Riyaziyyat Tarixi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Riyaziyyat Tarixi etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11.12.2015

Riyaziyyat nədir? Yaxud da Riyaziyyat nədən bəhs edir sualına cavab vermək o qədər də asan deyil!


Alimlər bu suala həm bir-birinə oxşar, həm də müxtəlif cavab vermişlər. Məsələn: görkəmli riyaziyyatçı olan, A.A. Markov; “Riyaziyyat odur ki, onunla Qaus, Çebışev, Laplov, Steklov və bir də mən məşğul oluram”.                                                                 ABŞ riyaziyyatçısı Hörner bu fikri ümumiləşdirərək demişdir: “Riyaziyyat- o şeydir ki, onunla yalnız riyaziyyatçılar məşğul olur.” Başqa fikirlərdə mövcuddur.

10.12.2015





Həyatın mənşəyi müzakirəsinin tarixi bəlkə də elə riyaziyyatın tarixi qədər qədimdir. Çünki yaşamış və yaşayan hər bir insan “mən haradan gəlirəm?” sualını özünə vermişdir və təbii ki, bu suala cavab axtarmağa çalışmışdır. Tarix boyunca həyatın mənşəyi barədə hər cür hipotez irəli sürülmüş, hətta canlıların Ayın üzərindəki bir ağacda meyvə kimi yetişib ordan Yer kürəsinə düşdüyünə inanan insanlar belə olmuşdur. 

1.12.2015



Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.


Əsas məlumatlar
Adətən tədqiq olunan obyekt və proseslərin ideallaşdırılmış xüsusiyyətləri aksiomlar şəklində formalaşdırılır.

28.10.2015

Şumerlər riyaziyyata say sistemini tətbiq ediblər.
 Dövrümüzdə http://kayzen.az/blog/ixtira-kəşf/15938/şumerlər-və-elmi.htmlistifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi… 
Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.
Kvadrat tənliyin xüsusi növlərini hələ babillilər 4000 il əvvəl həll etməyi bacarırdılar.Qədim yunan riyaziyyatçıları kvadrat tənliklərin ayrı-ayrı növlərini həndəsi qurmalara gətirməklə həll edirdilər.


Riyaziyyat “matesis” (μάθημα) – yunan dilində “mən bilirəm” və ya “elm” mənasını verir. “Riyaziyyat” sözünə ilk dəfə b.e.ə. 550-ci ildə Pifaqor məktəbində rast gəlinmişdir. Pifaqor həm də riyaziyyat tarixində ən çox tənlik yaradan alimdir.

Həndəsə tarixi:
Həndəsə tarixi insan mədəniyyəti tarixi qədər qədim olan elmdir.

Başqa elmlər kimi həndəsə elmidə insanların ehtiyac ,təlabat və zəhməti nəticəsində meydana gəlmiş və inkişaf etmişdir.

Hər bir elmdə olduğu kimi həndəsənin də məqsədi və özünəməxsus tədqiqat insanları vardı.

Həndəsə fiqurların xassələri haqqında elmdir.
Bu elmi qədim yunanlar,misirlilər öyrənib ona geometriya adı vermişlər .

Yunan dilində "geo" -yer metreo ölçürəm deməkdir .
Bu ad həndəsənin yer üzündə ölçmə işlərinə tətbiq olunması üçün əlaqədar meydana gəlmişdir.
Qədim Yunan alimi və riyaziyyatçısı Evklid həndəsə elminin inkişafında böyük işlər görmüşdür.

O riyaziyyat elmini öyrənmək üçün özünün “Başlanğıclar" əsərini yazmışdır. Həndəsə elmi uzun illərdir ki bu əsər əsasında öyrənilir.
Həndəsənin insan həyatında böyuk əhəmiyyətə malik olduğunu ətraf aləmə nəzər yetirdikdə asanlıqla görə bilərik .

Sadə həndəsi fiqurlara aid nümunələr :


1) Paltar asmaq üçün hər iki tərəfdən dayaqlara bərkidilmiş ip.



2) Bağın ətrafında çəkilmiş daş hasarın tərəfləri:
hər hansı əşyanın uzunluğu və eni və s göstərmək olar



3)Yaşadığımız yerə uyğun paralel və kəsişən küçələrin planını çəkdikdə həhdəsi biliklərin bizə nece lazım oldugunu açıq aydin gorə bilirik
.


4)Okeanların ,dənizlərin,göllərin səthləri tam durğun halda olduqda müstəviyə misal gostermək olar.



5) Binaların formaları ilə fəza fiqurları arasındakı oxşarlıqları araşdırırıq.

Ətrafda gördüyümüz binalar , tarixi abidələr,xəstəxanalar, kitabxanalarvə.s.binaları memarlar,
mühəndislər, dizayenlər həndəsi biliklərinə əsasən yaradırlar.





6) Bakıda,İstanbulda və dünyanın bir çox şəhərlərində tikilən gözəl binalar,məscidlər həndəsi fiqurların kompazisiyası üzərində qurulmuşdu.



7) Məscidin minarəsi silindir və konusa, binası isə düzbucaqlı prizmaya misal ola bilər.



8) Misir piramidaları adından göründüyü kimi piramida formasındadır.



9) Bakıda Qız qalası və Bakı kəndlərində yerləşən qalaları silindir formasında olduğunu görürük.



10) Yaşadığımız yer planeti formaca həndəsi fiqur olan kürə şəklindədir.

18.10.2015

 İlk rəqəmlərin və say sistemlərinin meydana gəlməsi.



Ədəd və ölçüyə aid anlayışların meydana gəlməsi Daş Dövrünə aid uzanır.Yüz min illərlə insanlar heyvanların yaşadığı vəziyyətdən fəqli olmayan bir şəkildə mağaralarda yaşamışlar.Öz enerjilərinin çoxunu yemək tapmağa sərf edirdilər.Ov etmək və balıq tutmaq üçün silahları,bir-biriləri ilə əlaqə qurmaq üçün isə danışıq dilini inkişaf etdirdilər.Daş Dövrünün sonlarına doğru yaradıcı sənətlərlə heykəllər və rəsmlər yaradaraq öz yaşayışlarını rəngləndirdilər.Tunc dövründə isə ticarət elə inkişaf etdi ki,yüzlərcə kilometr uzaqlıqdakı kəndlər belə ticarət əlaqələrinə girirdilər.Tuncun əridilməsi ilə bu metallardan alətlər və silahlar düzəldilirdi.Bu da ticarətin və yeni dillərin daha da inkişaf etməsinə şərait yaradırdı.Şəraitdən asılı olaraq əllə tutula və gözlə görülə bilən əşyaları təyin etmək üçün bəzi rəqəmsal terminlər ortaya gəlirdi.Riyaziyyatın da ilk dəfə ortaya çıxdığı vaxt Tunc Dövrüdür.

17.10.2015



İbtidai icma quruluşunda yaşayan insanlar öz təkmilləşməmiş nəzərlərini tək-tək əşya deyil,əşya çoxluğuna salmışlar.
 İnsan cəmiyyəti,məsələn,heyvan sürüsünü,quşların dəstəsini,meşə ağaclarını və s. ayrı-ayrı əşyaya ayırınca uzun bir tarixi inkişaf yolu keçmişdir. İbtidai insanlar üçün sayılası əşyanın təkcə varlığı deyil,onların keyfiyyətlərinin də mühüm rolu olmuşdur.


24.07.2015

Riyaziyyatı qonşuya baxaraq öyrənmək olmaz.                           (A.Niven)
Bir riyaziyyatçı fərz etməz lakin bilərnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.           (Henri Poinkare)

Faydalı Keçidlər

Səhifə dilini dəyiş

Arabic Korean Japanese Chinese Simplified Russian Portuguese
English French German Spain Italian Dutch

Online Sınaq Testlər


Blogda Bölmələr

.
Məlumatlar :

Elektron Kitabxana

Elektron Kitabxana
Hər gün 24 saat xidmət göstərir :)

3D Riyaziyyat

3D    Riyaziyyat
Riyaziyyatı sadə dillə izah edən 20 gif.

Dövlət Qərarları

Maraqlı Riyaziyyat

Blog Arxivi

Bloga daxil ol !

Bloga Baxılma Sayı

Riyaziyyat Portalı ©2015. Vebmaster: Arzu Məlikova. Blogger tarafından desteklenmektedir.