Riyaziyyatçılar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Riyaziyyatçılar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

17.12.2015

Mexaniki riyazi elmlərin cənnətidir,
çünki adam onunla riyaziyyatın meyvələrinə çatar.
A.N.Vaythed

Bir riyaziyyatçı fərz etməz lakin bilər.İnandırmağa çalısmaz,
çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.
Henri Poinkare
Məhəmməd ibn Məhəmməd ibn  Həsən ət-Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tusşəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır. 25 İyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.


Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasirli-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə
17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi  ilə 75 il 7 ay 7 gün yaşayıb).
Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb
dillərində yazılmışdır.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.
Həyatı. Elmi yaradıcılığı
İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.
Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli Ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi". 1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaki xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.
Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Hülakü xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaki xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir.
Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao  Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülakü xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar
baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır.


Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.
İbn Sina Bəhmənyar Ələmut qalası "Zic-Elxani"nin titul səhifəsi  Bağdad alınan kimi, Nəsirəddinin Hülakü xandan icazə istəyib. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik  cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü "Zic-Elxani"
adlı əsərində bu barədə belə yazır: "Hülakü xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında  çalışdıqları məlum olur.


13.12.2015

Pifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Onun 490-cı ildə öldüyü güman edilir. Metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir.



Pifaqorun həyatı əfsanələşdirilib.

10.12.2015

Arximed bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biridir.
O, e.ə. 287-ci ildə Yunanıstanın Sirakuz şəhərində anadan olmuş və demək olar ki, bütün həyatını burada yaşamışdır. 


Onun atası Fidi Sira­kuz hökmdarı Giyeronun saray astronomu idi. Qədim yunan alimlərinin çoxu kimi, Arximed də, İskəndəriyyədə təhsil almışdı. Misir hökmdarları Ptolemeylər bura Yunanıstanın ən yaxşı alimlərini və mütəfəkkirlərini toplamış, həmçinin dünyanın ən böyük kitabxanasını yaratmışdılar.
İskəndəriyyədə təhsilini başa vurduqdan son­ra Arximed Sirakuza qayıtmış, atasının işini davam etdirmişdir.
Bu böyük alimin nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. 


Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. «Parabolanın kvadraturası» əsərində, inteqralın kəşfindən iki min il əvvəl, parabolik seqmentin sahəsini hesablamaq üçün metod icad etmişdi, «Dairənin ölçülməsi haqqında» əsərində «P» ədədinin qiymətini - çevrənin uzunluğunun diametrinə olan nisbətini hesablamış və isbat etmişdir ki, o, istənilən çevrə üçün eynidir. 

4.12.2015

Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. 
Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.

3.12.2015

Gündəlik həyatımızın bir çox sahəsində istifadə etdiyimiz fotokameralar, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, soyuducular və s. kimi bir çox məişət texnikaları qeyri-səlis məntiq nəzəriyyəsi ilə çalışır. Bəs qeyri-səlis məntiq nəzəriyyəsi nədir?    İlk öncə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadəni tanıyaq.


Dünya elm aləmində Lütfi Zadə soy adı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olmuşdur.

26.11.2015


21.11.2015

Məşhur filosof Benedikt Spinoza özünün əsas əsəri "Etikanın planını bütünlüklə Evkliddən götürmüşdürNyutonun "Natural fəlsəfənin əsasları” adlı əsas əsəri təkcə adına görə deyil, həm də sxeminə görə Evklidi təqlid edir. Aksiomlara əsasən, bütün mülahizələr bir nəticə kimi alınır.

29.10.2015

Evarist Qalua haqqında məlumat

Parisin simvolu olan Eyfel qülləsi 1889-cu ildə Fransa inqilabının yüz illiyi şərəfinə təşkil olunmuş sərginin keçirilməsi münasibətilə inşa olunub. Hündürlüyü 318 metr,

İsaak Nyuton (1643-1727)



Böyük ingilis fiziki, riyaziyyatçısı və astronomu İsaak Nyuton 1643-cü ildə Vulstorp kəndində kiçik fermer ailəsində dünyaya göz açıb. Uşaqlıqda qaradinməz İsaak kitab oxumağı və mexaniki modellər hazırlamağı yaşıdları ilə oynamaqdan üstün tuturmuş.
12 yaşında Qrantem məktəbində oxumağa başlayır. Müəllimləri onun anasına məsləhət görürlər ki,  istedadı ilə şagirdlərdən fərqlənən İsaakı Kembricə oxumağa göndərsin.  İsaak 19 yaşında Kembricdə Triniti kollecinə daxil olur. Böyük həvəslə oxuyan  Nyuton  qısa müddətdə  bakalavr, daha sonra  professor olur. 

28.10.2015

Hilbert (1862 - 1943)

Bir alman riyaziyyatçısı olan David Hilbert, 1862 ilində Königsberqdə anadan olmuşdur.1895 və 1929-cu illər arasında Qottingen Universitetində professor olmuşdur.XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir.1897ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur.



1890cı illərdəki ilk çalışmaları sırasında,cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli bir rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır.




Politexnik məktəbinə girə bilməyən Evarist Qalua kral liseyləri üçün müəllim buraxan hazırlıq məktəbinə girməyə məcbur oldu. Evaristdən qəbul imtahanı götürən fizika müəlliminin verdiyi rəy insan axmaqlığına və nadanlığına nümunə ola bilər. Rəydə deyilirdi: Qalua mənə pis cavab verən yeganə adamdır. O, heç nə bilmir. Ondan bir vaxt yaxşı müəllim çıxacağına heç inanmağım gəlmir.
Evarist Qaluanın rəy üçün Akademiyaya göndərdiyi elmi məqaləni akademiklər Lakrua və Puasson başa düşməmişdilər. Puasson rəyində açıqdan-açığa belə yazmışdı: «Biz müsyö Qaluanın sübutlarını başa düşmək üçün var-qüvvəmizi sərf etdik. Onun mülahizələri kifayət qədər aydın və müfəssəl deyildir və buna görə də onların nə dərəcədə dəqiq olması barədə fikir yürütməyə imkan vermir. Biz hətta bu rəyimizdə də əsər haqqında mühakimə yürütmək iqtidarında deyilik.
Evarist Qaluaya oxuduğu Lui le Qran liseyində verilən bir neçə xarakteristika budur: «Bir qədər yelbeyindir. Onun biliyi, yalnız qəribəliyini və diribaş olmadığını göstərir, həmişə kənar işlərlə məşğuldur, gündən-günə daha pis olur».

27.10.2015

Evklid (E.ə. IV əsr-E.ə. III əsrin sonu) — qədim yunan riyaziyyatçısı, məşhur "Elementlər" kitabının müəllifi.
Bizim eradan əvvəl yaşamış Evklid Afina qəbiləsindən olan Platonun şagirdi olmuşdur. Evklid Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gəlmiş və orada riyaziyyat məktəbi təşkil etmişdir.

26.10.2015

24.10.2015

NƏSRƏDDİN TUSİ – DAHİ ASTRONOM, RİYAZİYYATÇI, XIII ƏSRİN ƏN BÖYÜK ALİMİ

Nəsrəddin Tusi 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olub.                              
Nəsrəddin Tusi dövrünün tanınmış və savadlı adamı – Firuzşah Cehrudi ləqəbi ilə tanınan Məhəmməd bin Həsən Tusinin oğludur.
Nəsrəddin Tusinin ilk şəriət müəllimi öz atası olmuşdur. O, ilk elmi təhsilini, həm də dayısı Nəsrəddin Əli Məhəmməd Şaidən (rasional elmlər üzrə) və atasının əmisi Nəsrəddin Abdullah ibn Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır.

19.10.2015

Kimlər ki anadan riyaziyyatçı doğulmuşlar, yüksək ağıla malik olduqlarına görə, bütün başqa elmlərəyaxşı qabiliyyətləri var.
Sokrat (e.ə 469-399) yunan filosofu

Riyaziyyat ,təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir.
D.İ.Pisarev(1840-1868) rus publisisti

Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindəndir.
D.Hilbert(1862-1943) alman riyaziyyatçısı

18.10.2015



Riyaziyyatçı - Riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis Riyazi üsulların tətbiqi bir çox bilik sahələrini modelləşdirməyə və bu modelləri riyazi üsullarla araşdırmağa imkan yaradır. Riyazi üsulların tətbiqi sayəsində hadisələri qiymətləndirmək, proqnozlar vermək, gedən proseslər haqqında daha anlaşılan və daha dəqiq nəticələr əldə etmək mümkün olur. Riyaziyyatın gündəlik həyatda getdikcə artan tətbiqi riyaziyyatçıların fəaliyyət sahəsini genişləndirmişdir. Onlara müxtəlif elm və tədqiqat sahələrində, fizika, astronomiya, kimya, biologiya, geologiya, mühəndislik, iqtisadiyyat, sığorta işi, meterologiyada, loqistikada, şəkillərin rəqəmli emalında, təhlükəsizlik texnikasında və əlbəttə informasiya texnikasında rast gəlinir. Praktikada rast gəlinən və müəyyən alqoritmik xarakterə malik olan bütün sahələrdə, o cümlədən tarix, sosiologiya, psixologiya, tibb, dilçilik, idmanda,...riyaziyyatın tətbiqi ilə bir çox uğurlar qazanılmışdır. "Riyaziyyatın bu sahədə tətbiqi yoxdur" ifadəsi tez-tez öz qüvvəsini itirir, riyaziyyat elminin dəqiq tətbiq sahələrinin həddlərini göstərmək çətindir.


Dahi Riyaziyyatçılar

Koşi 1789 – cu ilin avqustun 21 – də Parisdə hüquqşünas  ailəsində anadan olmuşdu. Onun ad günü demək olar ki,
      böyük  Fransa burjua inqilabının başlanması ilə üst - üstə düşdü.
          1807 – ci ildə o, Politexnik məktəbi bitirir. 1810-cu ildə isə Koşi  yol   və  körpü tikintisi məktəbini qurtarır və hökumət təyinatı üzrə dənizlimanları mühəndisi vəzifəsində çalışmağa başlayır.                                                                       Görünür  hələ o vaxtlar   Koşi vaxtının bir çox hissəsini    riyaziyyata həsr edirdi , çünki artıq 1811 – ci ildə o, Paris Elmlər Akademiyasina çoxüzlülər nəzəriyyəsinə həsr olunmuş əsərini təqdim edir. Bu əsər paris alimlərininnəzərini cəlb edir. Koşi qısa müddətdə olduqca istedadlı riyaziyyatçı kimi tanınmağa başlayır. 1816 – cı ildə o, Akademiyanın üzvü kimi yüksək ada layiq görülür.

17.10.2015

ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib. 

37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur.

29.09.2015

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.