26.10.2015

 10/26/2015 10:24:00 ÖS         Şərh yoxdur
Uzunluğun ölçü vahidləri 
Metr sistemində biz aşağıdakı uzunluq ölçü vahidlərindən istifadə edirik. Millimetr (mm), Santimetr (sm), Metr (m) və Kilometr (km).
 10 mm= 1sm
100sm= 1m
1000m=1km
Perimetr
Perimetri hesablamaq üçün fiqurun tərəflərinin uzunluqlarını toplayırıq. 
Məsələn:
1) ABCD düzbucaqlısının perimetrini hesablayın
length and area1 
Perimetr = 15+15+8+8 = 46sm
 
Qeyd: uzunluq üçün L, en üçün W istifadə ediriksə, onda perimetr (P) düstur kimi yazıla bilər:
P=2L+2W
2)Aşağıdakı fiqurun perimetrini (P) hesablayın.
length and area2
P=5+5+3+3+2+2+10+4 = 34sm
Qeyd: Bu misalda 4 sm uzunluğunu tapmalıyıq (10-6=4). Digər olmayan uzunluqlar 2 sm və 5 sm fiqurdan tapıla bilər.
Sahə
Sahə fiqur daxilindəki məsafədir (boşluqdur). Bu, fiqurun kvadratlara bölünməsi və onların sayılması ilə ölçülür. Tərəfin kvadratları 1sm-dirsə, onda sm2 ölçü vahidindən istifadə edə bilərik. 
Simmetrik olmayan fiqurlar torda çəkilə bilər və sahə kvadratları saymaqla hesablana bilər. kvadratın hissələri tam kvadrat düzəltmək üçün əlavə olunmalıdır. 
Məsələn:Aşağıdakı fiqurun qiymətini hesablayın:
length and area3

Sahə = 3½ kvadrat 
Üçbucaqlar, düzbucaqlar və deltoidlər (çərpələng şəkilli fiqurlar) kimi simmetrik fiqurlar üçün sahəni hesablamağa düstur vardır.
 
Düzbucaqlının sahəsi
Sahə=Uzunluq x En
Məsələn:
Aşağıda göstərilən düzbucaqlı paralelepipedin həcmini hesablayın. ABCD düzbucaqlısının sahəsini hesablayın.
length and area4
Sahə=15 x 8= 120sm2 (Sahənin ölçü vahidi: sm2 )
 
Üçbucağın sahəsi
Sahə = ½ x oturacaq x hündürlük
Məsələn:
ABC üçbucağının sahəsini hesablayın.
length and area5
Sahə=1/2 x 10 x 6= ½ x 60 = 30 sm2
 
(Qeyd: 10 x 60 BC üzərində dayanan düzbucaqlının sahəsini verəcək, üçbucağın sahəsi bu sahənin yarısıdır).
Paraleloqramın sahəsi
Sahə = oturacaq x hündürlük
Məsələn:PQRS paraleloqramının sahəsini hesablayın.
length and area6
Sahə = 10 x 6 = 60sm2
Deltoid və Rombların sahəsi
Sahə = ½ (diaqonalların vurma hasili)
Məsələn
ABCD deltoidi və LMNO rombunun sahələrini hesablayın.
length and area7
ABCD və LMNO sahəsi = ½ x 10 x 6 =30sm2
Trapesiyanın sahəsi
Sahə = ½(paralel tərəflərin cəmi) x hündürlük
Məsələn
ABCD trapesiyasının sahəsini hesablayın.
length and area8
Sahə = ½ (10+20) x 5 = ½ x 30 x 5 = 75sm2
Qeyd Bəzən məsələdə sahə verilir və bizdən tərəflərin birinin uzunluğunu hesablamaq istənilir.
Məsələn
Üçbucaqdakı QR uzunluğunu hesablayın, sahə 20sm2
length and area9
20 = ½ x 4 x QR
20 = 2 x QR
QR = 10sm
Mürəkkəb fiqurlar
Bəzi məsələlərdə fiquru simmetrik fiqurlara bölmək lazım olur. Sahələri toplaya və ya çıxa bilərik. 
Məsələn
Aşağı şəkildəki a) ümumi sahə və b) şəkildə rənglənmiş sahəni hesablayın.
length and area10
a) Ümumi sahə = Sahə A + Sahə B
=(2x3) + (5x10)
= 6+50
= 56sm2
b) Rənglənmiş sahə = 56 – (2x2)
= 52sm2

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.