Bilirsinizmi? etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Bilirsinizmi? etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

17.12.2015

Şahmat oyununun dəqiq yaşı məlum deyil. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini miladdan öncə 3-2-ci minilliklərə aid edir. 


Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər.

11.12.2015

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu


Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.

10.12.2015

* Böyük bir sahəni daha kiçik hissələrə ən qənaətli formada bölməyi arılar haradan öyrəndi?

Bal pətəyinin riyazi sirləri* Altıbucaqlının, bərabər üçbucaqlı və kvadrata nəzərən xeyirli cəhətləri...

5.12.2015

Şahmat oyununun problemlərini həll etmək riyazi çalışmadan qeyri bir şey deyil (oyun bütünlükdə yox, çünki onda psixoloji cəhətlər də var) və bu problemləri "gözəl” adlandıran hər kəs özü də anlamadan piyaziyyatın estetik tərəfinə müraciət edir. Şahmat oyunu sanki riyaziyazi melodiyaları fitlə çalmaq deməkdir.


Misir piramidaları haqqında:
1. Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.

27.11.2015

Zamanı ölçən əqrəblər niyə sağa doğru hərəkət edir?   

«Vaxt qızıldır» ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. Ümumiyyətlə,  Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. Ona görə dəv, vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır. 
  

Günəş saatı
Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim  misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər

31.10.2015

Eynşteyn tapmacası - çox adam tərəfindən bilinən məşhur bir məntiqi tapmacadır. 

Əfsanəyə görə həmin tapmaca Albert Eynşteyn tərəfindən uşaqkən yaradılmışdır.
Lakin başqa fərziyyəyə görə, tapmaca məşhur riyaziyyat müəllimi və ədəbiyyatçı Luis Kerroll tərəfindən hazırlanmışdır.
 Amma onu da demək lazımdır ki, tapmacada danışılan siqaret, məsələn, "Kools" adlı siqaret nə Luis Kerrollun vaxtında, nə də Albert Eynşteynin uşaqlığında yaranmamışdır. Ona görə də, bunun kim tərəfindən hazırlanması haqqında tapılan dəqiq dəlil yoxdur.

28.10.2015


Sıfıra bölmək olmaz! 
Çoxumuz özümüzü artıq suallarla yormadan bu qaydanı əzbər öyrənirik.  Yaxşı, bəs nə üçün olmaz?  
Riyaziyyatın Ən əsas həll olunmamış problemləri "Minilliyin Problemləri" - "Millenium Problems" adlanır. 

Bu ad altında 7 problem vardır ki, onlardan biri - Poinkare fərziyyəsi rusiyalı riyaziyyatçı Qriqori Yakovleviç Perelman 
tərəfindən 2010-cu ilin sentyabrında sübuta yetirilmişdir. 

27.10.2015

Numerologiya (lat. numerus – rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi.
Rəqəmlərin saat əqrəbi istiqamətində nizamlı düzülüşü

24.10.2015

Səlahəddin Eyyubi Səlib yürüşlərinin on üçüncüsündə, xristiyanları qəti bir məğlubiyyətə uğratmışdır...


İstanbul 29 May 1453 Çərşənbə axşamı günü Türklər tərəfindən fəth edilmişdir. 1453 tarixinin rəqəmlərinin cəmi (1 + 4 + 5 + 3 =13) «on üç» edir.

Hz. Məhəmməd miladi təqvimə görə 571 ci ildə doğulmuşdur. 5+7+1=13 Məşhur qatillər Jack the Ripper, Charles Manson, Jeffrey Dahmer, Theodore Bundy və Albert də Salvonun adları 13 hərfdən meydana gəlir.

1. Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb.

2. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə — fironun doğum və taxtaçıxma günlərində düşür.

İlk “hesablama cihazları” barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi.

20.10.2015

          Sehrli kvadratlar həmişə riyaziyyatçıları ümumiyyətlə, əyləncəli riyaziyyat həvəskarlarını maraqlandırmışdır. Sehrli kvadrat- bərabər sayda sətir sütunlara bölünmüş elə kvadrata deyilir ki, onun sətirləri, sütunları diaqonalları üzrə yerləşən  müxtəlif ədədlərin cəmi eyni olsun.
Bütün belə mümkün sehrli kvadratların nəzəriyyəsi bu günümüzədək hələ tam şəkildə işlənilməmişdir. 2x2 ölçülü (yəni 2 sətir 2 sütunu olan kvadrat) sehrli kvadrat yoxdur. 3x3 ölçülü sehrli kvadratlar çoxdur

Bir qəribə ədəd... Bu qəribə ədəd: 12345679 amma 8i gəzməyə gedib... 12345679, bu ədədin tək başına heç bir xüsusiyyəti yoxdur.

-Qədim hind astronomları sinus cədvəllərini şeir şəklində yazıb əzbəyirdilər. Rəqəmlər əvəzində sozlər işlənilirdi: 1 - "ay”, 2 -"gözlər”, "əllər”, ”qanadlar” və s.

-Boksa aid bir çox kitablarda oxumaq olar ki, Pifaqor "yumruq döyüşü” üzrə olimpiya çempionu olmuşdur.



Sıfır necə yarandı?


İnsanlar “sıfır” kimi bir ədəd haqqında 2000 il əvvələ qədər eşitməmişdilər.

Bizim eradan 450 il əvvəl Orta Amerikada yaşayan Maya qəbiləsində sıfırdan istifadə edildiyi haqda sübutlar var.

Heç təsəvvür etmək olmur ki, orta əsrlərdə avropa riyaziyyatçılarının bu haqda məlumatları yoxdur və ən mürəkkəb tənliklərin həlli zamanı onsuz keçinirdilər.

Hətta bu haqda öyrəndikdən sonra uzun müddət ondan istifadə etməyə cəsarət etmədilər – belə ki, bu ədəd heç nə hesablamır.

Lakin təcrübə göstərdi ki, “sıfır” da “təkər”in yaradılması kimi mütərəqqi həlledici bir ixtiradır.

Bəs onlar “sıfır” olmadan necə yaşayırdılar?

İlk öncə onu xatırladaq ki, qədim hesablama sistemlərinin çoxu – rum rəqəmlərindən ibarət olan mövqesiz say sistemləri idi. Bu say sistemlərində isə onluqları və yüzlükləri təsvir etmək üçün sıfıra ehtiyac olmurdu.

Hər bir yuxarı mərtəbə ucun yeni simvol (I–1, V–5, X–10, L–50, C–100, D–500, M–1000) vardı.

İstənilən ədəd isə bu simvollarin cəmi səklində yazilir. Lakin ədədlər böyüdükcə, nəinki riyazi əməliyyatların aparılması, hətta onlarin oxunması da çətinləsirdi.Romalılar hesablamaları aparmaq ücün abak adlanan hesab lövhəsindən istifadə edirdilər. Bu lövhələr bir qədər dəyişilmiş şəkildə günümüzə qədər gəlib çıxmışlar. Lakin indi bu lovhələri elektron kalkulyatorlar əvəz etmisdir.

Abaklarda bir neçə mövqe sırası - təklik, onluq, yüzlük sıraları olurdu. Əgər 202 kisə buğdanı qeyd etmək lazım gəlirdisə, yüzlük və təklik sırasından 2 düymə əks tərəfə kecirilirdi. Bu zaman onlar arasındakı onluq sırasında “boşluq” alınırdı. Bu boşluq sıfrı göstərirdi.

Əvvəllər bu “boşluq” bir “xətt” kimi göstərilirdi. Sonralar yunan astronomu Klavdi Ptolomey “O” hərfindən istifadə etmişdi. “0” simvolu isə ilk dəfə hindlilərin yazılarında istifadə olunmuşdur.
VII əsrdə hindlilər sıfırdan doqquza qədər bütün rəqəmləri təsvir etdilər ki, bu da bütün ədədlərin yazılmasını mümkün etdi.

Hindistandan yayılan sıfır, XIV əsrdən etibarən Avropada da istifadə edilir. “Sıfır” sözü böyük ehtimalla ərəbcə “ صفر‎‎ ” (sıfr) sözündən alınmışdır. Sıfr isə hind dilində “ boş” mənasını verən “sunya” sözünün tərcüməsidir.

1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144, 233, . . . . . . . . . . .

fibonaççi ədədlər ardıcıllığının yaranması məşhur bir məsələnin həlli ilə bağlı olub -
"Dogulduqdan bir ay sonra dovşanlar bala vermək qabiliyyətinə malik olduğundan bir cüt dovşan bir ildə neçə cüt bala verə bilər?".

Bu məsələni həll edən zaman Fibonaççi aşağidakı nəticəni aldı: birinci cüt dovşan bir aydan sonra bir cüt bala verir və o zaman dovşanların sayı iki cüt olur. Onlardan birinci cüt dovşan ikinci ay yenə bir cüt bala verir. Deməli, ikinci ayın sonu 3 cüt dovşan olur. Sonrakı ay iki cüt dovşan (hərəsi bir cüt ) bala verir və toplam 5 cüt dovşan oldu. Bu aşağıdakı sxemdə daha aşkar görünür:
nsanlar, Fibonnaci ədədləri ardıcıllığının göründüyü bir çox sahələri müəyyən etmişlər-şam ağacının qozası, ananas, yarpaq xəttləri, bəzi çiçəklər üzərindəki yarpaqların sayı da bunlar arasındadır.
Hər hansı bir üçrəqəmli abc tam ədədini seçin. Bu ədədi təkrarlayaraq yeni bir abcabc tam ədədini yazın. Bu şəkildə yazılan hər ədəd 7, 11, 13, 77, 91, 143, 1001 ədədlərinin hər birinə tam bölünür. Necə?
Gəlin birlikdə baxaq :"" - See more at: http://www.nettenekisimkani.com/2015/08/blogger-powerpoint-sunum-ekleme.html#sthash.DTC4SXRL.dpuf
https://drive.google.com/drive/my-drive

17.10.2015

ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib. 

37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur.

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.