nömrələnmiş tapşırıqları ardıcıl yerinə yetirməklə pillə-pillə yüksəlir. Əgər tapşırıqlar düzgün yerinə yetirilərsə, sonda komanda qalib elan edilir və mükafatlandırılır. Mükafatlandırma simvolik olaraq aparılır. Əgər sonuncu pillədə sual düzgün qiymətləndirilərsə, pillələri qalxan komandaya kubok verilir.
Bu yarış şagirdlərin dərsə marağını və  fəallığını artırmaq məqsədilə təşkil edilir.
Qiymətləndirmə (3 dəq): Şagirdlər təqdimata, standarta əsasən çıxarılmış qiymətləndirmə meyarlarına, cütlərlə işlərində göstərdiyi fəallığa uyğun olaraq qiymətləndirilir.
Yaradıcı tətbiqetmə (1 dəq):  Bunun üçün şagirdlərə aşağıdakı tapşırıq verilir: Dəftərdə ixtiyari üçbucaq çəkin və onun iki tərəfinin uzunluğundan 2 sm, arasında qalan bucağın dərəcə ölçüsündən 10 dərəcə böyük olan üçbucağı qurun. 

Günay HÜSEYNZADƏ,
Bakı şəhəri 193 nömrəli tam orta məktəb və 6 nömrəli məktəb-liseyin
 riyaziyyat  və informatika müəllimi

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.