4.11.2015

 11/04/2015 11:38:00 ÖS         Şərh yoxdur
Təlimin səmərəli təşkili müəllimin peşəkarlığından, pedaqoji ustalığından, bu işə məsuliyyətlə yanaşmasından asılıdır. Gündəlik planlaşdırma müəllim yaradıcılığının tərkib hissəsi olub, şagirdlərin fənlər üzrə əldə etdikləri bilik və bacarıqlarının reallaşması üçün nəzərdə tutulan təlim nailiyyətlərinin həyata keçirilməsi ardıcıllığıdır.
Gündəlik planlaşdırma, müəllimin dərsə nə səviyyədə hazırlığını əks etdirməklə yanaşı, şagirdlərin həyati bacarıqlarının, inkişafının dərsə olan maraq və tələbatlarının ön plana çəkilməsi, potensial imkanlarının formalaşması və s. dərsin yüksək səviyyədə davam edəcəyinə ümid verir.
Dərs kurikuluma, yeni texnologiyalara, innovasiyalara, kompetensiyalara, təhsil yanaşmalarına istinadən planlaşdırılırsa, şagirdlərdə təlimin gedişində qazanacaqları dəyərlərin keyfiyyətinin yüksək olmasına daha çox əminlik yaranır.
Fənn kurikulumları əsasında təlimin planlaşdırılması dərsin sistemli, ardıcıl və məzmunlu keçməsi üçün ən başlıca tələblərdən biridir. Kurikulumda təlim fəaliyyətinin planlaşdırılması iki istiqamətdə – perspektiv və gündəlik planlaşdırma kimi aparılır. Gündəlik planlaşdırma tərtib edərkən müəllim bu zaman nə öyrətməli, necə öyrətməli, hansı şəraitdə öyrətməli kimi mühüm faktları da nəzərə almalıdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, müəllimlər üçün hazırlanmış metodiki vəsaitlərdə tədris olunacaq fənlər üzrə proqram əsasında hər bir dərsin hazır şəkildə planının verilməsi müəllimə ümumi istiqamət verməklə yanaşı, icmal tərtib etməyə əlavə vaxt sərf etməmək və daha yaradıcı işləmək imkanları əldə etməyi təqdirə layiqdir. Bununla yanaşı dərsin planını tərtib edərkən müəllim üçün metodiki vəsaitə istinad etməklə yanaşı kurikulum çərçivəsi üzrə verilmiş gündəlik planlaşdırma və dərsin mərhələlərindən sistemli və ardıcıl istifadə etmək daha məqsədə uyğundur.

GÜNDƏLİK PLANLAŞDIRMANIN NÜMUNƏSİ

* Mövzu* Məqsəd
* Standartlar
* İnteqrasiya
* Dərsin tipi
* İş forması
* İş üsulları
* Resurslar

DƏRSİN MƏRHƏLƏLƏRİ

* Motivasiya
* Tədqiqatın aparılması
* Məlumat mübadiləsi (İnformasiya mübadiləsi)
* Məlumat müzakirəsi (İnformasiya müzakirəsi)
* Nəticə və ümumiləşdirmə
* Yaradıcı tətbiqetmə
* Qiymətləndirmə və refleksiya
Gündəlik planlaşdırmada kurikulumdakı əsas pedaqoji anlayışlar, fənn və milli kurikulumun strukturu, fənn kurikulumunun səciyyəvi cəhətləri, fənnin xarakterik xüsusiyyətləri, məzmun standartlarının komponentləri (bilik və fəaliyyətin kateqoriyaları, təlim strategiyaları, metodlar və s. məsələlər) genişliyi ilə öz əksini tapmışdır.
Hər bir dərs müəllim və şagirdlərin birgə fəaliyyəti əsasında qurulduğundan gündəlik planlaşdırmada şagirdərin fəal iştirakı təbii bir hal kimi qabaqcadan planlaşdırılmalıdır. Belə ki, şagirdlər planlaşdırmada qoyulan problemin, tədqiqat sualının nədən ibarət olduğunu dərk etməli, planlaşdırmada olan problemin, tədqiqat sualının nədən ibarət olduğunu dərk etməli, bu mərhələdə hansı işlərin görüləcəyini bilməlidir. Buna görə də sinifdə kompyuter olmadığı halda müəllim dərsin planlaşdırılmasını əvvəlcədən vatman və ya aleksandroviski kağızlarında rəngli flamasterlarla yazıb lövhəyə asır və dərsi şagirdlərin canlı iştirakı ilə davam etdirir.
Fənn kurikulumunun strukturunda təlimin təşkilinə verilən əsas tələblər forma, üsul və təlim fəaliyyətinin planlaşdırılması kimi verilmişdir. Təlim məqsədlərini seçərkən (öyrədici, inkişafetdirici, tərbiyəedici), hər üçünü bir-birindən ayırmadan birlikdə tətbiq edilməsi tələb edilir. Deməli, dərsin məqsədinin təşkilində təkcə öyrədici (mövzunun məzmununun öyrədilməsi kimi) xarakterizə etməklə yanaşı, digər məqsədlərin tələblərinin yerinə yetirilməsinə də üstünlük verilməlidir.
Fəal interaktiv təlim metodlarında dərsə motivasiya, problemin qoyuluşu ilə başlanması təlimin taleyini həll edir. Belə ki, motivasiya yaratmaq, öyrənilmiş biliklərin yaddaşda inkası, öyrəniləcəklərin təsəvvürdə canlanması və təfəkkürün süzgəclərindən süzülüb gələn faktların, nəzəriyyələrin, qanunauyğunluqların axtarışıdır. Problem isə yaradılmış motivasiaya zənnində ortaya çıxır. Bu problemi həll etməkdə qarşısı alınmaz daxili ehtiyac, zəruriyyət tələb edir, bunu da yalnız sövqedici idrakın gücü ilə həll etmək mümkündür.
Motivasiya zamanı ortaya çıxan fərziyyələr problemli vəziyyət yaratmaqla yanaşı idrakı motivasiyaların meydana çıxmasına səbəb olur. Belə ki, təfəkkürü oyatmaq və onu fəaliyyətə gətirmək üçün istifadə olunan vasitələrin öz xüsusiyyətlərinə görə qeyri-adi, gözlənilməz, cəlbedici, müəmmalı olması motivasiyanın canlı şəkildə yaranmasına səbəb olur. Deməli, motivasiya yaratmaq məqsədilə metodiki ədəbiyyatlarda göstərildiyi kimi rəmzi, simvolik materiallardan, açıq və tədqiqat xarakterli suallardan problemin daha səmərəli yolla həll edilməsi kimi vasitələrdən istifadə edilir.
Motivasiya yaradıldıqdan sonra problemin həllinin ilk başlanğıcı şagirdlərdən fərziyyələrin alınması ilə başlayır. Öyrəniləcək mövzu haqqında şagirdlərin nə dərəcədə məlumatlı olmalarını, nəyi necə bildiklərini, hansı təsəvvürə malik olduqlarını məhz fərziyyələrlə əldə etmək mümkündür. Müəllim problemli sual haqqında şagirdlərin şərti olsa da belə məlumatlarını fərziyyələr qismində soruşub lövhəyə qeyd edir. Şagirdlərin söylədikləri fərziyyələrin düzgün və ya səhv olması bir o qədər də nəzərə alınmır və bu yalnız sonrakı mərhələdə – tədqiqatın aparılması mərhələsində, eləcə də problemli sualın həll edilməsində yaradıcı rol oynamaqla yanaşı onu bir az da asanlaşdırır.
Problemi həll etmək sərbəst düşünmək, müstəqil ideyalar irəli sürmək, fakt və hadisələri analiz və təhlil etmək üçün tədqiqatın aparılması zərurəti yaranır.
Problemin həlli yalnız tədqiqat aparmaqla həll edilə bilər. Düşünülmüş tədqiqat nəticəsində müxtəlif fərziyyələr, suallar ortaya çıxır və bu suallara cavab vermək üçün müstəqil düşünmək, yəni informasiyalardan istifadə etmək, məsələyə şüurlu yanaşmaq və sualları cavablandırmaq təlabatı yaranır. Mərhələlərlə aparılan tədqiqat şagirdləri axtarışa yönəldir, nəticədə bilikləri müstəqil şəkildə kəşf etməyə sövq edir.
Nəzərə almaq lazımdır ki, tədqiqatın aparılması daha çox müəllimin keçəcəyi mövzu ilə bağlı hazırladığı iş vərəqlərindəki sualların cavablandırılması ilə başlayır. Tapşırıq şəklində verilmiş suallar şagirdlərin bilik səviyyəsinə uyğun olmaqla, həm də anlayışlı və başa düşüləcək olmalıdır. Müəllim iş vərəqlərindəki sualları elə tərtib etməlidir ki, verilmiş cavablar öyrəniləcək mövzunun məzmununu əhatə edə bilsin. Bu zaman şagirdlər hafizənin, məntiqi, tənqidi və yaradıcı təfəkkürün köməyilə tətbiq, analiz, sintez etməklə tapşırığın konkret həllinə çalışsınlar. Qruplar üzrə verilmiş hər bir iş vərəqində mövzunun asan və çətinliyindən asılı olaraq tapşırıqların sayı 2,3 və 4 ola bilər.
Dərsin mühüm mərhələlərindən biri də informasiya mübadiləsidir ki, bu zaman iş vərəqlərindəki suallara cavab tapmaq üçün qruplarda şagirdlər birgə fəaliyyət göstərir, bir-birlərinin fikirlərini öyrənir, cavabları dəqiqləşdirib, sistemləşdirirlər.
İnformasiya müzakirəsi və təşkili qruplar üzrə təqdimatın aparılması kimi başa düşülür. Köməkçi suallar vasitəsi ilə müəllim müəyyənləşdirilmiş faktların, cavabların təhlilini, müzakirəsini təşkil edir. Müzakirə zamanı tədqiqat suallarına verilmiş cavablar dəqiqləşir, qeyd edilmiş faktlar daha da konkretləşdirilir. Bu zaman müəllim elə bir psixoloji mühit yaratmağa çalışmalıdir ki, təqdimat verən şagirdin cavabları ilə şagird yoldaşları hər zaman söylənilən fikirlərlə razılaşmayaraq öz əks münasibətlərini bildirsinlər. Əks fikirlərin söylənməsi, ziddiyyətlər düzgün cavabların yaranmasına gətirib çıxarmaqla yanaşı, digər tərəfdən şagirdlərin əməkdaşlığını, qarşılıqlı fəaliyyətini əks etdirir.
Nəticə və ümumiləşdirmə mərhələsini dərsin kulminasiya və ya sevinc, məmnunluq mərhələsi də adlandırmaq olar. Ona görə ki, şagirdlər suallara düzgün cavab verdiklərini görüb sevinir və fərəh hissi keçirmələrinin özü dərsin müvəfəqqiyətlə keçdiyini sübut edir. Müəllim izah edir ki, əgər verilmiş cavablar tədqiqat cavablarını ödəyibsə və şagirdlərin söylədikləri fərziyyələrin bir neçəsi ilə uyğun gəlirsə, deməli biz problemi və tədqiqat suallarını həll etmiş oluruq. Belə aparılmış ümumiləşdirmə informasiyaların, faktların bir-birləri ilə bağlılığını, əlaqəsini yaradır və sistemləşdirir.
Dərsin digər mərhələsi yaradıcı tətbiqetmədir. Bu mərhələ şagirdlərin kəşfləri hesabına qazanılmış biliklərin bir daha möhkəmləndirilməsidir.Tədris prosesində əldə edilmiş biliklər o vaxt öz həqiqi mənasını tapa bilər ki, şagirdlər gələcək təlim və əmək fəaliyyətlərində bundan yaradıcılıqla istifadə edə bilsinlər.
Öyrənilmiş məsələ ilə bağlı işin gedişində ehtiyac duyulan əlavə sualları dəqiqləşdirmək üçün müəllim model üzrə çalışmaları qazanılmış biliklər əsasında yeni şəraitdə tətbiq etməyi təşkil edir. Verilmiş əlavə çalışmanın həllində vaxt məhdudiyyəti nəzərə alınmır. Belə ki, çalışmanın icrası həmin dərsdə mümkün deyilsə, onu növbəti dərslərə saxlamaq olar.
Sonuncu mərhələ qiymətləndirmə və ya refleksiya mərhələsidir.
Qiymətləndirmə əsasən şagirdlərin nailiyyətlərinin və uğurlarının səviyyəsini müəyyənləşdirən bir prosesdir. Metodiki ədəbiyyatlarda qiymətləndirmə haqqında kifayyət qədər materiallar olsa da belə özünüqiymətləndirmə vasitələrindən daha çox istifadə edilməsi vacibliyi ortaya çıxır.
Özünüqiymətləndirmədə qruplar üzrə və ya fərdi olaraq şagirdlər dərsin bütün mərhələlərində əldə etdikləri nailiyyətləri və qüsurları görməli, onu doğuran səbəb və nəticələri dərk etməli, islahı və ya inkişafı yollarını müəyyənləşdirməyi bacarmalıdır. Burada daha çox qiymətləndirmənin meyarlar üzrə aparılmasına daha çox üstünlük verilir. Refleksiya dərsin gedişində bütün mərhələlər üzrə əldə edilmiş biliklərin necə mənimsənilməsinin aydınlaşdırılmasıdır.
ŞƏKİL 1
ŞƏKİL 1
Refleksiya zamanı müəllim iki və ya üç sualla (biz problemi hansı yollarla həll edə bildik? Tədqiqat necə aparıldı? Daha nə etdik?) alınmış yeni məlumatların yenidən canlanmasını təşkil etməklə tədqiqat zamanı baş vermiş fəaliyyətlərin və nailiyyətlərin gedişini bir daha izləməli olurlar.
İzah etdiyimiz gündəlik planın bəzi tələbləri V sinfin riyaziyyatdan ” Toplama və çıxma əməlləri, tənliklər” mövzusundakı dərs nümunəsində ümumi şəkildə öz əksini tapmasına çalışılmışdır.
Motivasiya. Problemin qoyuluşu.
x-8=15
Müəllim şagirdlərin diqqətini elektron lövhədə göstərilən tənlik və şəkilə yönəldərək qeyd edir: Gördüyünüz tənlik və şəkil sizin qarşınıza qoyulan problemdir və siz bu problemi həll etməlisiniz. Bunun üçün elektron lövhə vastəsilə verilmiş BİBO cədvəlinə nəzər yetirək. Şagirdlər BİBÖ üsulunun tələbinə uyğun olaraq toplama və çıxma əməli haqda bildiklərini cədvəldə qeyd edirlər.
Tədqiqatın aparılması:
Bilirik                                                             İstəyirik bilək                                      Öyrəndik
1. Toplama və çıxama                           1.Toplama və çıxma əməlləri 
əməllərinin qarşılıqlı                              vasitəsilə tənliklərin qurulması
əlaqəsi                                                               2. Tənliklərin həll edilməsi
2. Bir rəqəmli və iki                                 3. Tam-hissə modelinin
rəqəmli ədədlərin toplanması             qurulması
və çıxılması                                                   4.Qurulmuş modeldə hansı 
3. Toplamanın yerdəyişmə                   komponentin tam hansının 
qanunu                                                               hissə  oldugunun 
4. Toplama əməlinin                                  müəyyənləşdirilməsi
qruplaşdırma xassəsi
5. Natural ədədlər üzərində
toplama və çıxma
6. Şifahi hesablama bacarıqları
Tədqiqat sualı: – Natural ədədlər çoxluğunda toplama və çıxma əməllərinin köməkliyi ilə tənlikləri necə qurmaq olar?
– Məsələnin tənlik qurma yolu ilə həlli zamanı tam-hissə modelindən necə istifadə etmək olar?
– Tam hissə modelinin qurulması zamanı hansı komponent tamı, hansı komponent isə hissəni ifadə edir.
Tənlik qurma yolları haqda şagirdlərin fərziyyələri dinlənilir.
Qruplara bölünmə texnikası əsasında müəllim şagirdləri qruplara ayırır.
Əvvəlcədən tərtib etdiyi iş vərəqlərini qruplara paylayır, iş vərəqləri üzərində aparılan əməliyyatları onlara izah edir və işləmə müddətini elan edir.
İş vərəqi 1.
1. Şəkil üzrə tənlik qurun.
              X                                          25                                                         35
İş vərəqi 1
İş vərəqi 1
2. Nərgizin 53 manat pulu var idi. Stolüstü lampa aldıqdan sonra onun 39 manat pulu qaldı. Nərgizin aldığı stolüstü lampanın qiyməti neçə manatdır?

Məsələ
3. Modelə uyğun məsələ qur və həll et.
İş vərəqi 2 2.
Telefonun qiyməti 24 manat, tozsoranla telefonun qiyməti arasındakı fərq isə 63 manatdır. Tozsoranın qiyməti neçə manatdır?
3. Tənlikləri həll edin.
x+18 =65
49-x=21
İş vərəqi 3.
Məsələ1. Modelə uyğun məsələ qur və həll et.
Məsələ2
2. Üç ardıcıl cüt ədədin cəmi 149-dur. Bu ədədlərdən ən kiçiyini tapın.
3. Tənlikləri həll edin.
82-x=42
x+54=96
İş vərəqi 4.
1. Əlinin 14 yaşı var. Əli ilə Elvinin yaşları arasındakı fərq 4 olarsa Elvinin neçə yaşı var?
2. Şəkil üzrə tənlik qurun və həll edin.
                8                                    X                                                               24
Şəkil
Şəkil
İnformasiya mübadiləsi.
Şagirdlər işçi vərəqləri üzərində işləyərkən əvvəlcə fərdi qoyulmuş sualın cavabını müstəqil olaraq vərəqə yazır, sonra qrup daxilində söylənilmiş fikirlər müzakirə olunur və hər kəs verilmiş suala qarşı öz münasibətlərini bildirirlər.
Mübadilə nəticəsində əldə edilmiş cavablar ümumiləşdirilərək iri bir kağıza rəngli flamasterla yazılır.
İnformasiya müzakirəsi. Hər bir qrup lideri qrupun işini təqdim edir və hazırladığı işi lövhədən asır. Bundan sonra təqdimatın nəticələrini müəllim şagirdlərlə müzakirə edir. Ayrı-ayrı qrupların təqdim etdikləri cavabları (məsələlər üzrə tənliyin qurulması, qurulmuş tənliklərin həlli, tənliklər üzrə tam-hissə modelinin tərtibi) kimi məsələlərin müzakirəsinə daha çox diqqət yetirilir. Müzakirə zamanı şagirdlər aydılaşdırırlar ki, problem olaraq göstərilən gül buketində 15 ədəd qızılgül var və həmişəbahar güllərinin sayı isə qızılgüllərdən 8 ədəd çoxdur.
Deməli: qızılgüllər-15 ədəd
Həmişəbahar qızılgüldən 8 ədəd çoxdur
Təqdimat verən şagird izah edir ki, qızılgüllərin sayından 8 çıxsaq həmişəbahar güllərinin sayını alarıq. Bu zaman həmişəbahar güllərinin sayını x qəbul etsək bərabərlik aşağıdakı kimi olar:
x-8=15
Bu məchulu olan bərabərlikdir və biz buna tənlik deyirik və məchulun qiymətini tapmaqla tənliyi həll etmiş oluruq.
x=15+8 x=23 Yoxlama: 23-8=15
Deməli qızılgüllərin sayı 15 ədəddir. Həmişəbahar gülü qızılgüldən 8 ədəd çox olmaqla 23 ədəddir.
Məsələnin həllinə əsasən model quraq.
TənlikModelə görə müxtəlif tənliklər yazıla bilər.
1. x-8=15
2. x-15=8
3. 15+8=x

Şagirdlər tam hissə modelinin qurulması zamanı hansını komponentin tamı, hansını isə hissələri ifadə etdiyini müəyyənləşdirirlər
Deməli cəm və azalan tamı, çıxılan, fərq və toplananlar isə hissələri ifadə edir.
Məs: x+26=98  
Tam 98       Hissə: x          Hissə : 26
                                                                                           105-x=48
                                                                                           Tam 105
                                                                         Hissə : x                        Hissə 48
Təqdimat zamanı digər şagirdlər də müzakirəyə qoşularaq öz fikirlərini bildirir, mövzu ilə bağlı razılaşıb-razılaşmadıqları məqamları qeyd edirlər. Bu prosesin nəticəsində təqdimatın müzakirəsi daha canlı, maraqlı və əməkdaşlıq vasitəsi ilə həyata keçir.
Nəticə və ümumiləşdirmə.
Müəllim şagirdlərin diqqətini ilk öncə qoyulmuş problemə – buketdəki güllərin vasitəsilə tənlik qurmaq üsuluna yönəldir, şagirdlər bu yolla məsələni tənliklə həll etmə bacarığına yiyələnirlər. Bu mərhələdə ümumiləşdirmə aparmaq və dəqiq nəticəyə gəlməklə tədqiqatın digər suallarının cavabları da sistemli şəkildə müəyyənləşdirilir. Şagirdlərin cavablarının, tədqiqat sualı ilə uyğunluğu və əvvəlcədən irəli sürülmüş fərziyyələrlə düzgünlüyü müqayisə edilir.
Yaradıcı tətbiqetmə.
QiymətləndirməBu mərhələdə isə qazandıqları bilikləri tətbiq etmək və möhkəmləndirmək məqsdilə şagirdlərə müsəqil məsələ tərtib etmək və onu tənlik qurma yolu ilə həll etmək, eyni zamanda tənliklərin həllində krossvordlardan və modellərdən istifadə etmək tapşırılır.
Qiymətləndirmə:
Meyar cədvəlinin koməkliyi ilə qruplar üzrə qiymətləndirmə aparılır.

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.