Şahmat oyununun problemlərini həll etmək riyazi çalışmadan qeyri bir şey deyil (oyun bütünlükdə yox, çünki onda psixoloji cəhətlər də var) və bu problemləri "gözəl” adlandıran hər kəs özü də anlamadan piyaziyyatın estetik tərəfinə müraciət edir. Şahmat oyunu sanki riyaziyazi melodiyaları fitlə çalmaq deməkdir.
Şahmat problemləri əsl riyaziyyatdır, lakin bu müəyyən mənada trivial riyaziyyatdır. Heç bir şahmat problemi heç bir zaman elmi təfəkkürün inkişafına heç bir təsir göstərməyib. Halbuki, Pifaqor, Nyuton, Enşteyn vaxtı ilə bu inkişafın istiqamətini dəyişdirmişlər.
Şahmat problemləri olduqca mürəkkəb, lakin eyni zamanda olduqca məhdud ideyalar çərçivəsinin məhsuludur, belə ki, bu ideyalar öz bünövrəsində bir- birindən fərqlənmir və xarici əlaqələrə malik deyillər. Biz şahmat icad olunmayan halında da indi olduğukimi düşünəcəkdik. Pifaqorun, Evklidin, Nəsrəddin Tusinin teoremlərinin təsiri təkcə riyaziyyatçıların düşünmə üsuluna olmamışdır.
0 Şərh:
Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!