Gündəlik həyatımızın bir çox sahəsində istifadə etdiyimiz fotokameralar, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, soyuducular və s. kimi bir çox məişət texnikaları qeyri-səlis məntiq nəzəriyyəsi ilə çalışır. Bəs qeyri-səlis məntiq nəzəriyyəsi nədir? İlk öncə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadəni tanıyaq.
Dünya elm aləmində Lütfi Zadə soy adı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur.

























