5.12.2015

 12/05/2015 07:40:00 ÖS         Şərh yoxdur

Statistika termini latın sözü olan «status» - dan əmələ gəlmişdir ki, hərfi tərcüməsi hadisələrin vəziyyəti deməkdir. Bu sözün kökündən «stato» (dövlət), «statista»(statistik - dövlət işlərinin bilicisi) və «statistica» (statistika – dövlət haqqında müəyyən biliklərin, məlumatların cəmi) sözləri yaranmışdır. 




Bu termindən ilk dəfə alman alimi, fəlsəfə və hüquqprofessoru Qotfrid Axenval (1719-1772) istifadə etmişdir. O, 1746-cı ildən əvvəlcə Marburq, sonra isə Qettinqen universitetlərində statistika adlandırdığı yeni fənni tədris etməyə başlamışdır. Statistikada alman təsviri məktəbinin əsasını qoyan Q. Axenvalın statistika haqqında baxışları müasir baxışlardan əhəmiyyətli dərəcədə fərqlənir. O, yeni tədris olunan fənnin məzmununu dövlətlərin siyasi vəziyyətinin və diqqətəlayiq yerlərin təsvir edilməsi hesab edirdi.
Statistikanın sonrakı inkişafıBelçika statistiki A.Ketlenin (1796-1874) adı ilə bağlıdır. Statistikgöstəricilərin sabitliyi nəzəriyyəsinin işlənməsində onunxüsusi xidmətini qeyd etmək lazımdır.
Statistikanın inkişafındariyazi istiqamətinnümayəndələri olan F.Qalton(1822-1911), K.Pirson (1857-1936), V.Qosset (1876-1936), R.Fişer (1890-1962),M.Mitçel (1874-1948) və s. kimi alimlərin xüsusi xidmətləriolmuşdur. Belə ki, K.Pirson hadisələr arasındakı qarşılıqlıəlaqələrin miqdarca qiymətləndirilməsi nəzəriyyəsininişlənməsində böyük xidmətə malikdir. Kiçik seçmənəzəriyyəsi V.Qossetə (Styudent ləqəbi ilə yazmışdır) məxsusdur. R.Fişer miqdar təhlilimetodlarını inkişaf etdirmişdir. Dispersiya təhlili metodu onun adı ilə bağlıdır. M.Mitçel isə«iqtisadi barometr» ideyasını irəli sürmüşdür.
Bu istiqamətin nümayəndələri tam haqlı olaraqstatistikanın əsasını ehtimal nəzəriyyəsi hesab edirlər.
Hazırda statistika termini üç mənada işlədilir. 
İlk növbədəstatistika dedikdə adamların xüsusi praktiki fəaliyyət sahəsi başadüşülür. 
Hansı ki, bu fəaliyyət sosial-iqtisadi  inkişaf səviyyəsini əks etdirən məlumatların toplanması, işlənməsi və   təhlilinəistiqamətlənmişdir.
 İkincisi, statistika təcrübəsində istifadəolunan nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olanelm sahəsi statistika adlandırılır. Nəhayət, bəzən müxtəlifhesabatlarda əks etdirilən, dövri mətbuatda və külliyyatlardadərc edilən statistik məlumatlar da statistika adlandırılır.
Statistika elmi ilə statistika təcrübəsi arasında sıx əlaqəmövcuddur. İstənilən statistik işelmi cəhətdən təşkil olunmalıdır.Bunsuz düzgün nəticələr əldəetmək olmaz. Ona görə də statistikatəcrübəsi elmə əsaslanmalıdır. Eynizamanda statistika elmi özü dətəcrübəyə əsaslanır, praktiki iştəcrübəsini ümumiləşdirir və aparılmış ümumiləşdirmələr əsasında yeniideyalar irəli sürür. Öz növbəsində statistika elminin yeni nəzəri nəticələrinin təcrübədə tətbiqi onuninkişafına təkan verir. 

Mənbə: Vikipedia

0 Şərh:

data:postCommentMsg

Xahiş edirəm təkcə yazı ilə bağlı öz rəylərinizi qeyd edəsiniz...
Şəxsi suallar,öyrənmək və soruşmaq istədikləriniz varsa,əlaqə formu və ya informasiya formu
Rəy, tövsiyyə və iradlarınız üçün isə Qonaq Dəftəri dən istifadə edin!

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.