Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِي
Müqəddəs Quranın elmi möcüzələri saymaqla bitməz...Şübhəsiz ki ,onların aşkarlanması üçün dərin Riyazi biliklərə ehtiyac vardır.Kainatın yaradılışında riyaziyyat və fizikanın ahəngli şəkildə uyğunlaşmasından möhtəşəm şahəsər formalaşmışdır.
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir.
Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52)
Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir.
Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.
Hesablamalar göstərir ki, “Qurani – kərim”də Allahın adı “Rəhman” 57 dəfə,digər adı “Rəhim” isə düz,iki dəfə artıq- 114 dəfə təkrarlanır.
Qeyd edək ki,müqəddəs kitabdakı surələrin sayı da 114-ə bərabərdir.
Eləcə də “dünya” və “axirət” sözlərinə Quranda hərəsinə 115 dəfə,”kişi və qadın” sözlərinin hərəsinə isə 24 dəfə rast gəlinir. Digər sözlərdə də eyni bərabərlik göstərilir: həyat=145,ölüm=145,insanlar=50,Allahın elçiləri=50,mələk=88,şeytan=88.
Quranda rast gəlinən digər möcüzəli hadisə “gün” sözünün 365,”ay” sözünün 12 dəfə qeyd olunmasıdır.
“Dəniz” sözünə 32, ”yer” sözünə isə 13 dəfə rast gəlinir. 32+13=45 hesablasaq, yer üzündə dənizin tutumu =32/45x100%-71,11111%, torpağın faizi=3/45x100%=28,888%-ni təşkil edir ki,su Yer kürəsinin 71,111%-ni, torpaq isə qalan 28,889%-ni təşkil edir.
“Salavat” kəlməsi “Qurani Kərim”də 5 dəfə təkrarlanır və Tanrı insanlara gündə 5 dəfə namaz qılmağı buyurub.
Qurandakı hər məlumat, bu İlahi kitabın bilinməyən gizli möcüzələri, Uca Rəbbimizin üstün ağılının və sonsuz elminin dəlillərindən yalnız birini göstərir. Bir ayədə belə buyurulur:
“… Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (Nisa Surəsi, 82)
Quran və Riyaziyyat
-----------------------------------------------------------------------------------------------------------------------------
Allah-taala quranda buyurur ki, biz yaşdan quruya kimi hər şeyi bu kitabda vermişik (Ənam-59). Burada sual olunur ki, axı biz niyə qəbul etməliyik ki, Allah “Əhəd”dir, “Saməd”dir, Onun bənzəri yoxdur? (İxlas surəsi). Axı biz bunları necə isbat edə bilərik? Axı bunları qəbul etmək sadəcə təqlid etməkdir. Axı Allah nə üçün bizi Quranda təqlid etməyə çağırır? Axı biz Allaha inanmayan bir şəxsə – “Qul huvallahu Əhəd, Allahu Saməd” (İxlas surəsi) dedikdə, o nə üçün Allahın bu kəlamını qəbul etməlidir? O, hələ ki Allahı qəbul etmir. Allahı qəbul etməyən şəxs Onun kəlamını necə qəbul etsin? Belə olan halda Allah nə üçün insanları məhz bu şəkildə (təqlidlə) Özünə tərəf dəvət edir? Məgər heç bir şeydən xəbəri olmayan bir şəxsə “Allah birdir, Əhəddir, Saməddir” dedikdə, o bunu qəbul etməlidir? Məgər bu riyazi bir qanundur ki, isbatını heç kim inkar edə bilməz? Digər tərəfdən də Allah Quranda dəfələrlə bir çox ayələrdə buyurur ki, “Məgər düşünmürsünüzmü?”, “Bu, hikmətdir”, “Bunda ağıl sahibləri üçün dəlillər vardır” və s. Yəni:
(1) – Allah bir tərəfdən insanları xəbər cümlələri şəklində olan hökmlərlə Özünə tərəf dəvət edir. Axı biz bu hökmlərin isbatını hardan bilək? Hardan bilək ki, doqrudan da bu Quran kitabındakı ayələrin dediyi kimi, Allah birdir, Onun şəriki yoxdur, Odur sahib, hər şey Ona qayıdacaq? (və s.).
(2) – Digər tərəfdən də bir sıra ayələrdə də deyir ki, bu Quran kitabı hikmətli kitabdır, onda heç bir yalan yoxdur, ona heç bir batil yol tapa bilməz.
Bu iki sözdən belə nəticə alınır ki, əslində ayələrin isbatı elə Quranın özündə vardır (Quran bir çox ayələrdə deyir ki, Quran özü özünü bəyan edən, izah edən bir kitabdır). Amma bunun üçün bir sıra “aksiomlar”ı və ayələri bir-birləri ilə necə “əlaqələndirmək” lazım olduğunu bilmək lazımdır. Bəli, demək istədiyimiz də elə budur! Allahın Quranda gətirdiyi “kəlamlar” riyazi qanunlar kimidir. Hamısı bir birindən “asılı”dır və bu kəlamların isbatları üçün bütün insanların qəbul etdiyi bir sıra “aksiomlar” kifayətdir. Bu aksiomların da bəziləri elə həmin Quran kitabında gətirilmişdir, bəzilərini isə gətirməyə ehtiyac yoxdur. Yalnızca bu “aslılılığı” və “aksiolar”ı göstərmək lazımdır. Həzrət Rəsulallahın (s) vəzifəsi də elə bu idi. Əlbəttə, qeyd edək ki, o zaman bunu tam həyata keçirmək mümkün deyildi. Çünki ərəb həmin zaman cahiliyyət dövrünü yaşayırdı. Amma bununla belə Quranda bəzi kəlamlar aksiom olaraq (əgər demək olarsa) gətirilmişdir. Bunlardan, Ənbiya surəsinin 22-ci ayəsini göstərmək olar. Bu ayənin sadə tərcüməsi belədir: “Əgər yerdə və göydə Allahdan başqa allahlar olsa idi, aləm dağılardı”. Bunun sadə mənası o deməkdir ki, doğrudan da əgər Allahdan başqa Allah olsa idi, o “Allah” da öz nişanəsini göndərərdi, halbuki aləmdəki hər bir varlıqda vahidlik görünür. Nəhəng göy cisimləri olan planetlərin (makro aləm) hərəkətindən tutmuş, kiçik zərrələr olan atomların (mikro aləm) hərəkətinə qədər, insanın bədən quruluşundan tutmuş qarışqanın bədəninə qədər bütün quruluş ümumi olaraq eyni formadadır. Bu da onu göstərir ki, aləmdə vahid bir “Hakim” hökm sürür. Əlbəttə, həmin ayə haqqında bu dediyimiz söz o zamankı ərəblər üçün bir dəlil ola bilər, amma müasir zamanda elə iradlar irəli sürülür ki, artıq yuxarıdakı sözümüz kifayət etmir. Amma bununla belə, elə həmin ayənin fəlsəfi təfsirinə, aksiomları nəzərə alaraq müraciət etdikdə görürük ki, doqrudan da “Əgər yerdə və göydə Allahdan başqa allahlar olsa idi, aləm dağılardı”.
Bəli, Quranın riyaziyyat kitabı kimi bir kitab olduğunu göstərmək üçün, sadəcə olaraq ayələr arasındakı qeyd olunan “asılılığı” və əqlin qəbul etdiyi “aksiomlar”ı göstərmək lazımdır. Alimlərimizin bəziləri bunun öhdəsindən gəlmişdir və bir sıra ayələrin həqiqətini açaraq, doğrudan da həmin ayədəki hökmün elə Allahın dediyi kimi olduğunu göstərə bilmişdir.
Riyaziyyat professorları: Bitkilər
Bitkilər ilk yaradıldıqları
gündən bəri riyaziyyat
qaydalarına hərfbəhərf riayət
edirlər. Heç bir yarpaq və ya
heç bir çiçək təsadüfən ortaya
çıxmır. Bir ağacda neçə budaq
olacağı, budaqların haradan
gündən bəri riyaziyyat
qaydalarına hərfbəhərf riayət
edirlər. Heç bir yarpaq və ya
heç bir çiçək təsadüfən ortaya
çıxmır. Bir ağacda neçə budaq
olacağı, budaqların haradan
çıxacağı, bir budaq üzərində neçə
yarpaq olacağı və bu yarpaqların
necə yerləşəcəyi əvvəldən müəyyəndir. Həmçinin hər bitkinin
özünə xas budaqlanma və yarpaq düzülüş qaydaları var.
Alimlər bitkiləri yalnız bu düzülüşlərinə görə müəyyənləşdirib
təsnif edə bilirlər.
Qeyri-adi olan isə məsələn, Çindəki qovaq ağacı ilə İngiltərədəki qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmaları, eyni nisbətləritətbiq etmələridir. Hər bitkini özünə xas riyazi hesablarla ən estetik şəkildə yaradan təsadüflər ola bilməz.
Bütün bu estetikanın və qüsursuz hesablamalarla edilən dizaynın yaradıcısı sonsuz elm sahibi olan Allah'dır.
Quranda da bildirildiyi kimi;
"Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir." (Furqan surəsi, 2)
Fərqli düzülüşlər
Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiral quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən mühüm nəticələrindən biri yarpaqların digər yarpaqları kölgələməyəcək şəkildə yerləşmələridir. Botanikada "yarpaq şaxələnməsi" olaraq bilinən bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafında düzülüşlərindəki nizam müəyyən ədədlərlə təyin olunmuşdur.
Bu düzülüş olduqca kompleks hesaba əsaslanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq, eyni xəttdəki digər yarpağa rast gələnə qədər etməli olacağımız dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq ədədlərini (P), sıra ilə N və P-i göstərsək, P/N nisbəti bitkilərdə "yarpaq şaxələnməsi" olaraq adlandırılır. Bu nisbətlər çayır bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dir.
Nisbətdəki möcüzə
Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətin olması böyük möcüzədir. Məsələn, banan ağacı bu nisbəti haradan bilər və bu nisbətə necə təslim ola bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr atdıqda, eyni xəttdəki digər yarpağa rast gələcəksiniz. Bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikasına qədər hara getsəniz, bu nisbət dəyişməyəcək. Yalnız belə yarpaq düzülüşünün nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli dəlildir. Canlıların genetik quruluşlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün elm və ağıl sahibi olan Allah'dır.
Ağac formaları içində ən çox rast gəlinən modellərdən biri gövdənin bir-birinə tam əks tərəfindən çıxan yarpaq və budaq cütləridir. Toxum cücərdikdən sonra iki dənə yarpaq açır, bu yarpaqlar 180 dərəcəlik bucaqla qarşılıqlı olaraq düzülürlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum paylanmanı təmin etmək üçün əks tərəfdə inkişaf edir. Belə bir vəziyyətdə budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd ədəd yarpaq düzülmüş olur. Yəni bu budağa təpədən baxsaq, yarpaqların kvadrat şəklində 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayəsində altdakı yarpaqları örtmədiyini görərik. Bu görməyə vərdiş etdiyimiz haldır. Ancaq insanların çoxu toxumların niyə xüsusilə bu şəkildə açdığını düşünmürlər. Halbuki, bu, planın və dizaynın nəticəsidir. Məqsəd yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinə mane olmaq və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.
Daha kompleks forma olan spiral şəklinə də çox sıx rast gəlinir. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün ip istifadə edilə bilər. Yarpağın döşəməsinə ip bağlayıb sonra ipi budaqlara qədər uzadın, gəldiyiniz hər yarpağın gövdəsində bir halqa düzəldin, mailliklər mümkün olduğu qədər düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip yarpağa 1/2 dönüşlə bağlanır. Fıstıq ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir, yarpaq başına 1/3 fırlanır. Alma ağacı 144 dərəcə ilə 2/5 dönüş, quru şam 5/13. Əgər riyaziyyatla maraqlanırsızsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın və vahidin bir-birinə bitişik olanların cəmi olduğunu taparsınız. (aşağıda göründüyü kimi) Hər iki ədəd düzülməsi də eyni bənzər və sadə prosesi yerinə yetirir: 1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...
Fibonacci ardıcıllığı
Xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonacci adlı riyaziyyatçının adı ilə bağlıdır və "Fibonacci ardıcıllığı" olaraq tanınır. Bu qayda estetik mükəmməllik deməkdir və şəkil, heykəl, arxitektura kimi sahələrdə istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı anlamaqda əhəmiyyətlidir.
3/8-ün nisbəti yosun, kələm ya da hər iki tərəfə spiral formada olan ləçəkli, günəbaxan kimi sıx toxum və ya yarpaq sistemlərindədir. Bu bitkilərin yarpaqları mərkəzin ətrafında sağdan və ya soldan dolanarkən spiral çəkirlər, bu spirallarda dövr başına düşən yarpaq sayı da fibonacci qaydasına görə təyin olunur. Məsələn, Çoban yastığı bitkisinin mərkəzi üç ardıcıl kəsrdən istifadə edir: 13/34, 21/55 və 34/89, yəni yarpağın mərkəzdən başlayaraq bir dövr etməsindəki yarpağın sayı və dönmə bucağı əvvəldən müəyyəndir.
Fibonacci təbiətdə çox sıx şəkildə qarşımıza çıxır. Bu ədədlər istifadə edilərək ortaya çıxan kəsrlər bizə "Qızıl Nisbət"i verir. Yəni Fibonacci ədədlərini aşağıda göründüyü kimi, bir-birini izləyən kəsrlər şəklində yazdıqda, ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik sayılan və çox vaxt "Qızıl Nisbət" adlandırılan ədəddir: 1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89..
Bu minvalla əldə edilən silsilənin terminləri Fibonacci silsiləsinin bir-birini izləyən ədədlərinin hissəsi şəklindədir. Bu silsilənin terminləri olan nisbətləri şam qozalarında (5/8, 8/13), ananas meyvəsində (8/13), çobanyastığının orta hissəsindəki floretlərdə (21/34), günəbaxanlarda (21/34, 34/55, 55/89) sağ və sol spiralların sayıdır. Məhz bu nisbət və bu nisbət sayəsində ortaya çıxan görünüş təbiətdəki çiçəklərə, ağaclara, toxuma, dəniz qabıqlarına və daha saysız canlıya estetik mükəmməllik qazandırır.
Qızıl nisbətin təbiətdəki yeri bununla da kifayətlənməyib, ideal yarpaq bucaqlarında da özünü göstərir. Məlum olduğu kimi bitkilərdə yarpaqlar dik gələn günəş şüalarından maksimum fayda əldə etmək üçün müəyyən bucaq altında olurlar. Məsələn, 2/5-lik yarpaq şaxələnməsinə malik olan bitkidə yarpaq aralarındakı bucaq 2 x 360 dərəcə / 5 = 144 dərəcədir. Yarpaqlarda qarşımıza çıxan ədədi möcüzələr bununla da məhdud deyil. Yarpaqların səthi də ancaq müəyyən riyazi hesablamalarla aşkar edilən dizayna malikdir.Yarpağın ortasından keçən damar (midrib) və ondan çıxaraq yarpaq səthinə dağılan damarlar və bunların qidalandırdıqları toxumalar bitkiyə müəyyən forma və quruluş verir. Yarpaqlar çox fərqli formalara malik olmalarına baxmayaraq, bu həssas ölçüləri mühafizə edirlər. Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olmaları onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında DNT-də gördüyümüz həssas ölçülər və tarazlıqlar bitkinin xarici görnüşündə də ortaya çıxır. Bitkinin Günəşdən maksimum faydalanması kimi həyati məqsədləri ilə yanaşı, bitkiyə estetik gözəllik qazandıran bu molekulların bir yerdə rənglərlə birləşmələri ortaya möhtəşəm mənzərələr çıxırdır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Məhz bu qızıl nisbət sənətçilərin çox yaxşı bildikləri və tətbiq etdikləri estetika qanunudur. Bu nisbətlə yaradılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətçilərin təqlid etdikləri bu qanun ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allah'ın üstün sənətinin nümunəsidirlər. Allah Quranda bir çox ayədə hər şeyi ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:
"Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik." (Hicr surəsi, 19)
"... Allah, hər şey üçün bir ölçü etmişdir." (Talaq surəsi, 3)
"... Şübhəsiz, Allah hər şeyin hesabını tam olaraq edəndir." (Nisa surəsi, 86)
Təbiətdəki simmetriya
Simmetriya arxitekturadan dekorasiyaya, geyimdən avtomobil dizaynına qədər bir çox sahədə istifadə edilən və insana estetik baxımdan çox xoş gələn bir üsuldur. Məsələn, divarda asılı olan aynanın yalnız bir tərəfinə çiçək qoyduqda bu gözünüzə gözəl görünməyəcək. Ancaq iki tərəfinə eyni çiçəkdən yerləşdirdikdə, yaranan simmetriya xoşunuza gələcək. Bu səbəbdən, bir çox sahədə simmetriya şüurlu olaraq istifadə edilir. Siz bir yerdə simmetriya gördükdə, bunun estetik anlayışı olan şüurlu biri tərəfindən hazırlandığını dərhal anlayırsınız. Bir bağçaya girdikdə, bağçanın sol və sağ tərəfində, bərabər sayda qarşılıqlı düzülmüş iki sıra ağac olduğunu görsəniz, bu ağacların bir bağban tərəfindən şüurlu şəkildə simmetrik olaraq düzüldüyünü anlayırsınız. Çünki qüsursuz simmetriyanın təsadüfən mövcud olması qətiyyən mümkün deyil. Qısacası, simmetriya bir dizayn olduğunun və eyni zamanda dizaynerin varlığının sübutudur.
Təbiətdə var olan saysız simmetriya nümunəsi də təbiətdə bir dizayn olduğunun və eyni zamanda təbiəti yaradan bir Yaradıcı olduğunun göstəricilərindəndir. Kəpənək qanadları, qar kristalları, dəniz ulduzları, quş qanadları, insan üzü və bədəni, dəniz qabıqları və təbiətdəki yüzlərlə varlığın xarici görünüşündə simmetrik bir quruluş var.
Təbiətdə gördüyümüz gözəlliklərin heç biri təsadüflərin əsəri ola bilməz. Hər gözəllik, hər simmetriya, Aləmlərin Rəbbi olan Allah'ın örnəksiz yaratmasının əsəridir.
Araşdırdı , topladı və tərcümə etdi : Arzu Məlikova
Xüsusi olaraq riyaziyyatportali.blogspot.com üçün
"Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir." (Furqan surəsi, 2)
Fərqli düzülüşlər
Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiral quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən mühüm nəticələrindən biri yarpaqların digər yarpaqları kölgələməyəcək şəkildə yerləşmələridir. Botanikada "yarpaq şaxələnməsi" olaraq bilinən bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafında düzülüşlərindəki nizam müəyyən ədədlərlə təyin olunmuşdur.
Bu düzülüş olduqca kompleks hesaba əsaslanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq, eyni xəttdəki digər yarpağa rast gələnə qədər etməli olacağımız dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq ədədlərini (P), sıra ilə N və P-i göstərsək, P/N nisbəti bitkilərdə "yarpaq şaxələnməsi" olaraq adlandırılır. Bu nisbətlər çayır bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dir.
Nisbətdəki möcüzə
Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətin olması böyük möcüzədir. Məsələn, banan ağacı bu nisbəti haradan bilər və bu nisbətə necə təslim ola bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr atdıqda, eyni xəttdəki digər yarpağa rast gələcəksiniz. Bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikasına qədər hara getsəniz, bu nisbət dəyişməyəcək. Yalnız belə yarpaq düzülüşünün nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli dəlildir. Canlıların genetik quruluşlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün elm və ağıl sahibi olan Allah'dır.
Ağac formaları içində ən çox rast gəlinən modellərdən biri gövdənin bir-birinə tam əks tərəfindən çıxan yarpaq və budaq cütləridir. Toxum cücərdikdən sonra iki dənə yarpaq açır, bu yarpaqlar 180 dərəcəlik bucaqla qarşılıqlı olaraq düzülürlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum paylanmanı təmin etmək üçün əks tərəfdə inkişaf edir. Belə bir vəziyyətdə budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd ədəd yarpaq düzülmüş olur. Yəni bu budağa təpədən baxsaq, yarpaqların kvadrat şəklində 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayəsində altdakı yarpaqları örtmədiyini görərik. Bu görməyə vərdiş etdiyimiz haldır. Ancaq insanların çoxu toxumların niyə xüsusilə bu şəkildə açdığını düşünmürlər. Halbuki, bu, planın və dizaynın nəticəsidir. Məqsəd yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinə mane olmaq və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.
Daha kompleks forma olan spiral şəklinə də çox sıx rast gəlinir. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün ip istifadə edilə bilər. Yarpağın döşəməsinə ip bağlayıb sonra ipi budaqlara qədər uzadın, gəldiyiniz hər yarpağın gövdəsində bir halqa düzəldin, mailliklər mümkün olduğu qədər düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip yarpağa 1/2 dönüşlə bağlanır. Fıstıq ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir, yarpaq başına 1/3 fırlanır. Alma ağacı 144 dərəcə ilə 2/5 dönüş, quru şam 5/13. Əgər riyaziyyatla maraqlanırsızsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın və vahidin bir-birinə bitişik olanların cəmi olduğunu taparsınız. (aşağıda göründüyü kimi) Hər iki ədəd düzülməsi də eyni bənzər və sadə prosesi yerinə yetirir: 1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...
Fibonacci ardıcıllığı
Xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonacci adlı riyaziyyatçının adı ilə bağlıdır və "Fibonacci ardıcıllığı" olaraq tanınır. Bu qayda estetik mükəmməllik deməkdir və şəkil, heykəl, arxitektura kimi sahələrdə istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı anlamaqda əhəmiyyətlidir.
3/8-ün nisbəti yosun, kələm ya da hər iki tərəfə spiral formada olan ləçəkli, günəbaxan kimi sıx toxum və ya yarpaq sistemlərindədir. Bu bitkilərin yarpaqları mərkəzin ətrafında sağdan və ya soldan dolanarkən spiral çəkirlər, bu spirallarda dövr başına düşən yarpaq sayı da fibonacci qaydasına görə təyin olunur. Məsələn, Çoban yastığı bitkisinin mərkəzi üç ardıcıl kəsrdən istifadə edir: 13/34, 21/55 və 34/89, yəni yarpağın mərkəzdən başlayaraq bir dövr etməsindəki yarpağın sayı və dönmə bucağı əvvəldən müəyyəndir.
Fibonacci təbiətdə çox sıx şəkildə qarşımıza çıxır. Bu ədədlər istifadə edilərək ortaya çıxan kəsrlər bizə "Qızıl Nisbət"i verir. Yəni Fibonacci ədədlərini aşağıda göründüyü kimi, bir-birini izləyən kəsrlər şəklində yazdıqda, ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik sayılan və çox vaxt "Qızıl Nisbət" adlandırılan ədəddir: 1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89..
Bu minvalla əldə edilən silsilənin terminləri Fibonacci silsiləsinin bir-birini izləyən ədədlərinin hissəsi şəklindədir. Bu silsilənin terminləri olan nisbətləri şam qozalarında (5/8, 8/13), ananas meyvəsində (8/13), çobanyastığının orta hissəsindəki floretlərdə (21/34), günəbaxanlarda (21/34, 34/55, 55/89) sağ və sol spiralların sayıdır. Məhz bu nisbət və bu nisbət sayəsində ortaya çıxan görünüş təbiətdəki çiçəklərə, ağaclara, toxuma, dəniz qabıqlarına və daha saysız canlıya estetik mükəmməllik qazandırır.
Qızıl nisbətin təbiətdəki yeri bununla da kifayətlənməyib, ideal yarpaq bucaqlarında da özünü göstərir. Məlum olduğu kimi bitkilərdə yarpaqlar dik gələn günəş şüalarından maksimum fayda əldə etmək üçün müəyyən bucaq altında olurlar. Məsələn, 2/5-lik yarpaq şaxələnməsinə malik olan bitkidə yarpaq aralarındakı bucaq 2 x 360 dərəcə / 5 = 144 dərəcədir. Yarpaqlarda qarşımıza çıxan ədədi möcüzələr bununla da məhdud deyil. Yarpaqların səthi də ancaq müəyyən riyazi hesablamalarla aşkar edilən dizayna malikdir.Yarpağın ortasından keçən damar (midrib) və ondan çıxaraq yarpaq səthinə dağılan damarlar və bunların qidalandırdıqları toxumalar bitkiyə müəyyən forma və quruluş verir. Yarpaqlar çox fərqli formalara malik olmalarına baxmayaraq, bu həssas ölçüləri mühafizə edirlər. Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olmaları onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında DNT-də gördüyümüz həssas ölçülər və tarazlıqlar bitkinin xarici görnüşündə də ortaya çıxır. Bitkinin Günəşdən maksimum faydalanması kimi həyati məqsədləri ilə yanaşı, bitkiyə estetik gözəllik qazandıran bu molekulların bir yerdə rənglərlə birləşmələri ortaya möhtəşəm mənzərələr çıxırdır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Məhz bu qızıl nisbət sənətçilərin çox yaxşı bildikləri və tətbiq etdikləri estetika qanunudur. Bu nisbətlə yaradılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətçilərin təqlid etdikləri bu qanun ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allah'ın üstün sənətinin nümunəsidirlər. Allah Quranda bir çox ayədə hər şeyi ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:
"Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik." (Hicr surəsi, 19)
"... Allah, hər şey üçün bir ölçü etmişdir." (Talaq surəsi, 3)
"... Şübhəsiz, Allah hər şeyin hesabını tam olaraq edəndir." (Nisa surəsi, 86)
Təbiətdəki simmetriya
Təbiətdə var olan saysız simmetriya nümunəsi də təbiətdə bir dizayn olduğunun və eyni zamanda təbiəti yaradan bir Yaradıcı olduğunun göstəricilərindəndir. Kəpənək qanadları, qar kristalları, dəniz ulduzları, quş qanadları, insan üzü və bədəni, dəniz qabıqları və təbiətdəki yüzlərlə varlığın xarici görünüşündə simmetrik bir quruluş var.
Təbiətdə gördüyümüz gözəlliklərin heç biri təsadüflərin əsəri ola bilməz. Hər gözəllik, hər simmetriya, Aləmlərin Rəbbi olan Allah'ın örnəksiz yaratmasının əsəridir.
Araşdırdı , topladı və tərcümə etdi : Arzu Məlikova
Xüsusi olaraq riyaziyyatportali.blogspot.com üçün
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!