Düzbucaqlı paralelepipedin bir neçə düzbucaqlı üzü var. Kubları hesablamaqla düzbucaqlı paralelepipedin həcmini tapmaq olar |
Məsələn: |
Aşağıda çəkilmiş düzbucaqlı paralelepipedin həcmini tapın. |
|
Bütün kublar görünmədiyinə görə qatlarla işləmək yaxşı olar. Yuxarı qatda 12 kub görə bilirik. 3 qat var, ona görə də kubların ümumi sayı 3 x 12 = 36 kub. Düzbucaqlı paralelepipedin həcmi = 36 kub . |
Düzbucaqlı paralelepipedin həcminin düsturu Bundan düzbucaqlı paralelepipedin ölçüləri verildikdə istifadə etmək olar. |
|
Düzbucaqlı paralelepipedin həcmi – Uzunluq x En x Hündürlük |
|
Məsələn: Aşağıda göstərilmiş düzbucaqlı paralelepipedin həcmini hesablayın. |
|
Həcm = 10 x 6 x 5 = 300 sm3 (həcm üçün kub ölçü vahidləridir) |
Qeyd: Sahə üçün isə həcmlər toplana və ya çıxıla bilər. |
Məsələn: Düzbucaqlı paralelepipedin aşağıdakı şəkildə göstərildiyi kimi mərkəzdən kənarlaşdırılmış düzbucaqlı kəsiyi var. Qalığın həcmini hesablayın. |
|
Ümumi həcm = 20 x 10 x 6 = 1200sm3 Kəsilmiş kəsiyin həcmi = 5 x 10 x 2 = 100sm3 Qalığın həcmi = 1200 – 100 = 1100sm3 |
|
Prizmanın Həcmi Prizma otracaqları bərabər olmaqla paralel müstəvilər üzərində olan ixtiyari çoxbucaqlı, qalan üzləri isə paraleloqramdan ibarət olan fəza fiqurudur.Aşağıda göstərilən nümunədəki kimi. |
Üçbucaq prizma |
|
Prizmanın həcminin düsturu |
|
Prizmanın həcmi = otracağın sahəsi x hündürlük |
|
Məsələn |
Üçbucaq prizmanın həcmi (yuxarıda) = üçbucağın sahəsi x hündürlük = (½ x10 x 6) x 20 = 30 x 20 Həcm = 600sm3 |
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!