8.09.2015

 9/08/2015 11:24:00 ÖS         Şərh yoxdur
Mən 20 ildir ki, tam orta məktəbdə riyaziyyat fənnini tədris edirəm. Birinci ildir ki, kurikulum təlim üsulu ilə 5-ci sinifdə riyaziyyat dərsi deyirəm. Kurikulum terminini eşidəndə onun nələrə qadir olduğunu bilmirdim. Açığı bu terminə münasibətim soyuq və laqeyd idi. Təlim üsulunu öyrəndikcə öyrəşdiyim təlim üsulundan çox fərqləndiyini gördüm.
İbtidai sinifdən şagirdə uşaq kimi yox, şəxsiyyət kimi yanaşırsan. Dərsin gedişi çox maraqlı alınır. Ənənəvi təlimdə mərkəzdə öyrədən müəllim olurdusa, yeni təlim üsulunda mərkəzdə öyrənən – şagird olur. Müəllim bələdçiliyi ilə müzakirə olunan mövzudan alınan nəticəni şagirdlər gözəl qavrayırlar. Şagirdlər yalnız dərs vəsaitində verilən məlumatlarla qane olmurlar, əlavə məlumatlar toplayırlar, dərsi daha maraqlı edirlər. Bəzən passiv şagirdlər də fəallıq göstərirlər.
Dərsliklərdə hər bölmələr mövzuları və mövzuya aid şəkilləri ilə şagirdi özünə daha çox cəlb edir. Müəllimlər üçün hər sinif üzrə verilən vəsaitlər də dərsin gedişini müəyyən etməkdən ötrü çox yaxşı hazırlanıb. Motivasiya zamanı verilən suallar, yaradıcı ev tapşırıqları ilə diqqəti cəlb edir.
Fəal dərsin mərhələlərini düzgün planlaşdırmaq əsas şərtdir. Motivasiya (problemin qoyuluşu), tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, ev tapşırıqları və qiymətləndirmə.
V sinifdə keçdiyim bir dərsin nümunəsini şərti olaraq nəzərdən keçirək:
Mövzu: Kub və düzbucaqlı paralelepipedin həcmi
Məzmun standartı: 3.1.4
Məqsəd: Düzbucaqlı paralelepipedin və kubun həcmini hesablayır
İnteqrasiya: Az.dili 1.2.1. Tex. 2.1.1, 2.1.2
Təlim forması: kiçik qruplarla iş, böyük qruplarla iş
Təlim üsulu: beyin həmləsi, müzakirə
Resurs: Dərslik, iş vərəqləri, şagirdlər tərəfindən düzəldilmiş kub və düzbucaqlı paralelepipedin modelləri
Dərsin gedişi
I. Motivasiya:
Şəkil
Şəkil
Bu fiqurlar neçə kubdan ibarətdir? Onlar bərabərdirlərmi?
Tədqiqat sualı: Düzbucaqlı paralelepipedin və kubun həcmini necə hesablamaq olar?
Müəllimin şərhi:
KubHəcm vahidi – tili 1 olan kubdur
V= 1 vahid3
Kubun tili 1 sm qəbul olarsa, həcmi 1sm3 olar, kubun tili 1 dm olarsa, həcmi 1dm3 olar. Kubun tilini a götürsək, həcmi V=a3 olar.
Tilləri a, b, h olan düzbucaqlı paralelepipedin həcmini
V=(a*b)*h düsturunun köməyi ilə tapmaq olar.

II. Tədqiqatın aparılması: Şagirdlər 3 qrupa bölünür və qrupa iş vərəqləri paylanır.
Kubİş vərəqi 1.
1. Ölçüləri 9 dm, 6 dm, 10 dm olan düzbucaqlı paralelepipedin həcmini tapın.
2. Şəkillər üzərindəki fiqurların həcmini hesablayın.
İş vərəqi 2.
1. Tili 6 m olan kubun həcmini tapın.
2. Şəkillər….
İş vərəqi 3.
1) Ölçüləri 5 dm, 4 dm, 10 dm olan düzbucaqlı paralelepipedin həcmini tapın.
2) Şəkillər…
Məlumat mübadiləsi: İş vərəqləri lövhədən asılır və hər qrupun lideri öz işlərini təqdim edir.
Məlumatın müzakirəsi:
Müzakirə sualları verilir:
1) Həcm anlayışı nədir?
2) Düzbucaqlı paralelepipedin və kubun həcm düsturları necə ifadə olunur?
Nəticə və ümumiləşdirmə:
Şagirdlərin cavabları ümumiləşdirilir. Kubun həcmi, kubun ümumi sayının, qutuya yığılan 1 cərgədəki kubların sayının bütün cərgələr sayına vurmaqla alınır. Həcm V=a3, V=a·b·h düsturu ilə hesablanır.
Yaradıcı tətbiqetmə:
Kub

Kub
Kubun və düzbucaqlı paralelepipedin həcmini hesablayın:
  Şagirdlərdəki sərbəstlik onlarda həvəs yaradır, bilik və bacarıqlarının inkişafına kömək edir. Yeni təlim üsulu dərslərin bütün mərhələlərində şagirdlərin fəallığını tələb edir.
Sevda Rəhimova,
Bakı şəhəri, 242 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
Mənbə:  www.tehsilproblemleri.com

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.